Çjantszyatsze Milli Meşə Parkı (, Pinyin. Húnán Zhāngjiājiè Guójiā Sēnlín Gōngyuán) — Çinin Xunan əyalətinin Çjantszyatsze şəhərində yerləşən milli park.

Tarixi Çjantszyatsze Milli Meşə Parkı, 397,5 km²'lik Vulingyuan Mənzərə və Tarixi yerinin bir hissəsidir. Vulingyuan 1992-ci ildə UNESCO dünya irsi sahəsi olaraq olaraq tanındı. 2001-ci ildə Torpaq və Sərvətlər Nazirliyi tərəfindən "Çjantszyatsze Qumdaşı Meşəsi Milli Geoparkı" adı ilə qorunmağa başlandı. 2004-cü ildə isə Çjantszyatsze geoparkı UNESCO Qlobal geopark siyahısına əlavə edildi.http://www.unesco.org/new/en/natural-sciences/environment/earth-sciences/unesco-global-geoparks/list-of-unesco-global-geoparks/china/Çjantszyatsze/

2016-cı ilin avqust ayında Çində yerləşən şüşə körpülərdən biri Çjantszyatsze şüşə körpüsü milli meşə parkı içərisində ziyarətə açıldı. 6 metr genişliyində olan şüşə körpü, dəniz səviyyəsindən 1,430 metr, yerdən isə 300 metr yüksəklikdə və 430 metr uzunluğundadır. Şüşə körpü Tianmen dağı ətrafındakı uçurumda gəzmək imkanı təmin edir. Açılışdan on üç gün sonra, çox sayda ziyarətçi gəldiyi üçün körpü fəaliyyətini dayandırdı. 2016-cı il sentyabrın 30-u körpü yenidən fəaliyyətini bərpa etdi.https://www.tribuneindia.com/news/archive/world/world%E2%80%99s-longest-highest-glass-bridge-reopens-303771

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Çin milli parkları Kateqoriya:Geoparklar Kateqoriya:Çinin görməli yerləri Kateqoriya:1982-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:1988-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Kateqoriya BTMİ V