Birləşmiş Krallıq bayrağı — Birləşmiş Krallığın dövlət bayrağı. Yunion Cek adlanır. Şotlandiya, Şimali İrlandiya və İngiltərənin bayraqlarının birləşməsindən Birləşmiş Krallıq bayrağı yaranıb.
Tarixi Bu bayrağın tarixi 1603-cü il İngiltərə və Şotlandiyanın birləşməsindən başlayıb. İlk ortaq bayraq belə yaranıb: ağ fonda qırmızı xaç olan Müqəddəs Georqinin ingilis bayrağı və göy fonda ağ diaqonal xaç olan Müqəddəs Andreyin şotland bayrağı. 1801-ci ildə isə ölkəyə İrlandiya və onun ağ fonda qırmızı xaç olan Müqəddəs Patrik bayrağı da qoşulub. Beləcə indiki Birləşmiş Krallıq bayrağı yaranıb.
İstinadlar
Kateqoriya:Birləşmiş Krallıq Kateqoriya:Ölkə bayraqları Kateqoriya:Xaçlı bayraqlar Kateqoriya:1972-ci ilin bayraqları