Fərəc Xuvəyyu mədrəsəsi — Xoy şəhərində 1127-ci ildə açılmış mədrəsə.

Haqqında Orta əsr mənbələri Azərbaycanın şəhərlərində fəaliyyət göstərən mədrəsələrlə yanaşı Xoydakı mədrəsə və orada fəaliyyət göstərən elm adamları haqqında məlumat verirlər. Bağdadda fiqhi Əbu İshaq Şirazidən və Əbu Səid əl-Mütəvəllidən öyrəndikdən sonra doğma Xoy şəhərinə qayıdan Əbur-Ruh Fərəc ibn Übeydullah ibn Xələf əl-Xoyi burada mədrəsə açaraq əldə etdiyi biliyi həmvətənlərinə öyrətmişdir. Mədrəsə 1127-ci ildə fəaliyyətə başlamışdı. Əl-Əsnəvi göstərirdi ki, Əbu-r-Ruh Azərbaycanın ürəyi kimi tanınırdı. Çoxlu alimin müəllimi olan Əbu-r-Ruh doğma şəhərində vəfat etmişdir. Bu mədrəsələr də bəzi digər mədrəsələr kimi, onun əsasını qoyanın adı ilə tanınırdı. Belə ki, Xoyda 1127-ci ildə əsası qoyulmuş "əl-Fərəc əl-Xuvəyyu" mədrəsəsi onu tikdirən Fərəc ibn Abdallah ibn Xələf əl-Xuveyyinin adı ilə məşhurlaşmışdı.

Həmçinin bax Gəncə mədrəsəsi Ordubad mədrəsəsi Zaviyə mədrəsəsi Nizamiyyə mədrəsəsi (Gəncə) Beyləqan mədrəsəsi Marağa mədrəsələri Şamaxı mədrəsəsi Dəməşq Atabəylər mədrəsəsi Müstənsəriyyə mədrəsəsi

İstinadlar

Xarici keçidlər Nərgiz Əliyeva. Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti. Bakı: "Turxan" NPB, 2015.

Kateqoriya:İran mədrəsələri