Azərbaycan Mədi oğlu Məmbətov (qazaxca: Әзірбайжан Мәдиұлы Мәмбетов, 2 sentyabr 1932—ci il, Savinka kəndi, Palasov kantonu, Volqa Alman Muxtar Sovet Respublikası, Aşağı Volqa diyarı, Rusiya Sovet Federativ Sosialist RespublikasıМамбетов Азербайжан Мадиевич // Большая советская энциклопедия: [в 30 т.] / под ред. А. М. Прохорова — 3-е изд. — М.: Советская энциклопедия, 1969. - 17 noyabr 2009-cu il Astana, Qazaxıstan) — SSRİ, Qazaxıstan kino və teatr rejissoru, pedaqoq, SSRİ xalq artisti (1976), SSRİ Dövlət Mükafatı laureatı (1974), Qazaxıstan Xalq Qəhrəmanı (2000). Həyatı Azərbaycan Mədi oğlu Məmbətov 2 sentyabr 1932—ci ildə Savinka kəndi, Palasov qəsəbəsi (hazırda şəhər), Volqa Alman Muxtar Sovet Respublikası, Aşağı Volqa diyarı, Rusiya Sovet Federativ Sosialist Respublikasında (bəzi mənbələrə görə sentyabrın 2-də hazırkı Rusiya Federasiyası, Volqoqrad vilayətiТеатральная Энциклопедия. драма опера балет оперетта цирк эстрада драматург режиссёр) Palasov şəhərində) anadan olmuşdur. Milliyyətcə qazaxdır.
Müharibə zamanı ailə Alma-Ataya köçmüşdür. 1952-ci ildə N.Qoqol adına Alma-Ata Teatr və Rəssamlıq Məktəbinin aktyorluq hissəsini bitirmişdir. Təhsil aldığı müddətdə eyni zamanda Alma-Ata xoreoqrafiya məktəbinin rəqs şöbəsində rəqs etmişdir. Həmçinin təhsil aldığı dövrdə Qazaxıstan SSR Mahnı və Rəqs Ansamblının solisti olmuşdur.
1957-ci ildə Moskvada Rusiya Teatr Sənəti İnstitutunda rejissorluq şöbəsini bitirmişdir (N.M.Qorçakov və A.A.Qonçarovun tələbəsi olmuşdur).
Hələ tələbə ikən, filmlərdə rol almışdır. A.P.Staynın "Şəxsi İş", K.Qoldoninin "İki Ustanın Xidmətçisi" tamaşalarını Atırau və Jambul vilayət dram teatrlarının səhnələrində səhnələşdirmişdir. Əmək fəaliyyəti Məzun olduqdan sonra - Alma-Atada M.Auezov adına Qazaxıstan Akademik Dram Teatrında rejissor, 1965-ci ildən - baş rejissor (1970-ci ildən və direktor).
1970-ci illərin sonunda rejissorla kollektiv arasındakı qarşıdurma ilə əlaqədar olaraq teatrdan müvəqqəti olaraq kinoya getməyə qərar vermişdir. Mosfilm kinostudiyasında təcrübə keçmişdir. 1978-ci ildən - "Qazaxfilm" kinostudiyasının direktoru vəzifəsində çalışmışdır.
1 aprel 1995-ci ildə Qazaxıstan Teatr Xadimləri Birliyinə işə keçmişdir.
1999-cu ildən Astanada K.Kuanuşbayev adına Qazaxıstan Dövlət Musiqili Dram Teatrının bədii rəhbəri vəzifəsində çalışmışdır.
Digər teatr və şəhərlərdə (Praqa, Moskva, Daşkənd, həmçinin Alma-Atıdakı koreya, uyğur teatrlarında və digər teatrlarda) tamaşalar səhnələşdirmişdir.
1973-cü ildə Şirazda (İran) keçirilən Asiya, Afrika və Latın Amerikası Ölkələrinin Beynəlxalq Teatr Festivalında onun Ç.Aytmatovun "Ana tarlası" pyesi göstərildi və 1984-cü ildə Nansidə (Fransa) Beynəlxalq Millətlər Teatrı Festivalında Q.Musrepovun "Kozı Körpeş - Bayan Sulu" tamaşası ilə iştirak etmişdir.
1970-ci ildən Alma-Ata Teatr və İncəsənət İnstitutunda (indiki T.K.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyası) dərs demişdir. 1979-cu ildən professor elmi dərəcəsini almışdır.
Qazaxıstan SSR Kinematoqrafçılar İttifaqının üzvü. 1981-ci ildən - Qazaxıstan Teatr Cəmiyyətinin sədridir (Qazaxıstan Teatr Xadimləri İttifaqı)..
1961-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü, 9-cu çağırış Qazaxıstan SSR Ali Sovetinin deputatı olmuşdur. 1989-cu ildə SSRİ Xalq deputatı seçilmişdir. Üç dəfə Qazaxıstan Respublikası Ali Sovetinin deputatı seçilmişdir.
17 Noyabr 2009-cu ildə Alma-Atada (bəzi mənbələrdə Astanada) vəfat etmişdir. Alma-Atadakı "Kensay qəbiristanlığı"nda dəfn edilmişdir.
Ailəsi Həyat yoldaşı - Qaziza Axmetovna Jubanova (1927-1993), bəstəkar, SSRİ xalq artisti (1981). Beş uşaq atası idi. Böyük bacısı teatr aktrisası Akkağöz Məmbətova (1923-2004). Qazaxıstan SSR əməkdar artisti (1966). Mükafatları Qazaxıstan Xalq Qəhrəmanı (2000) Vətən ordeni (Qazaxıstan) "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar Dostluğu" ordeni "SSRİ xalq artisti" fəxri adı SSRİ dövlət mükafatı Qazaxıstan SSR Dövlət mükafatı SSRİ Dövlət Mükafatı (1974) - A. K.Nurpeisovun "Qan və Tər" tamaşasının səhnələşdirilməsinə görə Qazaxıstan SSR-nin K.Baiseitova adına Dövlət Mükafatı (1965) - Ç.Aytmatovun "Ana tarlası" tamaşasını səhnəyə qoyduğuna görə Otan ordeni (2000) Medallar Qazaxıstan SSR Ali Sovetinin fəxri fərmanı "Bölgədə Rejissorluğun İnkişafına Görkəmli Töhfəsinə görə" Xüsusi Mükafat (Beynəlxalq "Nauryz-92" Festivalı, Daşkənd) "Yıldızlar Paradı" Respublika televiziya müsabiqəsində Qazaxıstan Respublikası mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri kimi tanınmışdı (1993) Astananın fəxri vətəndaşı (2000)
İstinadlar
Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ teatr pedaqoqları Kateqoriya:Qazaxıstan SSR xalq artistləri Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:XX əsr teatr rejissorları Kateqoriya:SSRİ xalq deputatları