Feliçe Plaşido Borel (ital. səslənmə: [feˈliːtʃe boˈrɛl]; ) — İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. İtaliya millisi ilə 1934-cü il Dünya Çempionatının qalibi olub.

Futbolçu Ernesto Borelin oğlu və Aldo Borelin kiçik qardaşıdır, buna görə tez-tez II Borel kimi qeyd olunur. "Yuventus" klubunun ən yaxşı bombardirlərindən biridir — 157 qol.

Karyerası

Klub 1932-ci ildə peşəkar futbolda debüt edib. İlk klubu İtaliya A Seriyasında 206 oyuda iştirak edərək doqquz mövsüm keçirdiyi "Yuventus" klubu olur. Bu müddət ərzində üç dəfə İtaliya çempionluğunu və İtaliya Kubokunu qazanır.

1941-ci ildə Yuvenin əsas rəqibi "Torino" klubuna keçir, lakin növbəti mövsüm doğma klubuna qayıdır.

Karyerasının son üç ilində yalnız iki matç keçirdir, biri "Alessandria" klubunun heyətində, digəri isə "Napoli" klubunun heyətində.

Milli Komanda 22 noyabr 1933-cü ildə Borel İtaliya milli komandasında Macarıstana qarşı oyunda debut edir və həmin matçda yeganə qolu vurur. Milli komandanın tərkibində 1934-cü il dünya çempionatında iştirak edərək dünya çempionu olur.

Karyerasını bitirdikdən sonra 1958–59 mövsumundə "Kataniya" klubunun Direktoru olur.

Uğurları Dünya Çempionu 1934 İtaliya çempionu: 1933, 1934, 1935 İtaliya Kubokunun qalibi: 1938

Fərdi İtaliya çempionatının bombardiri: 1933, 1934 Bir mövsümdəki qol sayına görə "Yuventus"un rekordçusu: 36 qol

İstinadlar

Xarici keçidlər İtaliya Futbol Federasiyasının saytında millinin çıxış statistikası. ) "Futbol Ensiklopediyası" ndakı oyunçu haqqında məlumat. ) Se n'è andato Farfallino Borel, l'ultimo dei ragazzi del '34 — Corriere della Sera

Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:Napoli FK futbolçuları Kateqoriya:Torino FK futbolçuları Kateqoriya:Yuventus FK futbolçuları Kateqoriya:FİFA Dünya Kubokunun qalib futbolçuları Kateqoriya:1934 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Fransa futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:Alessandria FK futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:İtaliya futbol məşqçiləri Kateqoriya:Alessandria FK məşqçiləri Kateqoriya:Kataniya FK məşqçiləri Kateqoriya:Napoli FK məşqçiləri Kateqoriya:İtaliya şəxsləri