Özbəkistan Sumu (Özbəkcə: soʻm, сўм, ISO 4217 kodu: UZS)

Özbəkistanda 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Rubl 1992-ci ilə qədər istifadə olunmağa davam edildi və sonra Sum Kupon adlı pul vahidi istifadə olunmağa başlandı. O illərdə yeni qurulmuş müstəqil iqtisadiyyat səbəbindən sürətlə dəyərini itirən Sum Kupon əskinasları dövriyyədən çıxarıldı və yeni Sum əskinasları ilə əvəz olundu.

Özbəkistan Prezidenti İslam Kərimovun 16 iyun 1994-cü il tarixli və 870 nömrəli qərarı əsasında 1 iyul 1994-cü il tarixində Sum kuponu əvəzinə Sum istifadə edilməyə başlandı.

Etimologiyası Sum sözü Qırğız, Uyğur, Özbək və bir çox digər türk dillərində "təmiz"(saf) mənasını verir.

İlk Sum 15 Noyabr 1993-cü ildə Özbəkistanın yeni pul vahidi olan Sum təqdim edildi.

Xarici keçid

Özbəkistan Respublikası Mərkəzi Bankı

Kateqoriya:Asiya valyutaları Kateqoriya:Özbəkistan iqtisadiyyatı