Səfər Qurban oğlu Qurbanov — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. Vətən Müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.

Haqqında Səfər Qurban oğlu Qurbanov Salyan rayonunda anadan olub. Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının mayoru kimi 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində iştirak edən o, müharibə ərzində göstərdiyi şücaətə görə polkovnik-leytenant rütbəsinə qədər yüksəldilmiş və müxtəlif orden və medallarla təltif edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.

Təltifləri 50px (9 dekabr 2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı 50px (9 dekabr 2020) — "Qarabağ" ordeni 50px (24 dekabr 2020) — "Cəbrayılın azad olunmasına görə" medalı 50px (29 dekabr 2020) — "Şuşanın azad olunmasına görə" medalı (2 fevral 2024) — "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Həmçinin bax Vətən Müharibəsi "Vətən Müharibəsi Qəhrəmanı" medalı Vətən Müharibəsi Qəhrəmanlarının siyahısı

İstinadlar