Ey Gözəl Krım () ― məşhur krım tatar xalq mahnısı. Melodiyası krım tatarları arasında dünya səviyyəsində tanınır və krım tatar konsertlərində tez-tez səslənir. Mahnının kədərli mətni sürgün həyatla bağlı təəssüfünü bildirir və sevimli vətənlərinin itkisinə yas tutur. Mahnının mənşəyi məlum deyil, lakin krım tatarlarının deportasiyasından bir müddət sonra anonim olaraq yazıldığı düşünülür. Bununla birlikdə, Əndicana sürgün edilmiş krım tatarları Fatma Xəlilova və Şurki Osmanov 1968-ci ildə Aluştaya səfəri zamanı mahnını yazdıqları barədə təsdiqlənməmiş iddialar var.«Мои последние каникулы…» 40-летию песни «Эй гузель Къырым» посвящается . Crimean News Agency. 15 March 2008 2016 Avroviziya Mahnı Müsabiqəsində birinci yer tutan Ukrayna təmsilçisi Camalanın "1944" mahnısının bir hissəsində bu xalq mahnısından istifadə olunmuşdur.
Mətni Krım tatarca (Latın əlifbası) Krım tatarca (Kiril əlifbası) Azərbaycan dilinə tərcüməAluştadan esken yeller Yüzüme urdı. Balalıqtan ösken yerler Közüme tüşti.
Men bu yerde yaşalmadım, Yaşlığıma toyalmadım, Vatanıma asret oldım, Ey, güzel Qırım.
Bağçalarnıñ meyvaları, Bal ile şerbet. Suvlarıñnı içe-içe, Toyalmadım men.
Bala-çağa Vatanım dep, Közyaşın töke, Qartlarımız elin cayıp, Dualar ete.Алуштадан эскен еллер Юзюме урды. Балалыкътан оськен ерлер Козюме тюшти.
Мен бу ерде яшылмадым, Яшлыгъыма тоялмадым, Ватаныма асрет олдым, Эй, Гузель Къырым.
Багъчаларнынъ мейвалары Бал иле шербет Сувларынъны иче-иче Тоялмадым мен.
Бала-чагъа Ватаным деп, Козьяшын тёке, Къартларымыз элин джайып Дуалар эте.Aluştadan əsən yellər Üzümə vurdu. Doğma uşaqlıq yerləri Gözümün qabağına gəldi.
Mən bu yerdə yaşamadım, Cavanlığıma doymadım, Vətənimə həsrət qaldım, Ey, gözel Krım.
Bağçalarının meyvələri Bal ilə şərbət. Suyunu içə-içə, Doymadım mən.
Uşaqlar Vətənim deyib, Göz yaşları tökür, Qocalarımız əllərini uzadıb, Dualar edir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Krım tatarları mədəniyyəti