Əhməd Tosun Paşa və ya Kavalalı Tosun Paşa () — Kavalalı ailəsinin banisi Mehmed Əli Paşanın ikinci oğlu.
Həyatı 1794-cü ildə Kavalada dünyaya gəldi. Atası Kavalalı ailəsinin banisi Mehmed Əli Paşa, anası isə onun ilk xanımı Əminə xanımdır. 11 yaşına qədər Kavalada yaşayan Tosun, atasının Misir hakimi təyin edilməsinin ardından böyük qardaşı İbrahimlə birlikdə Misirə gəldi (28 avqust 1805).
1 mart 1811-ci ildə öndə gələn Məmlük bəylərinin qanlı bir şəkildə ortadan qaldırılmasının ardından Hicazda vəhhabi üsyanının yatırılması ilə vəzifələndirildi. Yeni bir Misir ordusunun qurulmasına çalışan fransız əsilli polkovnik Jozef Sevenin (sonradan Süleyman Paşa) yanında yetişən Əhməd Tosun Paşa, əmrindəki piyada qoşunla öncə Ciddə bölgəsinə daxil oldu. Məkkə 1813-cü ildə üsyançılardan təmizlənsə də, ayaqlanan vəhhabi dəstələri Diriyə qalası və ətraf bölgələrində möhkəmləndilər. Ardından atası Mehmed Əli Paşa əmrindəki Misir hərbi birlikləriylə 1813-cü ilin sentyabrında bölgəyə gəldi və başda Diriyə qalası olmaqla, üsyançıların bütün müqavimətini qırdı.
Ancaq çox keçmədən səhhəti pisləşdi və tutulduğu vəba xəstəliyindən sağala bilməyib 28 sentyabr 1816-cı ildə vəfat etdi.
Ailəsi
Xanımları Bamba Qadınəfəndi (ö. 1871)
Oğul övladları Abbas Hilmi Paşa (d. 1 iyul 1812 — ö. 13 iyul 1854) Osman bəy (ö. 1815)
Qız uşaqları Xədicə xanım (ö. 1817) Ziba xanım (ö. 1817) Ayşə xanım (ö. 1817)
Mənbə Васильев А. История Саудовской Аравии. 1745–1973 Kateqoriya:1794-cü ildə doğulanlar Kateqoriya:1816-cı ildə vəfat edənlər Kateqoriya:28 sentyabrda vəfat edənlər Kateqoriya:Osmanlı paşaları