Lankaster hersoqu () — Birləşmiş Krallığın monarxial strukturunda olan əsilzadə ünvanlarından biri. Orta əsrlər dönəmində bu ünvan 3 dəfə təsis edilmiş, V Henrinin 1413-cü ildə taxta çıxması nəticəsində səltənətlə birləşmişdir. Daha sonra müstəqil şəkildə təsis edilməsə də, bu ünvan Lankaşir qraflığının hakimi olan Birləşmiş krallığın monarxı üçün istifadə edilməyə davam etmişdir.
Tarixi XIV-XV əsrlərdə Lankaster hersoqu ünvanı 3 dəfə təsis edildi. İlk dəfə 6 mart 1351-ci ildə İngiltərə kralı III Henrinin nəticəsi və 4. Lankaster qrafı Qrosmontlu Henriyə təsis edildi. Ancaq o, 1361-ci ildə oğul övladı olmadan vəfat etdi və ünvan ləğv edildi.
Ünvan ikinci dəfə 13 noyabr 1362-ci ildə İngiltərə kralı III Eduardın oğlu Gentli Con üçün təsis edildi. Belə ki, o, Qrosmontlu Henrinin qızı və varisi olan Lankasterli Blanşla evlənərək onun bütün mülk və əmlaklarına sahibləndi. Gentli Con 4 fevral 1399-cu ildə vəfat etdi və ona aid bu ünvan yeganə oğlu olan Bolinbruklu Henriyə keçdi. O isə elə həmin il - 1399-cu ildə II Riçardı devirərək İngiltərə taxtını ələ keçirdi və beləcə, ünvan səltənətlə birləşmiş oldu.
Bolinbruklu Henri bu ünvanı 10 noyabr 1399-cu ildə böyük oğlu olan Uels şahzadəsi Monmutlu Henri üçün yenidən təsis etdi. O da 1413-cü ildə atasının vəfatının ardından İngiltərə taxtına çıxdı və ünvan sonuncu dəfə İngiltərə taxt-tacıyla birləşdi.
Bununla birlikdə, ünvan hersoqların ənənəvi mülkü olan Lankaşir qraflığının sahibi olan Birləşmiş krallıq monarxı üçün istifadə edilməyə davam etdi. Lankaşir torpaqlarında monarxın da iştirak etdiyi ənənəvi şam yeməklərində qədəhlərin "Kraliça, Lankaster hersoquna eşq olsun" deyərək qaldırılması qaydadır.
Lankaster hersoqları
Birinci təsisi (1351-1361) HersoqŞəkilDoğum-ölüm tarixiEvlilikValideynləriQrosmontlu Henri (1. Lankaster hersoqu)
(1351-1361)border|center|frameless|204x204px1310 - 23 mart 1361 İzabella Byumont Lankasterli Henri Mayd KavortQrosmontlu Henri 1361-ci ildə geridə oğul varis qoymadan vəfat etdi.
İkinci təsisi (1362-1399) HersoqŞəkilDoğum-ölüm tarixiEvlilikValideynləriGentli Con (2. Lankaster hersoqu)
1362-1399border|center|frameless|192x192px6 mart 1340 - 3 fevral 1399 Lankasterli Blanş Kastilyalı Konstansa Ketrin Svinford İngiltərə kralı III Eduard Enolu FilipaHenri Bolinbruk (3. Lankaster hersoqu)
1399border|center|frameless|179x179pxAprel 1367 - 20 mart 1413 Mariya Bohun Navarralı Janna Gentli Con Lankasterli BlanşHenri Bolinbruk 1399-cu ildə IV Henri adıyla taxta çıxdı və bütün ünvanları səltənətlə birləşdi.
Üçüncü təsisi (1399-1413) HersoqŞəkilDoğum-ölüm tarixiEvlilikValideynləriMonmutlu Henri (4. Lankaster hersoqu)
(1399-1413)border|center|frameless|209x209px16 sentyabr 1386 - 31 avqust 1422 Valualı Ketrin İngiltərə kralı IV Henri Mariya BohunMonmutlu Henri 1413-cü ildə V Henri adıyla taxta çıxdı və bütün ünvanları səltənətlə birləşdi.
Mənbə
Tulloch, Alexander (2013). The Little Book of Lancashire. Stroud, Gloucestershire: History Press. p. 86. ISBN 978-0-7524-9746-4 https://www.duchyoflancaster.co.uk/about-the-duchy/our-people/duke-chancellor-and-the-officers/
Kateqoriya:Hersoqlar