Fazil Cəfər Paşa (ö. 1623) — I Əhməd, I Mustafa, II Osman və IV Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.

Həyatı Doğum tarixi haqqında məlumat yoxdur. Əndərundakı təhsilinin ardından öncə çeşnigirbaşı, qapıçılar kəndxudası və miraxur oldu. Ardından 1607-ci ilin aprelində Həbəşistan bəylərbəyi təyin olundu. 9 il orada xidmət etməsinin ardından paytaxta çağırıldı və 1618-ci ildə Misir bəylərbəyi oldu. Ancaq 9 ay sonra 20 iyul 1619-cu ildə vəzifədən alındı və paytaxta geri döndü. 1623-cü ildə İstanbulda vəfat etdi.

Mənbə

Sicill-i Osmani II, səh. 47

Kateqoriya:Misir bəylərbəyləri