Sergey Mixaylov (rus.: Серге́й Миха́йлович Михалёв , ) — Sovet və rusiyalı hokkeyçi,hokkey məşqçisi. Rusiya Sosialist Respublikasının əməkdar məşqçisi.
Karyerası 1947-ci ildə Rusiya Sosialist Respublikasının Çelyabinsk əyalətində doğulmuş Sergey Mixaylov karyerasına, 1966-cı ildə Çelyabinski təmsil edən "Burevestnik" komandasında başlayıb. Bu komandada 4 il çıxış etdikdən sonra 1970-ci ildə Ufa şəhərini təmsil edən "Salavat Yulaeva" komandasına keçir.
Ufa təmsilçisinin heyətində 4 il çıxış etdikdən sonra, hərbi xidmət ilə əlaqədar olaraq Kuynışevi təmsil edən "OİK" klubuna keçir. Ordu komandasında 1 il çıxış etdikdən sonra təkrar "alavat Yulaeva" komandasına geri dönur və burada iki il çıxış etdikdən sonra 1977-ci ildə hokkeyçi karyerasını bitirir.
Karyerasını bitrirdikdən iki il sonra, 1979-cu ildə "Salavat Yulaeva" komandasında məşqçi kimi işləməyə başlayır və 1989-cu ildə komandanın baş məşqçisi təyin edilir.
1990-cı ildə "Lada" hokkey klubunun baş məşqçi köməkçisi təyin edilir. "Lada" komandasında 1999-cu ilə kimi işləyir. "Lada"dan ayrıldıqdan sonra "Severstali" klubunun baş məşqçisi təyin edilir və 2005-ci ilə kimi bu kluba rəhbərlik edir.
9 noyabr 2005-ci ildə hokkeyçi kimi karyerasının böyük hissəsini keçirdiyi və köhnə komandası olan "Salavat Yulaeva" komandasına baş məşqçi təyin edilir.
2009-cu ildə "Torpeda" klubuna baş məqşçi təyin edilir, ancaq 6 oyundan sonra uğursuz olduğu çun klubdan qovulur.https://web.archive.org/web/20140103181355/http://lifesports.ru/news/3872
30 may 2011-ci ildə baş məşqçi kimi üçuncu dəfə "Salavat Yulaeva" klubuna dəvət edilir.https://web.archive.org/web/20110927102014/http://www.hcsalavat.ru/news/12487/ 3 noyabr 2011-ci ildə Ufa təmsilçisi ilə müqaviləsini ləğv edir və məşqçilik karyerasını bitirir.
Uğurları
Baş məşqçi köməkçisi kimi: "Lada" MHL çempionatının qalibi: 1993–94, 1995–96 JHL çempionatının gümüş mükafatçısı: 1992–93, 1994–95 Rusiya çempionatının gümüş mükafatçısı: 1996–97 Avropa kubokunun qalibi: 1997 Rusiya millisi U18 Gənclər arasında dünya çempionatının gümüş mükafatçısı: 2000
Baş məşqçi kimi: SSRİ tələbə komandası Universiadanın gümüş mükafatçısı: 1989 "Severstal" Rusiya çempionatının gümüş mükafatçısı: 2002–03 Rusiya çempionatının bürünc mükafatçısı: 2000–01 "Salavat Yulaev" Rusiya çempionatının qalibi: 2007–08
İstinadlar
Kateqoriya:II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeninin medalı ilə təltif edilənlər Kateqoriya:RSFSR əməkdar məşqçiləri Kateqoriya:RSFSR əməkdar məşqçiləri