Uhan Universiteti () ― Çin Xalq Respublikasının Hubey əyalətinin Uhan şəhərində yerləşən tədqiqat universiteti.
Əsası Tzin sülaləsi dövründə məsul vəzifələr tutmuş Çang Çidong tərəfindən 1893-cü ildə qoyulmuşdur. Yerləşdiyi əyalətin ən böyük ali təhsil müəssisələrindən biri olan universiteti, eyni zamanda, Çin Xalq Respublikasının ən qabaqcıl ali təhsil ocaqları arasındadır. Hazırda, 3 kollec, 27 məktəb, 5 institut başda olmaqla, çoxsaylı elmi vahidlərdə dünyanın 111 ölkəsindən təhsil alan 58720 tələbəsi vardır. Əsas kampusu Uhan şəhərində, Luociya təpəsində yerləşir.
Uhan Universiteti ÇXR Təhsil Nazirliyi tərəfindən başladılmış universitetlərin təkmilləşdirilməsi proqramının nüfuzlu hesab olunan "A sinfi"nin üzvü olmaqla yanaşı, "Layihə 985" və "Layihə 211" kimi dövlət maliyyələşdirmə proqramlarının da tərkib hissəsidir. 2017-ci ildə Çin üzrə dərc olunmuş ali təhsil müəssisələri sıralamasında 3-cü yerdə qərarlaşmışdır.
Müxtəlif sahələrdə görkəmli şəxsiyyətlər yetişdirən universitetin məzunları arasında Çin Kommunist Partiyasının banilərindən Çen Tankyu, Qazaxıstanın baş naziri Karim Masimov, Xiaomi şirkətinin qurucusu Ley Jun da vardır.
Tarixi
Erkən tarixi Universitetin əsası Tzin sülaləsinin hakimiyyəti dövründə Ubey və Xunan əyalətlərinin rəhbəri olmuş Çang Çidong 1893-cü ildə təsis etdiyi Ziqianq İnstitutuna söykənir. 1893-1928-ci illər arasında müxtəlif adlar və statuslar altında fəaliyyət göstərən ali təhsil müəssisəsi 1928-ci ildən etibarən bugünkü adı ilə fəaliyyət göstərir.
İlkin dövrlərdə ali təhsil qurumunda çin dili, riyaziyyar, təbiət elmləri və sahibkarlıq üzrə dərslər tədris olunurdu. Ardınca Minerallar İnstitutunun və Kimya İnstitutunun yaradılması ilə mühəndisliyə dair tədris olunan dərslərin sayı da artdı. Dövr ərzində dil təhsilində də bir sıra yeniliklər mənimsənildi və ingilis, fransız, alman, rus, yapon dillərinin tələbələrə öyrədilməsinə start verildi.
Yeni dövr
Elmi strukturu Uhan Universitetində tədris prosesi 3 kollec, 27 məktəb, 5 institut başda olmaqla, çoxsaylı elmi vahidlərdə həyata keçirilir.
Kolleclər
Çin dili və ədəbiyyatı kolleci Kimya və molekulyar elmlər kolleci Tibb elmləri kolleci
Məktəblər
Fəlsəfə məktəbi Jurnalistika və ictimai əlaqələr məktəbi Xarici dillər və ədəbiyyat məktəbi Tarix məktəbi Biznes və iqtisadiyyat məktəbi Hüquq məktəbi Marksizm məktəbi Siyasi elmlər və ictimai idarəetmə məktəbi İnformasiya idarəetməsi məktəbi
Riyaziyyat və statistika məktəbi Fizika və təxnologiya məktəbi Təbii sərvətlər və ətraf mühit məktəbi Mexanika mühəndisliyi məktəbi Avtomatlaşdırma və elektrik mühəndisliyi məktəbi Şəhər planlaşdırılması məktəbi İnşaat mühəndisliyi məktəbi Su mənbələri və hidroenerji məktəbi Elektron informasiya məktəbi
Kompüter elmləri məktəbi Geodeziya məktəbi İnformasiya mühəndisliyi məktəbi Çap və qablaşdırma məktəbi Kiber-elm və mühəndilsik məktəbi İbtidai tibb məktəbi Sağlamlıq elmləri məktəbi Əczaçılıq elmləri məktəbi Stomotologiya məktəbi
İnstitutlar, departmanetlər və digər elmi vahidlər
İncəsənət departamenti Sosiologiya departamenti Pedaqoji institut Təkmilləşdirilmiş tədqiqatlar institutu Texnoloji elmlər institutu
Çin sərhəd və okean tədqiqatları institutu Şəhərləşmə və regional inkişaf institutu İnformasiya mühəndisliyi üzrə dövlər laboratoriyası Birinci xəstəxana İkinci xəstəxana
Tədris infrasturkturu Kampusları Kitabxanası
Reytinq və akkreditasiya
İstinadlar
Kateqoriya:Çin universitetləri Kateqoriya:Pekində təhsil Kateqoriya:1893-cü ildə yarananlar