Bayram Niyazi Kiçikxanlı () — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin katibi və ya baş katibinin müavini, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Zaqatala Milli Şurasının katibi, Əhrar Partiyasının üzvü.

Həyatı Bayram Niyazi Kiçikxanlı 1889-cu ildə Zaqatala dairəsinin Faldarlı kəndində anadan olmuşdur. O, Orenburq seminariyasını bitirdikdən sonra Bakıda əmək fəaliyyətinə başlamışdır.

Siyasi fəaliyyəti 270x270px|thumb|Azərbaycan parlamentinin üzvü Bayram Niyazi Kiçikxanlınınvəsiqəsi. 1918-ci il. Ərəb hərfləriylə Azərbaycan dilində yazılıb: "Şəhadətnamə. Kiçikxanlı Bayram Niyazinin Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusan əzasından olduğu təsdiq edilir. Məclisi-Məbusan rəisi doktor Ağayev."|left

Parlamentdə 15 dekabr 1918-ci ildə Zaqatala dairəsindən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmiş, sənədləri 16 yanvar 1919-cu ildə təsdiqlənmişdir. Bayram Niyazi Kiçikxanlı parlamentdə Əhrar fraksiyasının üzvü idi. O, parlamentin fəhlə komissiyasının və mərkəzi seçki komissiyasının üzvü olmuşdur. Lakin parlamentin 16 fevral 1920 tarixli sayca yüz iyirmi beçinci iclasında Bayram Niyazi Kiçikxanlı bir ay yarımlıq məzuniyyətlə Zaqatalaya getdiyi üçün mərkəzi seçki komissiyası üzvlüyündən istefa verdi.

Parlamentin 8 yanvar 1919 tarixli iclasında sədrə yeni 2 katib müavininin seçilməsi məsələsi müzakirə olunmuşdur. Müsavat Partiyasının sədri Məhəmməd Əmin Rəsulzadə bu 2 müavindən birinin Əhrardan, digərinin isə milli azlıqlar fraksiyasından seçilməsini təklif etmişdir. Milli azlıqlar fraksiyasından Moisey Quxman namizəd verməyəcəklərini elan etmişdir. Məhəmməd Əmin Rəsulzadə daha sonra namizədin bitərəflər fraksiyasından olmasını təklif etmişdir. Bitərəflər fraksiyası da etiraz etdikdən sonra, Şəfi bəy Rüstəmbəyov müsavat və bitərəflər fraksiyasının namizəd göstərəcəyini elan etmiş və bu qərara etiraz edən olmamışdır. Səsvermədə Əhrar adından Bayram Niyazi Kiçikxanlı, müsavat və bitərəflər fraksiyası adından isə Mehdi bəy Hacınski katib seçilmişdir.

25 yanvar 1919-cu ildə parlamentin sayca doqquzuncu iclasında komissiya tərəfindən baxılmış olan "Ədəmi-ictimai" qanunu Məhəmməd Əmin Rəsulzadənin müdafiəsinin ardından yekdilliklə qəbul edilir. Qanunun qəbulundan sonra parlamentin 4 fevral 1919-cu il tarixli sayca on ikinci iclasında Vladimir Ollonqren, Abdulla Qəbulzadə, Bəhram bəy Vəzirov, Bayram Niyazi Kiçikxanlı, Əli bəy Zizikski, Hacı Hüseyn Əfəndiyev və Rəşid bəy Axundzadə hökumət qulluğundan istefa verərək, parlament üzvlüyünü qəbul etdilər.

Parlamentin 12 yanvar 1920 tarixli sayca yüz on altıncı iclasında 29 dekabr 1919-cu il tarixində baş katib seçilən Mehdi bəy Hacınski baş katiblikdən istefa verdiyini elan edir. Elə həmin iclasda Rəyasət Heyətinə seçkilər keçirilir. Sultan Məcid Qənizadə 27 vərəqə ilə sədrin ikinci müavini, Mehdi bəy Hacınski 31 vərəqə və Bayram Niyazi Kiçikxanlı 27 vərəqə ilə katiblik (baş katibin müavini) postuna namizəd göstərildi. Səsvermə nəticəsində Sultan Məcid Qənizadənin lehinə 42 ağ şar, əleyhinə 14 qara şar; Bayram Niyazi Kiçikxanlının lehinə 54 ağ şar, əleyhinə 1 qara şar; Mehdi bəy Hacınskinin lehinə 54 ağ şar, əleyhinə 14 qara şar istifadə olundu. Nəticədə hər biri namizəd göstərildiyi vəzifəyə seçildi.

Zaqatala Milli Şurasında 28 iyun 1918-ci ildə Zaqatala Milli Şurası Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə muxtar ərazi olaraq onun subyekti olmaq istədikləri barədə teleqraf göndərir. 2 gün sonra, 30 iyun 1918-ci il tarixində II Xoyski hökuməti Zaqatala dairəsinin özünün ərazi subyekti olduğunu elan edir. Zaqatala dairəsinin Azərbaycan Xalq Cümhuriyyətinə birləşməsini Zaqatala Milli Şurası belə izah edirdi:

Partiya fəaliyyəti Bayram Niyazi Kiçikxanlı Əhrar Partiyasının üzvü idi.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin katibləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri