Azərlotereya Açıq Səhmdar Cəmiyyəti — Azərbaycan Respublikasının ərazisində bütün növ lotereyaların buraxılması, təşkili və keçirilməsi fəaliyyətini həyata keçirən dövlət şirkəti. Habelə 2022-ci ildən etibarən ölkə ərazisində qanuni fəaliyyət göstərən iki idman mərc operatorundan biridir. 23 noyabr 2001-ci ildə təsis edilmiş, 2021-ci ildə Türkiyənin "Demirören Şans Oyunları Yatırımları A. Ş." şirkətinin törəmə cəmiyyəti olan "YMT Sans B. V." şirkətinə idarəetməyə verilmişdir.""Azərlotereya" ASC "Demirören Şans Oyunları Yatırımları A. Ş." ilə müqavilə imzalayıb" . APA

ASC-nin təsisçisi Azərbaycanda lotereyanın buraxılmasına, təşkilinə və keçirilməsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyidir. Hazırda ASC-nin nizamnamə kapitalı 200.000,0 manat təşkil edir.Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi, VÖEN: 1300053151

Tarixi və fəaliyyəti ASC Azərbaycanda lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxilolmaların artırılması və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətinin gücləndirilməsi məqsədilə yaradılmışdır.

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin 29 yanvar 2002-ci il tarixli 09 saylı əmri ilə cəmiyyətin strukturu təsdiq edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 23 fevral 2003-cü il tarixli 50 saylı əmrlə "Azərlotereya" ASC tərəfindən Azərbaycan Respublikasında bütün növ lotereyaların buraxılması, təşkili və keçirilməsini tənzimləyən qaydaları təsdiq etmişdir.

2021-ci il fevralın 27-də "Azərlotereya" ASC-nin Türkiyənin "Demirören Şans Oyunları Yatırımları A. Ş." şirkətinin törəmə cəmiyyəti olan "YMT Sans B. V." şirkətinə idarəetməyə verilməsi haqda müqavilə imzalanıb.

Beynəlxalq təşkilatlara üzvlük

2022-ci ildən etibarən "Azərlotereya" ASC 80 ölkə üzrə 150-dən çox rəsmi lotereya və idman mərc oyunları operatorunun qlobal peşəkar birliyi olan və lotereya oyunları üzrə dünyanın aparıcı təşkilatı sayılan Dünya Lotereya Assosiasiyasına (World Lottery Association) üzvdür. Həmçinin, 2003-cü ildən Avropa Dövlət Lotereyalar və Toto Assosiasiyasının üzvüdür.World Lottery Association Regular Members"Azərlotereya" ASC Dünya Lotereya Assosiasiyasına qoşulub — Trend.az

Rəhbərlik "Azərlotereya" ASC-nin İdarə Heyətinin hazırkı sədri Osman Karakuşdur."Azərlotereya"nın rəhbəri dəyişib . Report.az

İstinadlar

Kateqoriya:Azərbaycanın dövlət təşkilatları Kateqoriya:2001-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Əlifba sırasına görə təşkilatlar Kateqoriya:Lotereyalar