"Elm Tarixi və Elmşünaslıq'' jurnalı — Beynəlxalq elmi-nəzəri jurnal. Dünyada, o cümlədən Azərbaycanda elmin inkişaf tarixi, kəşflər və ixtiralar, müasir elmi nailiyyətlər, elm tarixi və elmşünaslığın aktual problemləri ilə bağlı məqalələr dərc edilir.
Jurnalın başlıca vəzifələri jurnalın profilinə uyğun olaraq, Azərbaycanın və xarici ölkə alimlərinin elmi-tədqiqat işlərinin nəticələrini dərc etmək;
elm tarixi və elmşünaslığın metodologiyasına dair tədqiqatların icmalını vermək;
elmi-tədqiqat layihələrinə metodiki yardım etmək;
Azərbaycanın və xarici ölkələrin ali məktəblərinin elm tarixi və elmşünaslıq istiqamətləri üzrə tədris prosesinə elmi-metodiki yardım etmək;
elm tarixi və elmşünaslığın daha effektiv tədqiqinin inkişafı üçün informasiya, metodiki və digər intellektual ehtiyatların mübadiləsini fəallaşdırmaq;
elm tarixi və elmşünaslığa dair əsərləri peşəkar səviyyədə rəyləşdirmək, eyni zamanda istifadəçi münasibətini araşdırmaq;
Jurnalın bölmələri Təbiət elmləri tarixi
Dəqiq və texniki elmlər tarixi
Humanitar və ictimai elmlər tarixi
Elm tarixinin mənbəşünaslığı və tarixşünaslığı
Elm tarixinin nəzəriyyəsi və metodologiyası
Redaksiya heyəti Baş redaktor: Məryəm Seyidbəyli — AMEA Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Baş redaktorun müavini: Bayram Quliyev — AMEA Elm Tarixi İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Redaktor: Dilarə Vahabova — AMEA Elm Tarixi İnstitutunun əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Redaktor — Röya Mirzəbəyova — AMEA Elm Tarixi İnstitutunun əməkdaşı Üzv: İsa Həbibbəyli — AMEA-nın vitse-prezidenti, akademik Üzv: Nərgiz Axundova — akademik Üzv: Nailə Vəlixanlı — Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Üzv: Validə Əlizadə — AMEA Botanika İnstitutunun direktoru, akademik Üzv: Nazim Məmmədov — AMEA Fizika İnstitutunun direktoru, akademik Üzv: İlham Məmmədzadə — AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru Üzv: Zabil Bayramlı — Bakı Dövlət Universitetinin professoru Üzv: Zaur Əliyev — AMEA Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Üzv: Baturin Yuriy Mixayloviç — S. İ. Vavilov adına Təbiət elmləri və texnika İnstiutunun əməkdaşı, REA-nın müxbir üzvü Üzv: Bayçun Zanq — ÇİEA (Çin İctimai Elmlər Akademiyası) Dünya Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Üzv: Roman Alekseyeviç Fando — REA S. İ. Vavilov adına Təbət elmləri və texnika İnstitutunun direktoru Üzv: Aşeulova Nadejda Alekseyevna — REA S. İ. Vavilov adına Təbət elmləri və texnika İnstitutunun Sankt-Peterburq filialının direktoru, sosiologiya üzrə elmləri doktoru Üzv: Boris Antonoviç Malitskiy — UMEA (Ukrayna Milli Elmlər Akademiyası) Elm tarixi və elmi-texniki potensialın araşdırılma Mərkəzinin Direktoru, iqtisad üzrə elmlər doktoru
Həmçinin bax AMEA Elm Tarixi İnstitutu Məryəm Seyidbəyli Elm Tarixi (jurnal) Kateqoriya:Elmi jurnallar