Patrik Andrade (Erickson Patrick Correia Andrade) — Kabo-Verdeli peşəkar futbolçu. "Araz-Naxçıvan" futbol klubunun və Kabo-Verde millisinin yarımüdafiəçisi.
Karyera Futbolçu karyerasına, 2009-cu ildə Kabo-Verdenin "Sportinq Praia" klubunda başlayır.
2013-cü ildə futbolçu Avropaya gələrək Portuqaliyanın "Riberio" klubu ilə müqavilə bağlayır.
Daha sonra, 14 iyul 2014-cü ildə Portuqaliyanın birinci liqasında yarışan "Moreirense" klubuna keçir. 14 yanvar 2015-ci ildə "Nasional" klubuna qarşı oyunda yeni komandasında debüt edir.
Portuqaliyada 5 illik futbol karyerasından sonra, 2018-ci ildə Portuqaliyanı tərk edərək Bolqarıstana gedir. 26 iyun 2018-ci ildə Bolqarıstanın "Çernoe More" klubu ilə mqavilə bağlayır. Yeni klubunun heyətində 30 iyul 2018-ci ildə "Levski Sofiya" ilə oyunda dübüt edir.
28 avqust 2020-ci ildə 150 min avro qarşılığında, Azərbaycanın ən güclu klubu və son 6 ilin çempionu olan "Qarabağ" klubuna transfer olunur.
2022-ci ildə Serbiyanın "Partizan" klubuna keçir.
Milli Komanda Karyerası 1 oktyabr 2020-ci ildə Kabo-Verde milli komandasına dəvət edilir. 10 oktyabr 2020-ci ildə Kabo-Verdenin Qvineya milli komandası ilə yoldaşlıq göruşundə meydana çıxıraq milli komandada debut edir. Futbolçunun Kabo-Verde millisində rəmi debütu isə 26 mart 2021-ci ildə Kamerun milli komandası ilə göruşdə baş tutur.https://qol.az/news/156911-qarabagin-futbolcusu-kameruna-qarsi-oynadi-qelebe-qazandilarhttps://qol.az/news/156991-qarabaga-kecenden-sonra-milliye-cagirildim
İstinadlar
Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Kabo-Verde futbolçuları Kateqoriya:Portuqaliya Premiera Liqası futbolçuları Kateqoriya:Portuqaliya Sequnda Liqası futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Serbiya Superliqası futbolçuları Kateqoriya:Partizan Belqrad FK futbolçuları Kateqoriya:Portuqaliyada legioner futbolçular Kateqoriya:Bolqarıstanda legioner futbolçular Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:Serbiyada legioner futbolçular Kateqoriya:Araz-Naxçıvan PFK futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Portuqaliyadakı əcnəbi kişi futbolçular Kateqoriya:2023 Afrika Millətlər Kuboku futbolçuları Kateqoriya:Birinci Peşəkar Futbol Liqası (Bolqarıstan) futbolçuları