Taleh Məmmədov (16 avqust 1989, Qaradağlı, Goranboy rayonu) — Azərbaycan yunan-roma güləşçisi. 2022-ci ildə Serbiyanın paytaxtı Belqradda keçirilən Güləş üzrə Dünya çempionatında 63 kq çəki dərəcəsində bürünc mükafatçısı. Güləş üzrə Avropa çempionatının gümüş və bürünc medalçısı.
Şəxsi həyatı Taleh Məmmədov 16 avqust 1989-cu ildə Azərbaycanın Qasım İsmayılov rayonunun (indiki Goranboy rayonu) Qaradağlı kəndində anadan olub. 1996-cı ildə Qaradağlı kəndində orta məktəbə başlayıb. 2000-ci ildən Bakıda Respublika İdman Olimpiya liseyində təhsilini və idman fəaliyyətini davam etdirib. 2007–2011-ci illərdə Bakıda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Güləş fakültəsində ali təhsil alıb. Hal-hazırda idman ustası və məşqçisi kimi fəaliyyət göstərir. Ailəlidir, iki övladı var.
Karyerası Taleh Məmmədov 2011-ci ildə Bakıda təşkil olunmuş "Qızıl Qran-pri" beynəlxalq turnirində 55 kq çəki dərəcəsində mübarizə aparıb və sonda final görüşündə məğlub olaraq gümüş medal qazanıb. 2013-cü ildə Taleh Məmmədov 60 kq çəki dərəcəsində ölkə çempionu adını qazanıb. 2014-cü ildə növbəti dəfə Bakıda keçirilən "Qızıl Qran-pri" yarışında iştirak edib, bu dəfə 59 kq çəki dərəcəsində yarışan Taleh bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb. Bundan bir il sonra o, Azərbaycan çempionatının qalibi olub. Taleh 2017-ci ildə bu uğuru təkrarlayıb, 59 kq çəki dərəcəsində növbəti dəfə ölkə çempionu adını qazanıb.
Taleh 2018-ci ilin sentyabrında Belarusun paytaxtı Minskdə keçirilmiş Oleq Karavaevin xatirə turnirində 63 kq çəki dərəcəsində qızıl medal qazanıb.
2019-cu ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 2019 Güləş üzrə Avropa Çempionatında 63 kq çəkidə bürünc medal qazanıb. Bürünc medal görüşündə o, Ermənistan güləşçisi Slavik Qalstyanı məğlub edib.
2020-ci ildə Taleh Belqradda keçirilmiş Güləş üzrə Fərdi Dünya Kubokunda yarışıb. Bundan bir il sonra o, Polşanın paytaxtı Varşavada təşkil olunmuş 2021 Avropa Güləş Çempionatında 63 kq çəki dərəcəsində mübarizə aparıb. O, finalda Rusiya idmançısı Jampolat Lokyayevə məğlub olaraq gümüş medal qazanıb.
2022-ci ildə Talehin növbəti yarışı Türkiyənin İstanbul şəhərində keçirilmiş Vehbi Emre & Hamit Kaplan Turniri olub. Bu yarışda o, təsnifat mərhələsində məğlub olsa da, təsəlliverici görüşlərdə qalib gələrək bürünc medala sahib çıxıb. Taleh Məmmədov Macarıstanın Budapeşt şəhərində keçirilmiş 2022 Avropa Güləş Çempionatında 63 kq çəki dərəcəsində gümüş medal qazanıb. Bundan bir neçə ay sonra İtaliyanın Roma şəhərində keçirilən Matteo Pellikone Reytinq Seriyasında bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib.
Uğurları İlTurnirYerNəticəYarış2009Azərbaycan Güləş Federasiyası KubokuBakı, Azərbaycan 3-cüYunan-Roma 55 kq2010Dan Kolov — Nikola Petrov TurniriBurqas, Bolqarıstan 3-cüYunan-Roma 55 kq2011Qızıl Qran-priBakı, Azərbaycan 2-ciYunan-Roma 55 kq 2013Dünya KubokuTehran, İran 3-cüYunan-Roma 60 kqVladislav Pitlasinski KubokuVarşava, Polşa 3-cüYunan-Roma 60 kqQızıl Qran-priBakı, Azərbaycan 3-cüYunan-Roma 60 kq 2014Dünya KubokuTehran, İran 3-cüYunan-Roma 59 kqQızıl Qran-priBakı, Azərbaycan 1-ciYunan-Roma 59 kq2015Taxti KubokuKirmanşah, İran 1-ciYunan-Roma 59 kq2015Vehbi Emre & Hamit Kaplan Turniriİstanbul, Türkiyə 3-cüYunan-Roma 59 kq 2017Dünya KubokuAbadan, İran 2-ciYunan-Roma 59 kqDan Kolov — Nikola Petrov TurniriRuse, Bolqarıstan 3-cüYunan-Roma 59 kq 2018Beynəlxalq Ukrayna TurniriKiyev, Ukrayna 1-ciYunan-Roma 63 kqRS — Vehbi Emre & Hamit Kaplan Turniriİstanbul, Türkiyə 1-ciYunan-Roma 63 kqOleq Karavayev Xatirə TurniriMinsk, Belarus 1-ciYunan-Roma 63 kq 2019Vehbi Emre & Hamit Kaplan Turniriİstanbul, Türkiyə 2-ciYunan-Roma 63 kqAvropa ÇempionatıBuxarest, Rumıniya 3-cüYunan-Roma 63 kq2021Avropa ÇempionatıVarşava, Polşa 2-ciYunan-Roma 63 kq 2022Avropa ÇempionatıMacarıstan, Budapeşt 2-ciYunan-Roma 63 kqRS — Vehbi Emre & Hamit Kaplan Turniriİstanbul, Türkiyə 3-cüYunan-Roma 63 kqDünya ÇempionatıBelqrad, Serbiya 3-cüYunan-Roma 63 kqMatteo Pellikone Reytinq SeriyasıRoma, İtaliya 1-ciYunan-Roma 63 kq
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycanın yunan-roma güləşçiləri Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:İslam Həmrəyliyi Oyunlarının Azərbaycan idmançıları Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları