Elxanilər dövlətini idarə edən hökmdarların siyahısı. Monqol əsilli Elxani hakimiyyətinin əsası 1256-cı ildə Hülakü xan tərəfindən qoyulmuş və indiki İran, İraq, Azərbaycan, Ermənistan, Türkiyənin mərkəzi və şərq hissələri, Əfqanıstan, müəyyən dövrlərdə Pakistanın bəzi hissələrini və Türkmənistanı əhatə etmişdir. Elxanilər Monqol imperiyasından nominal olaraq asılı olsalar da, faktiki olaraq müstəqil hakimiyyət sürürdülər. 1295-ci ildən Mahmud Qazan xan faktiki asılılıqdan da imtina edərək imperiyadan tam müstəqillik elan etdi. Elxani hökmdarlarının siyasi mərkəzi müxtəlif vaxtlarda Marağa, Təbriz və Sultaniyə şəhərləri olmuşdur.

1335-ci ildə Əbu Səid Bahadur xanın ölümü və varisinin olmaması səbəbindən dövlət daxilində siyasi qarışıqlıq yarandı. Əbu Səid Bahadır xandan sonra hakimiyyətə gələn Arpa xanın da öldürülməsi ilə Cəlairilər, Çobanilər və Xorasan əyanları arasında öz kukla namizədlərini taxta çıxarmaq üçün hərbi qarşıdurmalar başladı. Bu siyasi və hərbi qarşıdurmalar dövlətin parçalanması və süqutu ilə nəticələndi.

Ümumilikdə "elxan" titulu ilə 19 hökmdar taxta çıxmışdır. Onlardan 18-i kişi, 1-i isə qadın olmuşdur. Ən çox taxtda olan hökmdar Əbu Səid Bahadır xandır. Onun hakimiyyət dövrü ümumilikdə 19 il olub. Ən az hakimiyyətdə olan hökmdar isə, Baydu xandır. Onun hakimiyyət dövrü 8 ay təşkil edib.

Elxanilərdə hökmdar

Elxani hökmdarları himayəsində olan ərazinin, əhalinin mütləq hakimi idilər və dövlət üzərində məhdudiyyətsiz hakimiyyətə malik idilər. Hökmdarlar taxta xüsusi mərasimlə çıxırdılar. Belə ki, taxta çıxma mərasimi dini mərasim hesab edilirdi və xüsusi rituallar həyata keçirilirdi. Yeni hökmdarın taxta oturması baş astroloqun təyin etdiyi gündə baş tuturdu. Məsələn, Abaqa xanın taxta çıxma tarixi tanınmış islam alimi Nəsirəddin Tusi tərəfindən təyin edilmişdi. Hökmdarın ölümündən sonra yeni hökmdar təyin edilənədək bütün yollar bağlanılır və yeni hökmdarın seçilməsi üçün qurultay təşkil olunurdu. Abaqa xandan etibarən vəliəhd şəhzadələr Xorasan valisi təyin edilirdilər. Elxanilər nominal olaraq Monqol imperiyasının böyük xaqanına tabe olduqları üçün yeni hökmdar ("elxan") böyük monqol xaqanı tərəfindən təsdiq edilməli idi. Hökmdarlıq rəmzi olaraq böyük xaqan tərəfindən "elxan"a hökmdar libası, hökmdarlıq yarlığı və tac göndərilirdi. Bu proses Monqol imperiyasından müstəqillik elan edilən dövrə, Mahmud Qazan xan dövrünə qədər davam etmişdi.

Elxani hökmdarları "ilxan" və ya "elxan", "xan" və "sultan" titullarından istifadə edirdilər. "Elxan" sözü iki hissədən ibarətdir: "El" itaət edən və ya tabe olan mənasında, "xan" isə hökmdar mənasındadır. Bu titul haqqında başqa versiya isə, "elxan" birləşməsinin türkcə olması haqındadır. Belə ki, türk dillərində "el" yəni "tayfa", "xan" isə "rəhbər" mənasına gəlir. Bu halda "elxan" ifadəsi "tayfa başçısı", yaxud "el rəhbəri" kimi tərcümə olunur. "Xan" və "sultan" titulları Mahmud Qazan xan dövründən etibarən, Monqol imperiyasından de-yure müstəqillik əldə etdikdən sonra rəsmi olaraq işlədilməyə başlandı. Halbuki, bu titul əvvəl yalnız Monqol imperiyasının hökmdarlarına aid edilirdi.

Hökmdarların bir çoxu şəhzadəlik dövründə xristianlığın təsirinə də məruz qalsalar da, 1295-ci ilədək dövlətin əsas dini buddizm olmuşdur.Hildinger, Erik (1997). Warriors of the Steppe: A Military History of Central Asia, 500 B. C. to 1700 A. D. Da Capo Press. ISBN 0-306-81065-4.Mantran, Robert (Fossier, Robert, ed.) "A Turkish or Mongolian Islam" in The Cambridge Illustrated History of the Middle Ages: 1250–1520, p. 298Richard Foltz, Religions of the Silk Road, Palgrave Macmillan, 2nd edition, 2010, p. 120 ISBN 978-0-230-62125-1 1295-ci ildən etibarən, Mahmud Qazan xanın islamı qəbul etməsi və rəsmi din elan etməsi ilə ondan sonrakı dövrdəki hökmdarlar və əmirlərin böyük qismi islam üzərindən davam etmişdilər.

Hökmdarların siyahısı

Titul Adı Hakimiyyət illəri Qeydlər ŞəkilElxanHülakü xan 1256–1265 Çingiz xanın nəvəsi, Toluy xanın oğlu. Qardaşları Münke xan və Xubilay xan Monqol imperiyasının "böyük xaqan"ları olmuşdur. 1251-ildə böyük xaqan Münke xan Hülakünü İran hakimi təyin etdi və ona Mazandarandakı Nizari-İsmaili dövlətinə və Abbasi xilafətinə son qoymağı, habelə Suriya və Misir ərazilərini ələ keçirməyi tapşırdı. 1256-cı ildə Nizari-İsmaili dövləti, 1258-ci ildə isə Abbasilər xilafəti Hülakü xan tərəfindən süquta uğradıldı. 1259-cu ildə Hülakü Suriyaya doğru yürüşə başladı. 1260-cı ildə Suriya və Fələstini nəzarətə götürüldü. 1260-cı ildə Münke xanın ölümü ilə Hülakü xan Suriya və Fələstində kiçik qüvvə saxlayaraq bölgədən uzaqlaşdı. Bölgəyə yürüşə başlayan Məmlüklər 1260-cı ildə Əyn Cəllud döyüşündə Elxani qüvvələrini məğlub etdilər və onları Suriya ilə Fələstindən çıxardılar. 1262-ci ildə Qızıl Orda qüvvələri Azərbaycana daxil oldular. Elxani qoşunu Qızıl Orda qüvvələrini məğlub edərək bölgədən çıxardı. Əks-hücuma keçən Elxani qüvvələri Qızıl Orda ərazisinə daxil olub irəliləməyə çalışsalar da, 1363-cü ildə ağır məğlubiyyətə uğradılaraq geri çəkildilər. 1262-ci ildə Hülakü xan papa IV Urbana və Fransa kralı IX Lüdovikə müsəlmanlara qarşı ittifaq qurmaq üçün rəsmi səfirlik göndərdi. Həmçinin bu məqsədlə Bizansla əlaqələri möhkəmləndirmək üçün imperator VIII Mixail Paleoloq ilə qohumluq əlaqələri quruldu. Hülakü xan 1265-ci ildə vəfat etdi. Onun dövründə əvvəllər Monqol imperiyasının canişinləri tərəfindən idarə edilən ərazilərdə monqol hakimiyyəti gücləndi, yeni ərazilər ələ keçirildi. Həmçinin işğal edilən ərazilərdə faktiki olaraq "Elxanilər dövləti"nin əsası qoyuldu.100x100pxElxanAbaqa xan 1265–1282 Hülakü xanın və Yesunçin xatunun oğlu. 1265-ci ildə atasının ölümündən sonra taxta çıxmışdır. Şəhzadəliyi dövründə Türküstan, Mazandaran və Xorasan valisi olmuşdur. Taxta çıxdığı ildə Qızıl Orda qüvvələri Azərbaycana daxil oldular. Lakin məğlub edilərək geri çəkildilər. 1270-ci ildə Abaqa xan Xorasana yürüş etmiş Çağatay ordusunu ağır məğlubiyyətə uğradaraq onları bölgədən çıxardı. Abaqa xan Məmlüklərə qarşı Suriyada üstünlük qazanmaq üçün Avropa dövlətləri ilə danışıqlar aparsa da, bu danışıqlar nəticəsiz qaldı. Məmlüklərin yürüşü nəticəsində Suriyadakı səlibçi dövlətlər və erməni krallığı ağır zərbə alaraq zəiflədi. Abaqa xan 1271-ci ildən etibarən Suriyaya yürüşlər təşkil etsə də, bu yürüşlər nəticəsiz oldu. 1281-ci ildə baş tutmuş həlledici döyüşdə Elxani ordusu Məmlüklər tərəfindən ağır məğlubiyyətə uğradılaraq geri çəkildi. Abaqa xan 1282-ci ildə vəfat etdi.96x96pxElxanƏhməd Təkudar xan 1282–1284 Hülakü xanın və Kutuy xatunun oğlu. Qardaşı Abaqa xanın ölümündən sonra 1282-ci ildə taxta çıxmışdır. Əhməd Təkudar xan islamı qəbul edən ilk Elxani hökmdarıdır. Əhməd Təkudar xan dövründə Məmlüklər ilə münasibətlərin normallaşdırması üçün hər iki dövlət tərəfindən təşəbbüslər oldu və elçi mübadiləsi aparıldı. 1284-cü ildə Abaqa xanın oğlu Arqun və Əhməd Təkudarın islamı qəbul etməsi ilə razılaşmayan Elxani əyanları Əhməd Təkudar xana qarşı üsyan qaldırdılar. Üsyan nəticəsində Əhməd Təkudar xan öldürüldü.88x88pxElxanArqun xan 1284–1291 Abaqa xanın və Kaymış Egeçi xatunun oğlu. 1284-cü ildə taxta çıxmışdır. Taxta çıxmamışdan əvvəl Xorasan və Mazandaran valisi olmuşdur. Arqun xan Avropa dövlətləri ilə Məmlüklərə qarşı müttəfiqlik qurmağa çalışsa da, bu təşəbbüs uğursuz oldu. Nəticədə Məmlüklər ard-arda qələbələr qazandılar və sonda səlibçilərin Şərqdəki son istehkamı olan Əkkanı tutdular. 1290-cı ilin martında Azərbaycana yürüş edən Qızıl Orda qoşunu məğlub edildi. Arqun xan 9 mart 1291-ci ildə öldü.100x100pxElxanKeyxatu xan 1291–1295 Abaqa xanın və Nukdan xatunun oğlu. 1291-ci ildə taxta çıxmışdır. Şəhzadəliyi dövründə Ərzincan və Rum valisi olmuşdur. Keyxatu xan 1291-ci ildə Konyanı mühasirəyə alan Qaramanoğulları üzərinə yürüş etdi. Nəticədə Konya mühasirədən çıxarıldı və irəliləyən Elxani qoşunu Dənizlini ələ keçirdi. 1294-cü ildə dövlətin maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün metal pul əvəzinə "çao" adlı kağız pul tədavülə buraxıldı. Keyxatu xan 1295-ci ildə əmisi oğlu Baydunun üsyanı nəticəsində öldürüldü.84x84pxElxanBaydu xan 1295 Hülakü xanın nəvəsi, Tarağayın və Qaraqcin xatunun oğlu. 1295-ci ildə taxta çıxmışdır. Şəhzadəliyi dövründə Bağdad və Diyarbəkr valisi idi. 1295-ci ildə Keyxatu xanın hakimiyyətindən narazı olan əmirlərlə birlikdə xana qarşı üsyan qaldırdı. Nəticədə Keyxatu xan öldürüldü. Onun hakimiyyəti dövründə dövlət Keyxatuya qarşı üsyan qaldıran əmirlər tərəfindən bölündü.Atwood, Christopher P. (2004). The Encyclopedia of Mongolia and the Mongol Empire. Facts on File, Inc. . səh. 525 Beləliklə, Baydu xan da hakimiyyətdə çox qala bilmədi. O, 1295-ci ildə Mahmud Qazan tərəfindən öldürüldü.70x70pxElxan, xanMahmud Qazan xan 1295–1304 Arqun xanın və Qutluq xatunun oğlu. 1295-ci ildə taxta çıxmışdır. Şəhzadəliyi dövründə Mazandaran valisi olmuşdur. Mahmud Qazan xan taxta çıxdıqdan sonra islamı dövlət dini elan etdi. 1295-ci ildə Mahmud Qazan xan Monqol imperiyasından müstəqillik elan etdi. 1295-ci ildə maliyyə problemləri yaradan "çao" adlı kağız pul dövriyyədən çıxarıldı və yenidən metal pul dövriyyəyə buraxıldı. 1299-cu ildə Mahmud Qazan xan Suriya və Fələstinə yürüş təşkil etdi. Məmlükləri məğlub edərək 1300-cü ildə ərazini tam nəzarətə götürdü. Lakin bir müddət sonra Elxanilərin Suriya və Fələstinə təyin etdiyi vali Məmlük hakimiyyətinə girdiyini elan etdi. Əraziyə nəzarəti bərpa etmək üçün göndərilən Elxani ordusunun məğlub edilməsi ilə bölgə yenidən Elxanilərin nəzarətindən çıxdı. Mahmud Qazan xan 1304-cü ildə öldü.70x70pxElxan, xan, sultanMəhəmməd Olcaytu xan 1304–1316 Arqun xan və Uruk xatunun oğlu. 1316-cı ildə taxta çıxmışdır. Şəhzadəliyi dövründə Xorasan valisi olmuşdur. 1306-cı ilə Herat Məhəmməd Olcaytu xanın əmri ilə ələ keçirildi. 1306–1307-ci illərdə Gilan ələ keçirildi. Məhəmməd Olcaytu xan 1310-cu ildə "şiə" məzhəbinə keçdiyini elan etsə də, sonradan sünniliyə geri döndü. 1305-ci ildə tikintisinə başanılmış Sultaniyə şəhərinin tikintisi 1313-cü ildə başa çatdı. Məhəmməd Olcaytu xan Məmlüklərə qarşı Avropa dövlətləri ilə əlaqələr qursa da, bu cəhd uğursuz oldu.Roux, Jean-Paul, Histoire de l'Empire Mongol, Fayard, p. 437. Antoine Mostaert and Francis Woodman Cleaves. Manual of Mongolian Astrology and Divination. (Cambridge, Massachusetts: Harvard University Press, Scripta Mongolica, 1969). pp. 56–57 1313-cü ildə Məmlüklər üzərinə yürüş təşkil edildi. Lakin Qızıl Orda təhlükəsi səbəbindən bu yürüş dayandırıldı. Məhəmməd Olcaytu xan 1316-cı ildə vəfat etdi.101x101pxElxan, xan, sultanƏbu Səid Bahadur xan 1316–1335 Məhəmməd Olcaytu xanın və Hacı xatunun oğlu. 1316-cı ildə taxta çıxmışdır. Şəhzadəliyi dövründə Xorasan valisi olmuşdur. 1317-ci ildə Çağatay şəhzadəsi Yasavur Xorasanı və növbəti il Mazandaranı ələ keçirdi. 1319-cu ildə Elxani ordusu Yasavuru Xorasan və Mazandarandan çıxardı. 1319-cu ildə isə, Qızıl Orda hökmdarı Özbək xan Dərbənddən Şirvan ərazisinə daxil oldu. Kür çayı sahilində Elxani qüvvələri tərəfindən məğlubiyyətə uğradılan Qızıl Orda hökmdarı bölgəni tərk etdi. 1319-cu ildə Əbu Səid və Elxani ordusunun komandanı Əmir Çobana qarşı üsyan qaldırmış əmirlərin orduları Miyanə yaxınlığında məğlub edildi. 1323-cü ildə Məmlüklərlə Elxanilər arasında sülh müqaviləsi imzalandı. Həmçinin bu dövrdə Dehli sultanlığı ilə münasibətlər normallaşdırıldı. Əmir Çoban və ailəsinin Elxanilər dövlətindəki nüfuzu aradan qaldırmaq üçün hərəkətə keçən Əbu Səid Bahadur xan, onların öldürülməsi haqqında əmr verdi. 1327-ci ildə Əmir Çobanın da öldürülməsi ilə ölkədəki mütləq güc Əbu Səidin əlində cəmləşdi. Əbu Səid Bahadur xan 1335-ci ildə vəfat etdi.موسوعة التراجم والأعلام: السلطان أبو سعيد بهادُر خان. دار التعارف للمطبوعات — بيروت-ط 1 (1983)، ج: 2 — ص: 355 111x111px Elxanilərin parçalanmasıElxan, xan, sultanArpa xan 1335–1336 Çingiz xanın oğlu Tuli xanın nəslindən, Səfyanın oğlu. Əbu Səid Bahadur xanın övladı olmadığı üçün onun ölümündən sonra 1335-ci ildə hakimiyyətə gətirilmişdir.