Pedro Petrone (, ) — Uruqvaylı keçmiş futbolçu, hücumçu. Uruqvay millisinin tarixinin ən yaxşı bombardirlərindən biridir. 1930 Dünya çempionu. İki qat Olimpiya çempionu - 1924 və 1928 .

Karyera Uruqvay çempionatında "Nasyonal" klubunun formasında 128 matç keçirmiş və 146 qol vurmuşdur. "Fiorentina" klubunda oynayaraq İtaliya çempionatında 44 oyunda 37 qol vurub. 1931/32 mövsümündə İtaliya çempionatının bombardiri olub.

Uruqvay millisində ilk matçını 4 noyabr 1923-cü ildə Paraqvaya qarşı (qələbə 2: 0), son matçını 18 iyul 1930-cu ildə Peru ilə ilk dünya çempionatının qrup mərhələsində keçirdib (qələbə 1: 0). Milli komandada 24 oyunda 28 qol vurub.

Uğurları

Komanda Uruqvay çempionu (2): 1924, 1933 Dünya çempionu (1): 1930 Olimpiya çempionu (2): 1924, 1928 Cənubi Amerika çempionu (2): 1923, 1924

Fərdi Uruqvay çempionatının bombardiri (3): 1926, 1928, 1933 İtaliya çempionatının bombardiri (1): 1932 Cənubi Amerika çempionatının ən çox qol vuran oyunçusu (3): 1923, 1924, 1927 Dövrünün ən sürətli idmançılarından biri -100 metr məsafəni 11 saiyəyə qaçıb.

İstinadlar

Kateqoriya:Nasyonal FK futbolçuları Kateqoriya:Uruqvay milli futbol komandasının oyunçuları Kateqoriya:Kopa Amerikanın qalib futbolçuları Kateqoriya:FİFA Dünya Kubokunun qalib futbolçuları Kateqoriya:Uruqvay futbolçuları Kateqoriya:1930 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1924 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:1928 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:1924 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:1928 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Uruqvay Primera Divizyonu futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Fiorentina FK futbolçuları Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:Olimpiya medallı futbolçular Kateqoriya:Uruqvayın kişi futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Futbol üzrə olimpiya çempionları