Kadmium (II) xlorid (CdCl2) — qeyri-üzvi bir birləşmədir, kadmium metalının və xlorid turşusunun duzu, rəngsizkristallar, higroskopik, suda asanlıqla həll olunur, kristallohidratlar əmələ gətirir.

Fiziki xassələri Kadmium (II) xlorid heksoqonal sistemin rəngsiz kristallarını, fəza qrupunu R-3m, hüceyrə parametrlərini a = 0.385 nm, c = 1.746 nm, Z = 3 əmələ gətirir. Sulu məhlulları hidrolizə görə turş reaksiya yaradır. Metalik kadmium(6000C-də kadmiumun~ 15%) kadmium xloridin ərintisində həll olunur.

Alınması Metalik kadmiumun xlorid turşusunda həll edilməsi nəticəsində almaq olur:

Kadmium oksidin xlorid turşusunda həll edilməsi:

Sadə maddələr arasındakı reaksiya nəticəsində:

Kadmium oksidin və xlor qazı ilə reaksiyası nəticəsində:

Kimyəvi xassələri Kristallohidratların qızdırılması nəticəsində susuz duzları alınır:

Hidrogen xloridlə və qələvi metal xloridlərlə kompleks yaradır:

Qaynar qatı sulfat turşusu ilə reaksiyaya daxil olur:

Qələvilərlə reksiyaya daxil olur:

Tədqiqi Fotoreagentlərdə. Qalvanik elementlərdə elektrolitin tərkib hissəsi kimi. Üzvi sintezdə katalizator kimi. Sənayedə günəş panellərinin istehzalı zamanı.

İstinadlar Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 2-е изд., испр. — М.-Л.: Химия, 1966. — Т. 1. — 1072 с. Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с. Лидин Р.А. и др. Химические свойства неорганических веществ: Учеб. пособие для вузов. — 3-е изд., испр. — М.: Химия, 2000. — 480 с

Kateqoriya:Qeyri-üzvi birləşmələr Kateqoriya:Xloridlər