I Kristian (; ) — Danimarka, Norveç və İsveçi özündə birləşdirən Kalmar birliyinin kralı. Oldenburq sülaləsindən yetişən ilk monarxdır.

Bavariyalı Xristoforun geridə vəliəhd qoymadan ölümündən sonra (1448) yaranan boşluqdan istifadə edən VIII Karl İsveç krallığını ələ keçirdi və Kalmar birliyini İsveç rəhbərliyində yenidən canlandırmaq istədi. Ertəsi il Norveç krallığını da özünə tabe edən VIII Karlın hədəfində Danimarka səltənəti idi. Ancaq Holşteyn qraflarının da təzyiqi ilə Danimarka Gizli Məclisi Kristianı Danimarka taxtına çıxardı. Daha sonra onun Norveç (1450) və İsveç (1457) səltənətlərini də əlinə alması nəticəsində Kalmar birliyi qısa müddətliyinə də olsa, bərpa olundu. Belə ki, 1463-cü ildə İsveç birlikdən ayrıldı. I Kristianın İsveç taxtını ələ keçirmək cəhdi isə 1471-ci ildə baş tutan Brunkberq məğlubiyyəti ilə nəticələndi.

1460-cı ildə əmisi Holşteyn qrafı Adolfun ölümündən sonra I Kristian Şlezviq hersoqu və Holşteyn qrafı ünvanlarına da yiyələndi.

26 oktyabr 1449-cu ildə sələfi Danimarka kralı Bavariyalı Xristoforun dul xanımı Brandenburqlu Doroteya ilə evləndi. Cütlüyün bu nigahdan 5 övladı dünyaya gəlsə də, bunlardan ikisi uşaq yaşda öldü.

Olaf (1450-1451) Kanut (1451-1455) I Con Marqarita I Fridrix

Mənbə

İstinadlar

Kateqoriya:Norveç kralları Kateqoriya:İsveç kralları Kateqoriya:Roma-Katolik monarxları Kateqoriya:Danimarka monarxları Kateqoriya:XV əsr hökmdarları Kateqoriya:Kalmar İttifaqı