Məhəmmədhəsən Avşar () — Qacarlar dövlətində yaşamış rəssam.

Həyatı Məhəmmədhəsən Urmiya şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Rəssamlıqla məşğul olmuşdu. Əsasən portret janrında işləyirdi. Qacar şahlarından Məhəmməd şahın, Nasirəddin şahın, dövlət xadimlərindən Mirzə Tağı xan Əmir Kəbirin portretlərini çəkmişdi. Nəqqaşbaşı ləqəbi almışdı. Onun albomları dünyanın müxtəlif muzeylərində saxlanılır.Bloom, Jonathan M.; Blair, Sheila S. (2009). "Muhammad Hasan Afshar". Oxford University Press.

İstinadlar

Kateqoriya:İran rəssamları