Camal Gürsəl (; ) — Türkiyə Respublikasının 4-cü prezidenti.

Həyatı Camal Gürsəl 1895-ci ildə Ərzurum şəhərində anadan olub.

İbtidai təhsilini Orduda almış, daha sonra Ərzincan hərbi məktəbinə daxil olmuşdur. İstanbul Kuleli Hərbi Litseyində təhsilini davam etdirmiş, 1915-ci ildə Hərb Məktəbini bitirib Türk Sialhlı Qüvvələrinə qatılmışdır.

1917-ci ilə qədər Çanaqqala savaşlarında döyüşmüşdür.

Müharibə bitdikdən sonra Fələstin cəbhəsinə təyin olunmuşdur.

1946-cı ildə general rütbəsi almış, 1957-ci ildə Ordu generalı olmuş, 1958-ci ildə Quru Qoşunları Komandanı təyin olunmuşdur.

27 may çevrilişinin lideri olmuş, o tarixdən sonra Milli Birlik Komitəsinin sədri və Türk Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsini daşımışdır.

10 oktyabr 1961-ci il tarixdə TBMM tərəfindən prezident seçilmişdir.

Uzun sürən ağır xəstəlikdən sonra 14 sentyabr 1966-cı ildə vəfat etmişdir.

Fransızca bilirdi.

Evli idi və bir övladı vardı.

İstinadlar

Kateqoriya:Türkiyə prezidentləri Kateqoriya:Türkiyə baş nazirləri Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:İnsultdan vəfat edənlər Kateqoriya:Türkiyənin milli müdafiə nazirləri Kateqoriya:Türkiyə İstiqlaliyyət müharibəsi iştirakçıları Kateqoriya:Osmanlı siyasətçiləri Kateqoriya:Türkiyə müsəlmanları Kateqoriya:Türkiyə milliyyətçiləri