Karavacco () — 1986-cı il tarixli ingilis tarixi-dram filmi. Film bölümlərə bölünmüş tərzdə çəkilmişdir.

Məzmun Film Karavacconun sürgündə zəhərlənməsi ilə başlayır. Filmdə Karavacco içkiyə, qumara və davaya meyilli kimi göstərilir. Dini rəsimləri üçün evsizlərdən, sərxoş və fahişələrdən model kimi istifadə edir. Tez-tez bu modellərlə (həm kişi, həm qadın) əlaqədə olmağa meyil edir. Sənət dünyasında Karavacco kobud biri olaraq qəbul olunur.

Bir gün muzdlu küçə döyüşçüsü Ranussio model və potensial sevgili kimi Karavacconun diqqətini çəkir. Ranussio sevgilisi Lena ilə Karavacconu tanış edir. Həm Ranussio, həm də Lena ayrı vaxtlarda Karavacco ilə öpüşərkən hər iki sevgili bu səhnəyə şahidlik edir. Bundan sonra hər iki sevgilidə Karavaccoya qarşı qısqanclıq yaranır. Bir günü Lena hamilə olduğunu deyir, amma uşağın atasının kim olduğunu demir. Varlı bir zadəgan ilə yaşamağa başlasa da, tezlikdə boğulmuş meyiti tapılır. Karavacco ölümündən sonra kədərli şəkildə Lenanı təsvir edir. Ranussio Lenanı öldürməkdə təqsirli bilinərək həbs olunur, ancaq Ranussio bunu rədd edir. Karavacco Ranussionu xilas etmək üçün papaya müraciət edir. Ranussio azadlığa çıxandan sonra Karavaccoya Lenanı öldürdüyünü etiraf edir. Cavab olaraq Karavacco Ranussionun boğazını kəsməklə onu öldürür.

Filmin sonlarında ölüm döşəyində olan Karavacconun rahiblər tərəfindən ona təlqin olunan son ayinləri rədd etməyə çalışdığı göstərilir.

İstinadlar

Kateqoriya:1986-cı ilin filmləri Kateqoriya:LGBT mövzulu Britaniya filmləri Kateqoriya:İtaliya haqqında filmlər Kateqoriya:XVII əsr haqqında tarixi filmlər Kateqoriya:XVI əsr haqqında tarixi filmlər Kateqoriya:Müstəqil Britaniya filmləri Kateqoriya:İngilis dilində bioqrafik dram filmləri Kateqoriya:Böyük Britaniyanın bioqrafik dram filmləri Kateqoriya:Londonda çəkilən filmlər Kateqoriya:Dramlar Kateqoriya:Rəssamlar haqqında bioqrafik filmlər