Sona Əyyub qızı Mustafayeva (Bağırova) () — Azərbaycan vokalçı-aktrisası (lirik soprano), Azərbaycan SSR əməkdar artisti (1943).

Həyatı Sona Mustafayeva 22 iyun 1916-cı ildə Bakıda anadan olmuşdur. Uşaq yaşlarından musiqiyə maraq göstərmiş, 14 yaşından, 1930-cu ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi çıxış etmişdir.

Lirik soprano səsə malik olan Sona Mustafayeva Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 1938-ci ildə müstəqil teatr kimi fəaliyyətə başlayan zaman dəvətlə bir ilə yaxın truppaya kömək etmişdir. Burada da Gülçöhrənin və Gülnazın ("Arşın mal alan" və "Məşədi İbad", Üzeyir Hacıbəyov) partiyalarını ifa etmişdir.

Müğənni-aktrisa 1999-cu ildə Bakıda vəfat etmişdir.

Təltif və mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943 Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı — 27 aprel 1940

İfa etdiyi əsas rollar Rol Tamaşa Müəllif Nigar Koroğlu Üzeyir Hacıbəyov Gülçöhrə Arşın mal alan Üzeyir Hacıbəyov Gülnaz Məşədi İbad Üzeyir Hacıbəyov Ağca qız Aşıq Qərib Zülfüqar Hacıbəyov Gülzar Şah İsmayıl Müslüm Maqomayev Nərgiz və Naznaz Nərgiz Müslüm Maqomayev Dilbər Vətən Qara Qarayev və Cövdət Hacıyev Şirin Xosrov və Şirin Niyazi Rəna Nizami Əfrasiyab Bədəlbəyli Durna Durna Süleyman Rüstəm və Səid Rüstəmov

İstinadlar

Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin opera müğənniləri Kateqoriya:Azərbaycanın opera müğənniləri