Paolo Pulici (; ) — Keçmiş italiyalı futbolçu. Mövqeyi hücumçu olub. Karyersını bitirdikdən sonra məşqçi kimi çalışıb.
Klub karyerası 1966-cı ildə Paolo "Lenyaano" klubunda debut edərək burada bir mövsüm keçirir.
Bu komandada meydana çıxdığı yeganə oyununda "Torino" klubunun diqqətini cəlb edir. Futbolçu 1967-ci ildə "Torino" klubuna dəvət edilir. Növbəti 15 mövsümü "Torino"da keçirərək klubun hücum xəttinin əsas oyunçusu çevrilir. Futbolçu "Torino"nun heyətində İtaliya çempionatda ortalama oyun başına 0.4 qol vurmaqla komandanın əsas bombardirlərdən biri olub. "Torino"da oynayarkən İtaliya Çempionluğu və İtaliya Kubokunu qazanıb. Paolo həm də "Torino"da üç dəfə İtaliya A Seriyası bombardiri olmağı bacarır.
1982/83 mövsümündə onun "Torino" məcaraları bitir və "Udineze" klubuna transfer olunur. Daha sonra "Fiorentina" klubuna keçir və karyerasını orada başa vurur.
Milli komanda karyerası 1969–1972-ci illərdə İtalyan gənc futbol komandasına çağırılır. İtaliya U21 komandasına 7 rəsmi görüşdə oynamış, 4 qol vurmuşdur.
1973-cü ildə ilk dəfə İtaliya yığmasının heyətində deburt edir. Milli komandadakı karyerası boyunca 19 matç keçiərək, 5 qol vurub. Milli komandanın tərkibində 1974-cü ildə Almaniyada və 1978-ci ildə Argentinada FIFA Dünya Kubokunda iştirak etmişdir.
Məşqçi karyerası Məşqçilik karyerasına oyunçu karyerasını başa vurduqdan dərhal sonra "Pyaçentsa" klubunda başlayıb..
Karyera Statistikası MövsumKlubOyunQol84/85Fiorentina20283/84Fiorentina20182/83Udineze26581/82Torino27580/81Torino22979/80Torino23378/79Torino201077/78Torino281276/77Torino291675/76Torino302174/75Torino231873/74Torino251472/73Torino291771/72Torino26570/71Torino23369/70Torino24068/69Torino6167/68Torino0066/67AC Legnano10Cəmi402142
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:Udineze FK futbolçuları Kateqoriya:Torino FK futbolçuları Kateqoriya:Fiorentina FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliya C Seriyası futbolçuları Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:1974 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1978 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İtaliya futbol məşqçiləri Kateqoriya:İtaliya şəxsləri