Oxuyucu və ya Qiraətçi () — Stiven Doldrinin rejissorluğu və Devid Herin ssenarisi əsasında çəkilmiş 2008-ci il istehsalı romantik dram filmi. Film alman yazıçısı Börnard Şlinkin 1995-ci ildə nəşr olunmuş eyniadlı romanı əsasında ekranlaşdırılmışdır. Baş rollarda Keyt Vinslet, Rayf Fayns, Devid Kross, Bruno Qanz və Karolin Herfurt çəkilmişdir.
Film Berlin şəhərində vəkil işləyən Mixael Berqin həyatından bəhs edir. Mixael 1958-ci ildə 15 yaşında olarkən özündən yaşca böyük Hanna Şmits adlı qadında qısamüddətli yay eşq macərası yaşayır. Hanna qəfil yoxa çıxır və yalnız illər sonra nasistlərin toplama düşərgəsində mühafizəçi işlədiyi dövrdə törətdiyi əməllərlə əlaqədar keçirilən müharibə cinayətləri məhkəməsində təqsirləndirilən şəxslərdən biri kimi yenidən ortaya çıxır. Mixael Hannanın nasist keçmisindən daha utancverici hesab etdiyi şəxsi bir sirri gizlətdiyini anlayır.
Rollarda Keyt Vinslet — Hanna Şmitz Ralf Faynz — Mixael Berq Devid Kross — Gənc Mixael Berq Suzanne Lotar — Karla Berq Alissa Vilms — Emili Berq Florian Bartolomay — Tomas Berq Friderike Bext — Angela Berq Karoline Herfurt — Marta Maks Mauf — Rudolf Hanna Hertsprunq — Culia Moritz Qrov — Holqer Linda Bassett — Xanım Brenner
Buraxılış "Oxuyucu" filmi 10 dekabr 2008-ci ildə məhdud sayda, cəmi 8 kinoteatrda nümayişə buraxılmış və ilk həftə sonunda ABŞ kinoprokatından 168,051 dollar gəlir əldə etmişdir. Film 30 yanvar 2009-cu ildə geniş kinoprokatda nümayişə çıxarılmış və 2,380,376 dollar gəlir əldə etmişdir. Keyt Vinsletin "Oskar" mükafatı qazanmasından sonrakı həftəsonunda, 27 fevral 2009-cu ildə film ən geniş nümayiş miqyasına çataraq 1203 kinoteatrda göstərilmişdir.
Film ümumilikdə ABŞ kinoteatrlarında 34,194,407 dollar, dünya üzrə isə 108,902,486 dollar gəlir əldə etmişdir. Film ABŞ-də 14 aprel 2009-cu ildə DVD, 28 apreldə isə blu-ray formatında satışa çıxarılmışdır. Böyük Britaniyada hər iki format 25 may 2009-cu ildə satışa çıxarılmışdır. Almaniyada isə 4 sentyabr 2009-cu ildə filmin DVD versiyası (bir diskli standart və iki diskli xüsusi buraxılış), həmçinin blu-ray versiyası satışa çıxarılmışdır.
Mükafat və nominasiyalar MükafatKateqoriyaAdNəticəAkademiya MükafatlarıƏn yaxşı filmSidni Pollak, Entoni Minqella, Redmond Morris və Donna CiqliottiƏn yaxşı rejissorStiven DaldriƏn yaxşı aktrisaKeyt VinsletƏn yaxşı uyğunlaşdırılmış ssenariDavid HareƏn yaxşı kinematoqrafiyaRocer Dikins və Kris MenqesBAFTA MükafatlarıƏn yaxşı filmSidni Pollak, Entoni Minqella, Redmond Morris və Donna CiqliottiƏn yaxşı rejissorStiven DaldriƏn yaxşı aktrisaKeyt VinsletƏn yaxşı uyğunlaşdırılmış ssenariDavid HareƏn yaxşı kinematoqrafiyaRocer Dikins və Kris MenqesYayım Filmi Tənqidçiləri Assosiasiyasıİlin ən yaxşı 10 filmiƏn yaxşı filmƏn yaxşı köməkçi qadın roluKeyt VinsletƏn yaxşı gənc aktyorDavid KrossQızıl Qlobus MükafatlarıƏn yaxşı film — dramƏn yaxşı rejissor — Hərəkətli filmStiven DaldriƏn yaxşı ssenariDavid HareƏn yaxşı köməkçi aktrisa roluKeyt VinsletSan Diqo Film Tənqidi CəmiyyətiƏn yaxşı aktrisaKeyt VinsletPeyk Mükafatları2008-ci ilin ən yaxşı 10 filmiƏn yaxşı aktrisa — dram filmiKeyt VinsletƏn yaxşı rejissorStiven DaldriƏn yaxşı film —dramƏn yaxşı uyğunlaşdırılmış ssenariDavid HareEkran Aktyorları Gildiyası Mükafatlarıİkinci dərəcəli rolda qadın aktyorun görkəmli performansıKeyt Vinslet
Həmçinin bax
Xəyalpərəstlər Ətriyyatçı: Bir qatilin tarixçəsi
İstinadlar
Kateqoriya:Berlin haqqında filmlər Kateqoriya:Almaniya haqqında filmlər Kateqoriya:Holokost filmləri Kateqoriya:ABŞ-nin məhkəmə zalı haqqında olan filmləri Kateqoriya:Latınca filmlər Kateqoriya:Yunanca filmlər Kateqoriya:2008-ci ilin ABŞ filmləri Kateqoriya:İngilis dilində romantik dram filmləri Kateqoriya:BAFTA qalibləri (filmlər) Kateqoriya:Almaniyanın dram filmləri Kateqoriya:İngiliscə Almaniya filmləri Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:1970-ci illər haqqında filmlər Kateqoriya:İkinci planda ən yaxşı aktrisa nominasiyası üzrə Qızıl Qlobus mükafatına layiq görülmüş filmlər Kateqoriya:İtaliya haqqında filmlər Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:The Weinstein Company filmləri Kateqoriya:Metro-Goldwyn-Mayer filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:Almaniyanın melodram filmləri Kateqoriya:Babelsberg Studio filmləri Kateqoriya:2000-ci illərin romantik-dram filmləri