Fyodor Çalov (rus.: Фёдор Ча́лов, ) — Rusiyalı futbolçu, hücumçu mövqeyində oynayır. Futbol üzrə Rusiya Milli komandasının və Moskvanın "MOİK" klubunun oyunçusudur. Rusiyanın İdman ustasıdır.

Karyerası Futbolçu 2005-ci ildə uşaq və yeniyetmələrdən ibarət "Yunıy Dinamovets" futbol klubunun uşaq futbol məktəbində futbol öyrənməyə başlayır. Bir il sonra, "MOİK" klubunun skautları 8 yaşlı Çalovu, "MOİK"in Uşaq komandasına aparırlar. "MOİK"də inkişaf edən futbolçu, 13 yaşında uşaqlar arasında Rusiya çempionatında ən yaxşı bombardiri olur.

Tezliklə yeniyetmə Fyodorun qol vurma bacarığı üzə çıxır. 2015-ci ildə o, 1998-ci il təvəllüdlü futbolçuların çempionatında "Spartak" ilə oyunda 5 qol vurur. Bir il sonra UEFA Gənclər Liqasının oyunları çərçivəsində, Fransanın "Monako" komandası ilə qarşılaşmada rəqibin qapısına dörd qol vurur. Onun "poker"i komandasına 5:0 hesabı ilə qazanmağa kömək edir və o, dörd qoldan üçunu altı dəqiqə ərzində qol vurur.

Gənclər komandasında qolçuluq bacarığını ortaya qoyan futbolçu, tez bir zamanda əsas komandaya dəvət olunur. Onun "MOİK"in əsas heyətində debütu, 21 sentyabr 2016-cı il tarixində Futbol üzrə Rusiya kubokunun 16/1 mərhələsində "Yenisey" klubu ilə göruşdə baş tutur. Futbolçunun Rusiya Premyer Liqasında debütu isə, 6 noyabr 2016-cı ildə "Amkar" klubu ilə göruşdə baş tutur. 2 həftə sonra, 22 noyabr 2016-cı il tarixində isə, "Bayern" klubuna qarşı oyunda "UEFA Çempionlar Liqası"nda debüt edir.

3 dekabr 2016-cı ildə "Ural" komandası ilə oyunda (4:0) peşəkar karyerasında ilk qolunu vurur. 12 may 2017-ci ildə Tula "Arsenal" la qarşılaşmada (3:0) karyerasında ilk dublunu rəsmiləşdirir.

2017-ci ilin sonunda Rusiyanın ən yaxşı gənc futbolçusu seçilir.

12 aprel 2018-ci il tarixində, Avropa Liqasının dörddəbir finalı mərhələsində Londonun "Arsenal" klubu ilə baş tutan oyunda fərqlənərək avrokuboklarda ilk qolunu vurur. Aprelin 18-də "Amkar" komandası ilə oyunda dubl edir. Mayın 6-da isə Tula "Arsenal"ı ilə oyunun ilk hissəsində het=trik edərək 3 qol vurur.

Futbolçunun "MOİK" ilə müqaviləsi 2024-cü ilin yayında bitir.

Uğurları

Komanda Rusiya Super Kubokunun Qalibi: 2018 Rusiya Çempionatının gümüş mükafatçısı: 2016/17, 2017/18

Fərdi Rusiya çempionatının ən yaxşı bombardiri: 2018/19 (15 qol) Rusiyanın ən yaxşı gənc futbolçusu: 2017 Rusiya çempionatının, qol+öturmə sistemi üzrə ən yaxşı futbolçu: 2018/19

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Rusiya futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Rusiya milli futbol komandasının oyunçuları Kateqoriya:Rusiya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Rusiya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:ÇSKA Moskva FK futbolçuları Kateqoriya:Bazel FK futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Legioner Rusiya futbolçuları Kateqoriya:İsveçrədə legioner futbolçular Kateqoriya:Qriqori Fedetov FK futbolçuları Kateqoriya:Yunanıstan Super Liqası futbolçuları Kateqoriya:İsveçrə Super Liqası futbolçuları Kateqoriya:Kayserispor futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Rusiya idman ustaları