Dejö Buncak (; ) — Macarıstan futbolçusu və məşqçisi. Buncak oyunçu karyerası boyu yalnız "Vaşaş" klubunda çıxış etmişdir və Macarıstan millisinin üzvü olmuşdur. Məşqçi kimi isə həm Avropa, həm də Afrikada çalışmışdır.
Karyerası
Oyunçu karyerası Kişkunhalaş şəhərində doğulan Buncak 1950-ci ildə "Vaşaş" klubunda peşəkar karyerasına başladı. O, klubda keçirdiyi 14 mövsüm ərzində 249 oyuna 73 qol vura bilmişdir. Klubla 1957/1958 mövsümündə Çempionlar Kubokunda çıxış etmişdir.
1956-1961-ci illərdə o, həmçinin Macarıstan milli futbol komandasının heyətində 25 dəfə meydana çıxmışdır və 1958 FİFA Dünya Kubokunda iştirak etmişdir.
Məşqçi karyerası Buncak bir sıra yunan klublarında məşqçilik etmişdir, onların sırasına Piyerikos, Panionios, Apollon Afina və Panaxaiki klubları daxildir. Bundan başqa o, 1979-cu ildə Misir milli komandasına və 1980-1982-ci illərdə doğma "Vaşaş" klubuna başçılıq etmişdir.
İstinadlar
Kateqoriya:Macarıstan futbolçuları Kateqoriya:Macarıstan milli futbol komandasının oyunçuları Kateqoriya:Vaşaş FK futbolçuları Kateqoriya:1958 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Macarıstan futbol məşqçiləri Kateqoriya:Panionios FK məşqçiləri Kateqoriya:Misir milli futbol komandasının məşqçiləri Kateqoriya:Vaşaş FK məşqçiləri Kateqoriya:Panaxaiki FK məşqçiləri Kateqoriya:Apollon Smirnis FK məşqçiləri Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Macarıstanın kişi futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri