Qaraağac nahiyəsi — Qarabağ ərazisində yerləşən qədim məntəqə. Hazırkı Ağdam və Ağcabədi bölgələrinin ərazisində yerləşib.

Tarixi F.R.Xunci Sultan Yaqubun hakimiyyəti dövründən danışarkən yazır ki, o qış dövrünü ya Təbrizdə, ya da Qarabağda Qaraağacda keçirirdi.Фазлуллах ибн Рузбихан Хунджи. Тарих-и алам-ара-йи Амини . Перевод с персидского на английский, введение, приложение и комментарии В. Ф. Минорского; Перевод с английского на русский Т. А. Минорской; Редакторы: З. М. Буниятов, О. А. Эфендиев; Институт истории АН АзССР. Баку: Издательство «Элм», 1987, с. 119Efendiev O.A. Karabax v sostave…, s. 63. Ağqoyunlu tarixçisinin sözlərinə görə, Qaraağac "Təll Sultanın ətəklərində yerləşirdi və zirvəsi düşərgənin ortasında ulduzlara yüksəlirdi. Təəccüblüdür ki, meşənin ortasında ətrafı düzənlik olan belə bir zirvə necə yüksəlmişdi"Фазлуллах ибн Рузбихан Хунджи. Тарих-и алам-ара-йи Амини. Перевод с персидского на английский, введение, приложение и комментарии В. Ф. Минорского; Перевод с английского на русский Т. А. Минорской; Редакторы: З. М. Буниятов, О. А. Эфендиев; Институт истории АН АзССР. Баку: Издательство «Элм», 1987, с. 101Efendiev O.A. Karabax v sostave…, s. 63. Ağqoyunlu tarixçisi F.R.Xuncinin məlumatlarından məlum olur ki, bu ərazi Sultanbud torpaqlarında yerləşmişdi. Çünki, Qaraağaca gələn hökmdarı "Sultanbud torpaqları yenicə çiçək açmış gül-çiçəkləri ilə salamlamışdı". Xunci F.R. Gös.əsəri, s. 101; Efendiev O.A. Karabax v sostave…, s. 63. Nəzərə almaq lazımdır ki, Ağqoyunlu tarixçisinin xatırlatdığı Sultanbud torpaqları Bərdə-Ağdam yolundan şərqdə yerləşirdi.

Səfəvilər hakimiyyəti dönəmində Ağcabədi bölgəsi Qaraağac nahiyəsinə aid idi.

1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Xaçın sancağı inzibati–ərazi nahiyə

1593-cü ildə qələmə alınan Osmanlı vergi dəftərində Qaraağac nahiyəsinə bağlı kəndlərin siyahısı verilib. Həmin kəndlər bunlar idi: Ağca kənd Tuğullat Qutni Səralan Xatunabad Əlki Köratuz Sarımusa Kələbəddin Cüneydi Qarabağ-Yekəcik Bənövşəliabad Mübarəkabad Həsən Əgrə Nəhri Mübarəki Arazbun Miyanəci Hacıbəy Murad Öpməcə Usunçayı Ataşa Xuraman Qızqala Mustafa Mustafa Molla Məhəmməd Baban Abdal Xaçıqan "Gəncə-Qarabağ əyalətinin icmal dəftəri", Istanbul Başbakanlıq Arşivi, Tapu № 699. 1725-ci ildə qələmə alınan Mirzə Səmianın "Təzkirət əl-müluk" əsərinə görə Qarabağ bəylərbəyiliyi dövlətə 286149 tümən 435 dinar vergi ödəyirdi. Bu miqdardan Qaraağac qəzasının üzərinə düşən pay göstərilən kimidir. 1.Qaraağac ………………………….636 tümən 5434 dinar vergi. Qaraağac hakimi 210 nəfərlik dəstəyə malik idi.

Qaraağac nahiyəsi Osmanlı dönəmində, 1727-ci ildən sonra Bayat nahiyəsi adlandı.

İstinadlar

Mənbə Ənvər Çingizoğlu. Birinci Kəbirli mahalı. "Soy" dərgisi, 2 (22), 2009, səh. 91–104.

Həmçinin bax Qarabağ bəylərbəyliyi

Kateqoriya:Azərbaycanla bağlı ərazilər Kateqoriya:Dağlıq Qarabağ Kateqoriya:Nahiyələr (inzibati-ərazi vahidi)