Xose Ektor Rial Lagiya (; ) — 1954 və 1961-ci illərdə "Real Madrid"in heyətində hücumcu mövqeyində çıxış etmiş futbolçu. Çempionlar Kubokunu ard-arda beş dəfə qazanan heyətin üzvü olmuşdur. O, karyerası boyu Argentina, Kolumbiya, Uruqvay, İspaniya, Fransa və Çili klublarında çıxış etmişdir. O, Argentinada doğulub orada böyüsə də, İspaniya milli futbol komandasının heyətində 5 dəfə oynamışdır.

Rial peşəkar karyerasına 1947-ci ildə Argentina çempionatının "San Lorenso de Almaqro" klubunda başladı. 1949-cu ilin iyun ayında "İndependyente Santa Fe" klubunda oynamaq üçün Kolumbiyaya köçdü. Klubla keçirdiyi iki mövsümdən sonra Uruqvayın "Nasyonal" klubuna keçdi və 1952-ci ildə yerli çempionatın qalibi oldu. 1954-cü ildə Rial, yeddi il oynadığı İspaniya nəhəngi "Real Madrid"ə qatıldı və komandası ilə birlikdə on böyük titul qazandı. Klubda, əsasən əvəzedici heyətdə oynadığı son mövsümdə o, icarə əsasında beş aylıq Çilinin "Union Espanyola" klubuna keçdi.

1961-ci ildə Rial Madridi tərk edərək Barselonanın "Espanyol" klubuna qatıldı və bu "Real"ın La Liqada 16 komanda içərisindən 13-cü yeri tutduğu mövsümündən sonra baş verdi.

Rial karyerasını "Olimpik Marsel"də bitirdi. Onun 1962-63 son mövsümünü fransız klubu sonuncu yerdə bitirmişdir.

Nailiyyətləri

Klub Nasyonal

Uruqvay çempionu: 1952

Real Madrid

Çempionlar Kuboku: 1956, 1957, 1958, 1959, 1960 Qitələrarası kubok: 1960 İspaniya Liqası çempionu: 1955, 1957, 1958, 1961

Karyera statistikası

Milli yığma qolları #TarixStadionRəqibHesabNətYarış1.18 may 1955Santyaqo Bernabeu, Madrid, İspaniya1–1DrawYoldaşlıq oyunu7 oktyabr 2015-ci ilə görə

İstinadlar

Kateqoriya:İspaniya futbolçuları Kateqoriya:İspaniya milli futbol komandasının oyunçuları Kateqoriya:Argentina futbolçuları Kateqoriya:San Lorenso FK futbolçuları Kateqoriya:İndependyente Santa Fe futbolçuları Kateqoriya:Nasyonal FK futbolçuları Kateqoriya:Real Madrid FK futbolçuları Kateqoriya:Espanyol FK futbolçuları Kateqoriya:Olimpik Marsel FK futbolçuları Kateqoriya:Union Espanyola futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Argentina futbol məşqçiləri Kateqoriya:Malyorka FK məşqçiləri Kateqoriya:Estudiantes FK məşqçiləri Kateqoriya:Deportivo La-Korunya FK məşqçiləri Kateqoriya:Las Palmas FK məşqçiləri Kateqoriya:Real Saraqosa FK məşqçiləri Kateqoriya:Elçe FK məşqçiləri Kateqoriya:Atlas FK məşqçiləri Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Argentinanın kişi futbolçuları Kateqoriya:İspaniyanın kişi futbolçuları Kateqoriya:La Liqa məşqçiləri Kateqoriya:Legioner İspaniya futbolçuları Kateqoriya:Uruqvay Primera Divizyonu futbolçuları Kateqoriya:İspaniya futbol məşqçiləri Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular