David Morse () Amerikalı Emmy mükafatına namizəd göstərilmiş səhnə, teatr və kino aktyoru.

Massaçusetsin Beverly şəhərində anadan olub. Teatr işlərinə 1970-ci illərdən Bostonda başlamışdır. 1980-ci illərdə, vaxtaşırı Nyu-Yorkda teatr tamaşalarında yer alarkən bəzi televiziya filmlərində də iştirak etmişdir. Bu illərin sonra, Yaxşı Oğul (The Good Son), Qaya (The Rock), On iki meymun (Twelve Monkeys), Uzun Öpüş Gecəsi (The Long Kiss Goodnight), Əlaqə (Contact) və Müzakirəçi (Negotiator) kimi bəzi film əsərlərində rol almışdır. Stephen Kingin hekayələrinə əsaslanan The Langoliers, Hearts in Atlantis və Yaşıl mil filmləri ilə nüfuzunu artırmışdır. 2007-ci ildə House serialındakı Michael Tritter roluna görə Emmy mükafatına namizəd göstərilmişdir.

İstinadlar Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:ABŞ televiziya aktyorları