Kumul üsyanı — 1931-1934-cü illəri əhatə edən və Haminin uyğur əhalisinin çıxışları ilə başlayan Çin Respublikasının Sincan əyalətindəki müsəlman xalqların milli azadlıq hərəkatı. Üsyanın əsas hərəkətverici qüvvəsi uyğurların milli və islami birlikləri olsa da, onun tərkibi çoxmillətli idi. Əsasən Şərqi Türkistanda yaşayan müsəlman xalqlar: qazaxlar, qırğızlar və hueylər üsyanda iştirak edirdi.
Sincan əyalətinin valisi Sin Şurenin Şərqi Türkistandakı muxtar Kumul və Turfan xanlıqlarını ləğv etməsi və mürtəce siyasət yürütməsi Hacı Niyazi Xocanın rəhbərliyi ilə 1931-ci il fevralın 20-də uyğur üsyanın başlamasına səbəb oldu. Əvvəlcə üsyan Komul bölgəsini əhatə etdi, sonra Mahmud Muhitinin rəhbərlik etdiyi Turfana da yayıldı. Demək olar ki, paralel olaraq, Məhəmməd Əmin Buğra və Sabit Damollanın rəhbərliyi ilə Xotanda üsyana qoşuldu. Qısa müddət sonra Şərqi Türkistanın digər bölgələrini də: Qaşqar və Külçəni də üsyan alovu bürüyür. Huey hərbi birliklərinin komandiri general Ma Çonq Sincan valisi Sin Şureni devirmək istəyirdi. Homindan isə Sovet İttifaqı ilə əlaqələri səbəbiylə Şurenin dəyişməsini istəyirdi və buna görə də Sini qubernator kimi tanıdığını göstərərək, üsyana ilk vaxtlarda müdaxilə etmədi. Üsyan genişləndikcə uyğur üsyançıları qırğız üsyançıları ilə birlikdə ayrı-ayrılıqda müstəqillik mübarizəsinə başladıqda genişmiqyaslı döyüşlərə çevrildi. Müxtəlif qruplar əvvəl bir olsa da, sonradan parçalanmalar baş verdi (bəziləri hətta bir-biri ilə döyüşürdü). Sincan hökumətinə qarşı müharibənin əsas hissəsinə Ma Çonq rəhbərlik edirdi. O, Çinin baş naziri Çan Kayşi tərəfindən dəstəklənirdi və gizli şəkildə Manın Sincanı almasına da icazə vermişdi.
Uyğur üsyançılarının isə çıxışları əvvəlcə hüquqların bərpası uğrunda başlasa da, sonradan cədidizm cərəyanının təsiri ilə müstəqillik uğrunda savaşa çevrildi. Uyğur üsyançıları tərəfindən Qaşqar şəhərinin ələ keçirilməsi ilə 1933-cü il noyabrın 12-də paytaxtı Kaşqar şəhəri olmaqla Şərqi Türkistan İslam Respublikası elan edilir. Hacı Niyazi Xoca yeni Respublikanın Prezidenti, Sabit Damolla Baş naziri və Mahmud Muhiti Müdafiə Naziri seçilir.
Sovet və Çin qoşunlarının dəstəyi ilə 1934-cü ildə hueylərin səhra komandirləri (Nankin Çin hökumətinin müttəfiqləri) tərəfindən Qaşqarın ələ keçirilməsi nəticəsində ŞTİR süquta uğradılır. Üsyan kiçik toqquşmalarla davam etsə də, əslində bu hadisə ilə məğlubiyyət yaşayır.
Tarixi
250px|thumb|right|Yulbars Xan, Kumul xanlığının son baş vəziri Son orta əsrlərdə Hamian çökəkliyində yaşayan uyğurlar öz dövlətlərini Kumul xanlığını yaratmışdılar. Feodal türk dövlətini idarə edən Kumul xanları Çağatay ulusu xanlarının birbaşa nəslindən idilər.
Çini idarə edən Min sülaləsi turfanlar və Min arasındakı qarşıdurmada böyük rol oynayan Kumul Xanlığı ilə (başqa adı Kara-Del) xərac vernə səviyyəsində münasibətlər qurmuşdu. Xanlıq Minə xərac verirdi. Səid Babanın xan olduğu vaxt Kumul Xanlığı 1646-cı ildə Sin sülaləsinin Min sülaləsinə qarşı üsyanı zamanı Min sülaləsi dəstəkləyən çinli müsəlmanlara kömək göstərirdi. Min tərəfdarlarının məğlubiyyətindən və Kumul şahzadəsi Turumtainin döyüşlərdə Sin qoşunu tərəfindən öldürüldüyündən sonra Kumul xanlığı Sin sülaləsinin hakimiyyətini qəbul etdi.
1647-ci ildən başlayaraq Kumul xanları Sin sülaləsinə tabe oldular və xərac verməyə başladılar. Çin imperatorları sədaqətli xidmətə görə Kumul xanlarına 1696-cı ildən başlayaraq "Yasak Tarxan" titulu verirdilər.
Sincan 1884-cü ildə Dunqan üsyanından sonra bir əyalətə çevrildikdə də Kumul vassal xanlıq olmağa davam edirdi..
Xanlar həmçinin Sin imperatorundan Qinvanq ("birinci dərəcəli şahzadə") titulunu da almışdılar. Xanlar Sin sarayından edam qərarları istisna olmaqla, geniş səlahiyyətlər əldə etmişdilər. Edam qərarını yalnız Kumulda oturan çinli məmuru verə bilərdi. Xanlar rəsmi olaraq Çin imperatorunun vassalı idi və hər altı ildən bir imperatora şəxsən qulluq etmək üçün Pekinə getməli idilər.
Çinlilər Kumulu Hami adlandırırdılar. Xanlar İmperator sarayı və Çin məmurları ilə dostluq münasibəti saxlayırdılar.
Kumul xanları Məhəmməd Xan və onun xələfi olan Şah Maqsud təbələri üzərinə ağır vergilər qoyur və məcburi əməyə cəlb edirdilər. Bu da 1907-ci və 1912-ci illərdə onların hakimiyyətinə qarşı iki üsyana gətirib çıxarmışdı.
Xana dövlətin idarə edilməsində vəzir kömək edirdi. Son xan Şah Maqsud Hami knyazı Yulbars Xanı baş vəzir təyin etmişdi..
Üsyanın səbəbləri 200px|thumb|left|1928-1933-cü illərdə Sincanın qubernatoru Şin Şuzen Xan Urumçidə olan Sincan hökumətinə xərac verməkdə davam edirdi.. Sincanda oturan Sin valisi Yanq Zenqxin ruhən monarxist idi və xanlığın işlərinə qarışmırdı. Buna görə də Xan Şah Maqsudla mehriban münasibətlər saxlayırdı. Uyğurları üsyan etməkdən çəkindirən xanlığın mövcudluğu idi. Belə ki, xanlıq hökuməti özlüyündə onlarla eyni milliyyətə və dinə malik idi..
1928-ci ildə Yanq Zenqxin vəfat etdi. Sincanın yeni qubernatoru Şin Şuzen oldu. Şuzen sələfindən fərqli siyasət yeridirdi. O, bölgəni çinliləşdirmək və mərkəzi hökumət olan Homindan ilə əlaqələri gücləndirmək siyasətini yeritməyə başladı. Türkistanla ənənəvi ticarət azaldıldı və bu da yerli əhalinin heyvandarlıq məhsulları bazarının əhəmiyyətli dərəcədə daralmasına və sənaye mallarının qiymətinin əhəmiyyətli dərəcədə artmasına səbəb oldu.Усов В.Н. Советская разведка в Китае: 30-е годы XX века. — М., Тов-во науч. изд. КМК, 2007. — ISBN 978-5-87317-367-9 — c. 356.
Şuzen doğma yurdu Qansudan gələn han qaçqınlar hesabına bir neçə döyüş qabiliyyətli hərbi birliklər yaratdı. Yaratdığı yeni ordunun xərclərini ödəmək üçün Şin inflyasiyanı artıran təminatsız pul kəsdirməyə və tədavülə buraxmağa başladı; vergiləri artırdı və bir sıra dövlət inhisarlarını tətbiq etdi. Monopoliyanın geniş tətbiqi zəruri malların yüksək qiymət artımına gətirib çıxardı. Şin bununla kifayətlənməyib ordunun komandanlığını etibaretdiyi insanlarla əvəz etdi, bütün bölgə rəislərini dəyişdirdi, bəzi bölgə qubernatorlarını və ən etibarsız məmurları vəzifələrindən uzaqlaşdırdı, vəzifələrini Gansudan olan qohumları və yerliləri ilə doldurmağa çalışdı. Bu da yerli əhalidən olan vəzifə sahiblərinin hakimiyyətdən uzaqlaşdırılması hesabına edilirdi.
1930-cu ildə Xan Şah Maqsudun ölümündən sonra Şin Şuzen xanlığı Hami, İe və Yivu inzibati bölgəsi olmaqla, üç əyalətə böldü. Ləğv edilmiş xanlığın ərazisində yeni vergilər tətbiq edildi və çinli idarəedicilər təyin edildi. Vergi toplayanlar, nəzarətin olmamasından istifadə edərək, rəsmi vergilərlə yanaşı, kəndliləri tamamilə müflis etməyə çatdıran qeyri-qanuni pul tələb etməyə başladılar. Yanq Zenqxinq dövründə buraya gətirilən qoşunlar, təchizatın zəif təmin edilməsi səbəbindən yerli əhalini qarət edərək özlərini təmin etməyə başladılar. Qansu qaçqınlarına yerli uyğur kəndlilərinin hesabına torpaq ayrıldı. Şuzen Qansudan olan yaxın qohumlarını, yerlilərini vəzifələ təyin etməsi rüşvətxorluq və sui istifadə hallarının artmasına səbəb olmuşdu. Həm xanlığın ləğvi həm də bütün bunlar Çin əleyhinə, panislamçı və pantürkist şüarlar altında baş verən yaxınlaşan üsyanda əhalinin geniş təbəqələrinin - yerli aristokratların, müsəlman ruhanilərin, tacirlərin, sənətkarların və kəndlilərin iştirak etməsinə gətirib çıxardı. Bu müddət ərzində Yulbars Xan Nasiri varis kimi taxta qaytarmağa çalışdı.
Başlanması 200px|thumb|right|Hacı Niyazi Xoca Kumul üsyanın lideri. Üsyan 1931-ci ilin aprelində, Çin vergi yığanlarından biri, Çin hərbi dəstəsi komandiri Siaobaoda uyğur qızına zorla sahib çıxmağa cəhd etdikdə başladı.Çinli dəstə başçısı və dəstəsi qətlə yetirildi, bölgə rəisinin idarəsi dağıdıldı və 200-300 uyğur kəndlisi şəhərdə çinləri öldürməyə başladı. Sonra onlar Hamini tutmaq məqsədi ilə ora doğru hərəkət etdilər, lakin yerli qarnizon hücumu dəf etdi və üsyançılar dağlara qaçdılar.
Eyni zamanda Barkul şəhərinin ərazisində onu və şəhər qarnizonunun arsenalını ələ keçirməyi bacaran bir qrup qazax üsyana qalxdı. Hökumət qoşunlarının yaxınlaşdığını öyrənən qazax üsyançılar da dağlara qaçdılar və burada uyğurlarla birləşdilər. Tezliklə yerli kəndlilər də onlara qoşuldu. Sayı 2 min nəfərə qədər artan silahlı dəstə Hamiyə hücum etdi və may ayında şəhəri tutdu.
Üsyançılara daha sonra üsyanın başına keçəcək Şin Şuzenin idarəçiliyindən narazı olan yerli feodallar da qoşuldu. Kumul xanlığının təsərrüfatını idarə edən Niyazi Xoca və keçmiş Kumul xanının müşaviri və mühafizə rəisi Yulbars Xan, 800 döyüşçüsü olan huey süvarilərinin komandiri general Ma Çonqu Qansudan kömək üçün dəvət etdilər.Петров В. И. «Мятежное „сердце“ Азии. Синьцзян: краткая история народных движений и воспоминания», — Москва: издательство «Крафт+», 2003. ISBN 5-93675-059-0 Sincana getməzdən əvvəl Ma, Şinin idarəetməsindən narazı olan Homindan ilə gizli razılaşma imzaladı. Belə ki, Şuzen üzərində qələbə əldə etdiyi halda Ma onun yerinə keçərək, Sincan qubernatoru vəzifəsini alacaqdı. Qısa müddətdə üsyan edən uyğurlara, vilayətdə yaşayan digər xalqlarda qoşuldu. Hueylər, qazaxlar, cunqarlar, və qırğızlarla yanaşı, han, tatarlarda üsyanda iştirak edirdi.
Ma Kumul üsyançıları ilə birləşdi, hueyn və uyğur dəstələri Xotan və Yarkənd üzərinə hərəkət etdilər. Xotanda Buğra qardaşlarının və Sabit Damollanın rəhbərlik etdiyi üsyançılar Xotan əmirliyini qurdular. Üsyan varlı tacir Maqsud Muhitinin rəhbərlik etdiyi Turfanın rayonlarına və Barkula da yayıldı. 1931-ci ilin yazında üsyan demək olar ki, bütün vilayəti bürüdü. Üsyançılara Böyük Britaniya və Yaponiya İmperiyası dəstək göstərdi, üstəlik üsyançılar arasında təlimatçı qismində mühacir gənc türklər də var idi.
Üsyanın gedişi SSRİ-nin Sincan qubernatoruna köməyi Tezliklə Şin Şuzenin ordusunun döyüş qabiliyyətinin aşağı olduğu olduğu ortaya çıxdı və etibarsız uyğur və hueyləri orduya cəlb etmək isə riskli idi. Şin Şuzen Qaraşardan Turqut süvarilərini tələb etdi, lakin kalmık vanı qoşun verməkdən imtina etdi və müstəqillik üçün mübarizəyə başladığını bildirdi. Torqutların üsyanını yatırmaq üçün hökumət qoşunlarını Kumul istiqamətindən geri çəkməli oldu. Ordu bölmələrinin döyüş qabiliyyətinin gücləndirilməsi yalnız rus mühacirlərini səfərbər etməklə edilə bilərdi. Yalnız Sincanda yaşayan ruslar deyil, həm də SSRİ-dəki kollektivləşmədən və aclıqdan qaçanlar da səfərbərliyə məruz qalırdılar. Belə ki, insanlar sərhədi keçən kimi ordu sıralarına alınırdı. İli bölgəsində təşkil edilən Turqut briqadasının tərkibinə ruz zabitlərinin komandanlığı ilə üç yüz süvari rus mühacir daxil edildi. Ataman Aleksandr Dutovun qoşununun keçmiş qərargah rəisi, polkovnik P.P.Papenqutun komandanlığı altında başqa bir dəstə də quruldu. Bu dəstədən 180 nəfər Urumçi qarnizonunun tərkibinə daxil edildi. 1931-ci il noyabrın 1-də onlar Ma Çonqun rəhbərlik etdiyi Kamul mühasirəsini aradan qaldırdı. Döyüşdə yaralanan Ma özü Qansuya çəkilmək məcburiyyətində qaldı. 1932-ci ilin fevralında İli bölgəsində yeni bir rus hərbi dəstəsi quruldu. Bu hərbi dəstənin tərkibində 1800 nəfərlik 3 süvari alayı daxil idi. Lakin bu qüvvələr üsyançılarla mübarizədə kifayət etmirdi. Bu səbəbdən Şin açıq şəkildə kömək üçün SSRİ-yə müraciət etdi. Sovet hökuməti Külçə, Çuquçaq, Yarkənd, Qaraşar, Altay, Urumçi, Kuça və Aksu şəhərlərində Sovet ticarət nümayəndəliklərinin açılması müqabilində Mancuriyadan SSRİ-yə göndərilmiş və ələ keçirilərək tərəf dəyişdirən bir neçə min çin əsgərini Sincana göndərməyə icazə verdi. Sincan-Sovet müqaviləsi haqda Nankinə xəbər çatan kimi, Homindan açıq şəkildə Manın tərəfinə keçdi və onu rəsmi olaraq Milli İnqilab Ordusunun üsyançı 36-cı Huey Süvari Diviziyasının komandiri təyin etdi.(Original from the University of Michigan) Genişlənməsi 250px|thumb|left| Kumul yaxınlığında Homindan bayraqlarını dalğalandıran zorla səfərbərliyə alınmış 36-cı Diviziyayanın türk uyğur əsgərləri Üsyançılar arasında birlik yox idi. Çin qoşunlarını qovan Kumul əhalisi hueylərin israrına baxmayaraq, hücumu davam etdirmək istəmədilər. Yulbars Xan Niyazi Xoca ilə mübahisə edərək 170 tərəfdarı ilə Ma Şonqun yanına getdi.