Yasemin Əcəm Anagöz (; ) — Türkiyəli idmançı. Məşğul olduğu idman növu oxatmadır. Olimpiya və Avropa Oyunlarının iştirakçısı olub.
Bioqrafiya Yasemin Ecem Angagöz 14 oktyabr 1998-ci ildə Türkiyənin İzmir şəhərində dünyaya gəlib. Hal hazırda "Göztepe" klubunda çıxış edir .
Karyera Yasemin Anagöz ölkəsini 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarında təmsil edib. O Avropa oyunlarında 1/4 finala qədər yüksəlir ancaq burada Yunan oxatan Evangelia Psarraya 0: 6 hesabı ilə məğlub olurhttps://web.archive.org/web/20201021220311/https://www.ianseo.net/TourData/2015/810/IBRW.pdf . Avropa oyunlarında göstərdiyi nəticəyə görə 13-cu yeri tutur.
2015-ci ildə Kopenhagendə keçirilən Dünya Çempionatında fərdi və komanda yarışlarında iştirak edir. Fərdi turnirin ilk turunda Belarusiyalı Anna Marusovanı məğlub edir ancaq daha sonra Çinli Vu Jiaxinə məğlub olurhttps://web.archive.org/web/20181005071057/http://www.ianseo.net/TourData/2015/539/BOOK.pdf .
Komanda yoldaşı Mete Gazoz ilə birlikdə 2017-ci ildə Rosarioda keçirilən Gənclər arasında Dünya Çempionatında qarışıq cütlüklərdə bürünc medal qazanırhttps://web.archive.org/web/20180903150758/http://www.ianseo.net/TourData/2018/3150/IFRW.pdf.
2018-ci ildə, finalda Danimarka Maya Jageri məğlub edir .
Əlavə olaraq Aybüke Aktuna və Gülnaz Coşkunla birlikdə finalda italyanları məğlub edərək komanda yarışlarında çempion olurhttps://web.archive.org/web/20201129054026/https://www.dailysabah.com/sports/2018/09/03/turkish-womens-archery-team-wins-gold.
Anagöz 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında Türkiyəni təmsil edib.https://web.archive.org/web/20210309125645/https://extranet.worldarchery.sport/documents/index.php/Events/Olympic_Games/2016_Rio/BOOK.pdf
Titulları
Gənclər arası dünya çempionatı 2015: Gümuş medal Avropa Kuboku 2016: Gümuş medal Avropa üzrə Rio Olimpiadasına seçim oyunları 2016: Qızıl medal "Tarragona" Aralıq dənizi oyunları 2018: Bürunc medal Avropa Oxatma Çempionatı 2018: Qızıl medal Dünya Kuboku 2018: Gümuş medal
İstinadlar
Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında oxatanlar Kateqoriya:2015 Avropa Oyunlarında oxatanlar Kateqoriya:2021 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:2022 Aralıq dənizi Oyunları yarışçıları Kateqoriya:XXI əsr Türkiyə qadınları Kateqoriya:2018 Aralıq dənizi Oyunları yarışçıları