Atlantis () 2019-cu ildə rejissor Valentin Vasyanoviçin çəkdiyi Ukrayna filmidir. Film 2019 Toronto Beynəlxalq Film Festivalında Modern Dünya Filmi bölümündə göstərildi. 76-cı Venesiya Beynəlxalq Film Festivalında Ən Yaxşı Film üzrə "Horizon" mükafatını qazandı.

Məzmun Filmdəki rolların hamısı da qazilər, könüllülər və əsgərlər tərəfindən oynanılıb. Heç bir professional aktyora yer verilməyib. Baş rollardan birini Donbass müharibəsində iştirak edən keçmiş bir əsgər olan Andrey Rimarik oynayıb.

Ukrayna-Rusiya arasındakı müharibədən sonrakı vəziyyəti əks etdirən filmdə müharibə sonrası travma yaşayan Sergey ilə könüllü olaraq xidmət edən Katya arasındakı münasibətlər üzərindən hadisələr göstərilir.

İstinadlar

Kateqoriya:2019-cu ilin filmləri Kateqoriya:Ukraynanın dram filmləri Kateqoriya:Ukraincə filmlər Kateqoriya:2019-cu ilin dram filmləri Kateqoriya:Qazilər haqqında filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Dramlar Kateqoriya:Postapokaliptik filmlər Kateqoriya:2010-cu illərin antiutopik filmləri