Qabdrəhman Qədirov (; ) — Sovet atleti (moto idmanı, spidvey), buz üstündə motosiklet yarışında altı qat dünya çempionu (1966, 1968, 1969, 1971-1973), Avropa çempionu (1964). Bioqrafiya Qabdrəhman Qədirov 27 yanvar 1941-ci ildə Şatura qəsəbəsində (Moskva vilayəti) anadan olmuşdur. Şaturada atası Fayzurəhman Fayzurəhmanoviç və anası Qasima Məhəmmədovna Başqırdıstandan bir Komsomol inşaat sahəsinə gəlmişlər.
Atsı cəbhədə ölmüş, anası isə bir inşaat trestində bənna olaraq çalışmağa davam etmişdir.
Müharibədən sonra ana və oğul bir neçə il Beloretskdə yaşamışlar. 1947-ci ildən Qədirov Ufa şəhərində yaşayır. 1970-ci ildə Lesqaft adına Universiteti bitirmişdir. SSRİ yığma komandası üçün buz meydanında, motosiklet yarışında yarışır. Beynəlxalq müsabiqələrdə Qədirov Çexoslovakiya, Polşa, İsveç, Finlandiya və digər ölkələrdən ola yarışmaçıları spidfveydə asanlıqla məğlub edir.
Qabdrəhman Qədirov üç dəfə evlənmişdir. Qədirovun üçüncü həyat yoldaşı Nazifə başqırd pop ulduzu, indi Başqırdıstanın Xalq artisti, Başqırdıstan Respublikası Salavat Yulayev adına Dövlət Mükafatı laureatı olmuşdur. Üç evlilikdən üç uşaq qalmışdır - iki oğlu və bir qızı. Böyük oğlu Artur, Ufa Moto Nəqliyyat Kollecinin komandasında motokrosla məşğul idi. Nəvələri: Artur, Artyom, Danila və nəvələri İnna və Liza.
İdman karyerasının sonunda idman şərhçisi, beynəlxalq yarışlarda hakim, Ufadakı Başqırd Dövlət Filarmoniyasında idarəçi (1982-1993) işləmişdir. İki bioqrafiya kitabı yazmışdır - "Buzu seçirəm" və "Çətin spidvey üzüyü". Kitabları 1974 və 1976-cı illərdə Ufa və Moskvada nəşr edilmişdir.
31 iyul 1993-cü ildə Soçidəki bir sanatoriyada insultdan vəfat etmişdir. Ufa şəhərində müsəlman qəbiristanlığında dəfn edilmişdir. 31 iyul 1997-ci ildə qəbir üzərində heykəltaraş Vladimir Lobanovun hazırladığı abidəsi qoyulmuşdur.
İstinadlar
Kateqoriya:Ufa müsəlman qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Tatar idmançılar