thumbnail|right El Klasiko () — İspaniyanın "Barselona" və "Real Madrid" klubları arasında keçirilən oyunlara verilən ad. Real Madrid "Barselona"ya qarşı ümumilikdə 104 rəsmi matçda qalib gəlib, "Barselona" isə 100 matçda qalib gəlib. 14 yanvar 2024-cü il tarixində keçirilmiş oyuna kimi iki komanda arasında 52 heç-heçə qeydə alınıb.
Tarixi Daim prinsipiallığı ilə seçilən matçda komandalar arasında ölüm-dirim mübarizəsi dərəcəsində rəqabətin olması həm də siyasi xarakter daşıyır. Səbəbi "Real"ın "Kral klubu", "Barselona"nın isə krala boyun əyməyən katalonların komandası olmasıdır.
İki komanda arasındakı ilk oyun 17 fevral 1902-ci ilə təsadüf edir. Hansı ki, həmin vaxt bu matç "El Klasiko" adlanmırdı. İndiyədək ümumilikdə 235 dəfə qarşılaşan komandalardan Barsanın 102, Realın isə 104 qələbəsi var. Qalan 42 oyun bərabərliklə başa çatıb. Bu matçlar ərzində "Real" futbolçuları 340 dəfə "Barsa" qapıçılarını cəzalandıra bilibsə, "Barsa" buna 328 dəfə nail olub.
Klublar La Liqa çərçivəsində 160 dəfə üz-üzə gəliblər ki, burda da yenə "Real"ın üstünlüyü var. "Kral klubu" 68 matçdan 3 xalla ayrıldığı halda, "Barselona" 62 dəfə meydanı qələbə ilə tərk edib. 30 qarşılaşmada isə qalib müəyyən olunmayıb. Qol hesabında da Madrid təmsilçisi öndədi – 263:245.
Statistika göstərir ki, ümumilikdə 506 qol qeydə alınmış La Liqa matçlarında oyun başına 3,18 qol düşür. Oyunlarda adətən 3 qolun olması "El Klasiko"ların çox vaxt bərabərliklə qurtarmadığını göstərir. Dəqiq desək, matçların 81 faizində bir komanda digərini üstələyib. Bu matçlar ərzində ən böyük hesablı qalibiyyət "Real"ın aktivindədi. Madridlilər 1943-cü ildə İspaniya kuboku matçında "Barselona"nı 11:1 hesabı ilə məğlub ediblər.
Katalonların öyünə biləcəyi ən böyük qələbəsi isə 1950-ci ilə təsadüf edir – 7:2. Diqqətçəkən ən maraqlı faktlardan biri odu ki, "Real" 1950-65-ci illərdə 16 mövsüm boyunca 16 matçda "Santyaqo Bernabeu"da katalonları məğlub ediblər. 1993-99-cu illərdə isə "Barsa" "Nou Kamp"da 7 mövsüm dalbadal "Real"ı məğlubiyyətə uğradıb. Bu müddətdə paytaxt təmsilçisi cəmi 1 qol vura bilib.
Bir mövsümdə hər iki oyunu udmaqda yenə də "Real" öndədi. "Kral klubu" 13, rəqibi 10 mövsümdə hər iki qarşılaşmada qalib gəlib. "El Klasiko"da qol səsi çıxmayan matçların sayı isə 8-dir. 2002-03 mövsümündən bu yana isə heç bir matç "quru" keçməyib.
"Real" və "Barselona" arasındakı matçlara adətən ispan dueli kimi baxılır.Lakin komandalar az da olsa, avrokuboklarda da üz-üzə gəliblər. Avropa "El Klasiko"larında "Real" 3, "Barsa" 1 qələbə qazanıb, 2 oyun heç-heçə qurtarıb.
İki klub arasındakı matçda rəqib qapılarına ən çox qol vuran futbolçu "Barselona"lıdı-Lionel Messi, hansı ki, rəqib qapısına 26 dəfə yol tapıb. İkinci yerdə isə Real Madridin argentinalı futbolçusu Alfredo Di Stefano gedir. O, "Barselona"ya 18 top vurub. Ümumiyyətlə, geriyə baxanda 2010-cu ilin noyabrına qədər əksər qarşılaşdlrmalarda "Real"ın "Barselona"nı üstələdiyini açıq aydın görürük.
La Ligadakı Bütün oyunlar