Azay Əjdər oğlu Quliyev () — Azərbaycan Respublikası Milli Məclisinin IIIÜçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az , IV çağırış, V çağırış, VI çağırış və VII çağırış deputatı; Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri (2021-2025); ATƏT-in Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini (2013–2016); ATƏT PA-nın vitse-prezidenti (2016–2022) Azərbaycanlı deputatın ATƏT PA-nın vitse-prezidenti seçilməsi diplomatiyamızın nailiyyətidir http://azertag.az/xeber/968596 ; ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri (2017-ci ildən); Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının koordinatoru (2019-cu ildən); Azərbaycan Respublikası Milli Məclisinin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri (2020–2024); ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə Xüsusi Nümayəndəsi (2021–2022); ATƏT PA-nın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Ümumi Komitəsinin sədri (2022-ci ildən); Özbəkistanda keçirilən Parlamet seçkilərində ATƏT-in Qısamüddətli Müşahidəçilər Missasının rəhbəri və Xüsusi Koordinatoru (2024); Siyasi elmlər üzrə fəlsəfə doktoru.

Ümumi məlumat Doğum tarixi: 23 iyun 1971

Doğum yeri: Vağudi kəndi, Qarakilsə (Sisian) rayonu, Qərbi Azərbaycan (indiki Ermənistan)

Elmi dərəcəsi: Siyasi elmlər üzrə fəlsəfə doktoru

Dil bilikləri: Azərbaycan, ingilis və rus dilləri

Ailə vəziyyəti: Ailəlidir, üç övladı var.

Təhsili 1978-1988 - Vağudi kənd orta məktəbində orta təhsil almışdır.

1989-1991 -  Həqiqi hərbi xidmət keçmişdir.

1992-1998 - Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1995-1996 - Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda (TODAİE) Beynəlxalq Dövlət İdarəçiliyi Proqramını bitirmişdir.

2007-2013 -  Bakı Dövlət Universitetinin doktoranturasında təhsil almışdır.

2010 - Harvard Universitetində "QHT Liderləri üçün Strateji İdarəetmə" Proqramını bitirmişdir.

2013 - Siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Parlament fəaliyyəti

Milli Məclisin deputatı III çağırış (2005–2010)

IV çağırış (2010–2015)

V çağırış (2015–2020)

VI çağırış (2020–2024)

VII çağırış (2024– )

Seçildiyi seçki dairələri 2005 və 2010-cu illər: 46 saylı Şirvan seçki dairəsi

2015, 2020 və 2024-cü illər: 8 saylı Binəqədi birinci seçki dairəsi.

Parlamentdə tutduğu vəzifələr

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azərbaycan-Rumıniya parlamentlərarası işçi qrupunun rəhbəri Azərbaycan-Türkiyə, Almaniya, Böyük Britaniya, İspaniya, İtaliya, Çexiya, Estoniya, Avstriya, Cənubi Afrika Respublikası, İsveçrə, Özbəkistan və digər parlamentlərarası işçi qruplarının üzvü

Qanunvericilik fəaliyyəti Müəllifi olduğu qanunlar:

2009 — "Könüllü fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanunu

2013 — "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq fəaliyyəti

ATƏT Parlament Assambleyasında 2005-ci ildən — Azərbaycanın ATƏT PA-da Nümayəndə heyətinin üzvü

2013-2016 — ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini

2016-2022 —  ATƏT PA-nın vitse-prezidenti

2017 — ATƏT PA-nın İpək Yolu Qrupunun (Silk Road Group) təsisçisi və sədri

2020-2024 — Azərbaycanın ATƏT PA-da Nümayəndə heyətinin rəhbəri

2021-2022 — ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə Xüsusi Nümayəndəsi

2022 — ATƏT PA-nın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Ümumi Komitəsinin sədri

Beynəlxalq Parlament təşəbbüsləri ATƏT Parlament Assambleyasında müəllifi olduğu qətnamələr:

2013 - "ATƏT regionunda vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi"

2014 - "ATƏT regionunda mədəni mülkiyyətin qorunması"

2015 - "ATƏT ərazisində dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə sadiqlik"

2018 - "Nəqliyyat şəbəkələrinin və dəhlizlərin inkişafı yolu ilə ATƏT regionunda qarşılıqlı əlaqəliliyin və bağlantıların gücləndirilməsi"

Seçki müşahidə missiyaları ATƏT çərçivəsində 15-dən çox ölkədə seçki müşahidə missiyalarında iştirak etmişdir.

O cümlədən:

2016 - Monteneqroda keçirilən parlament seçkilərində ATƏT PA-nın Nümayəndə Heyətinin Rəhbəri  

2016 - Şimali Makedoniyada keçirilən parlament seçkilərində ATƏT PA-nın Nümayəndə Heyətinin Rəhbəri  

2017- Qırğızıstanda keçirilən prezident seçkilərində ATƏT-in Qısamüddətli Seçki Müşahidəçiləri Missiyasının Xüsusi Koordinatoru və Rəhbəri

2021 - Albaniyada keçirilən parlament seçkilərində  ATƏT-in Qısamüddətli Seçki Müşahidəçiləri Missiyasının Xüsusi Koordinatoru və Rəhbəri

2024 - Özbəkistanda keçirilən parlament seçkilərində  ATƏT-in Qısamüddətli Seçki Müşahidəçiləri Missiyasının Xüsusi Koordinatoru və Rəhbəri

Avronest Parlament Assambleyası 2011-2014 - Sosial məsələlər, təhsil və vətəndaş cəmiyyəti komitəsinin sədr müavini.

Dövlət qurumlarında ictimai əsaslı fəaliyyəti 1999-2025 - Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının üzvü

2001-ci ildən - Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü

2001-2003 - Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə dövlət proqramı katibliyinin eksperti

2005-2025 - Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü

2007 - İnsan hüquqları məsələləri üzrə Birgə İşçi Qrupunun üzvü

2008-2021 - Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri

2013-cü ildən - Azərbaycan Respublikasının Avropa İttifaqı ilə Əməkdaşlığı üzrə Dövlət Komissiyasının üzvü

2021-2025 - Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri

İctimai fəaliyyəti 1993-1998 - "Elitar" Gənclər Klubu, "Azərbaycan Gənclərinin Sülh və Təhlükəsizlik İttifaqı" İctimai Birliyinin sədri

1998-1999 - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

1999-2008 - Azərbaycan Milli QHT Forumunun prezidenti

2012 - "Beynəlxalq Əməkdaşlıq Mərkəzi" İctimai Birliyinin sədri.

İstinadlar

Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Siyasi elmlər üzrə fəlsəfə doktorları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları