Əriştə Çin mətbəxinin vacib tərkib hissəsidir. Çin əriştələri istehsal bölgəsinə, tərkib hissələrinə, forma və ya genişliyinə və hazırlanma tərzinə görə çox dəyişir. Bu məhsul Çindəki əksər regional mətbəxlərdə və xaricdə Çin əhalisi çox məskunlaşan digər ölkələrin mətbəxlərində geniş istifadə olunur. Çin əriştəsi Koreya (jajangmyeon) və Yaponiya (ramen) kimi qonşu Şərqi Asiya ölkələrinin, habelə Vyetnam, Kamboca (kuy teav), Tayland və Filippin kimi Cənub-Şərqi Asiya ölkələrinin mətbəxlərinə daxildir.

Adlandırılması

Çində dil müxtəlifliyinə görə əriştə növləri üçün bir çox ad var. Mandarin dilində buğda unundan hazırlanan əriştə miàn (sadələşdirilmiş Çin dili: 面; ənənəvi Çin dili: 麵; tez-tez "mien" və ya "mein" kimi tərcümə olunur), fěn (粉) növünə isə nişastadan hazırlanan əriştə aiddir.

Tarixi

Çin əriştəsi haqqında ilk yazılı məlumatlara Qərbi Han Xanədanlığının (25-220) bir kitabında rast gəlmk olar. Əriştələr, ümumiyyətlə buğda əriştələri, Han dövründə (e.ə. 206 - e.ə. 220) məşhur bir ərzaq məhsulu idi . Song Dinasti (960-1279) dövründə əriştə şorbaları şəhər əhalisi arasında çox populyar idi və xidmət edildiyi müəssisələr bütün gecə fəaliyyət göstərirdi.Roach, John 4,000-Year-Old Noodles Found in China Qədim dövrlərdə buğda əriştələrinə "şorba tortları" deyilirdi. Sun dövrünün alimi Huang Chaoying'in izahına görə, qədim zamanlarda bütün xəmir qablarına "bin" deyilirdi və hazırlanma üsulları ilə fərqlənirdilər. 2002-ci ildə, təxminən eramızdan əvvəl 2000-ci ilə məxsus olan Tsizya mədəniyyətindən məlum olan ən qədim əriştə qalıqları olan bir saxsı qab tapıldı. Uzun müddət keçməsinə baxmayaraq əriştə yaxşı halda qalmışdı. 2004-cü il araşdırmaları əriştələrin darı unundan hazırlandığını müəyyənləşdirdi.Ye, Maolin The earliest Chinese noodles from Lajia Tədqiqatın nəticələri Nature 2005 jurnalında dərc edilmişdir.Lu, Houyuan; Yang, Xiaoyan, Ye, Maolin, Liu, Kam-Biu, Xia, Zhengkai, Ren, Xiaoyan, Cai, Linhai, Wu, Naiqin, Liu, Tung-Sheng. Culinary archaeology: Millet noodles in Late Neolithic China (англ.) // Nature : journal. — 2005. — 13 October (vol. 437, no. 7061). — P. 967—968.

İstehsal

Tipik olaraq, Çin əriştələri buğda, düyü unu və lobya nişastasından hazırlanır. Ölkənin şimalında buğda əriştəsi, cənubunda düyü əriştəsi daha çox populyardır. Buğda əriştə xəmiri ümumiyyətlə buğda unu, duz və su ilə hazırlanır. Xəmirin toxumasına və dadına görə buğda əriştəsinə bir yumurta əlavə edilir, qələvi suda yuyulur və dənli bitkilərlə yoğrulur. Rəngi və toxumasını dəyişdirmək üçün az miqdarda yumurta ağı, tapioka əlavə edilir. Düyü və nişasta əriştələri düyü unundan (nişasta) və sudan hazırlanır.

Hazırlanması

Əriştə təzə və ya qurudulmuş xəmirdən hazırlanır. Ümumiyyətlə suda qaynadılır, lakin qızartmaq da mumkundür və qaynadılmış əriştə daha sonra qızardıla bilər. Əriştə souslar ilə verilir. Həmçinin əriştə şorbalarına əlavə edilir, ət və ya digər yeməklərlə birgə verilir. Qərb mətbəxinin əriştələrindən fərqli olaraq, Çin buğda əriştələri duzlu xəmirlə hazırlanır, buna görə yemək zamanı duz tələb olunmur. Bundan əlavə, əriştə çox tez bişir, təxminən 1-5 dəqiqə qaynadılır.McGEE, HAROLD (2010-09-14), For Old-Fashioned Flavor, Bake the Baking Soda

İstinadlar

Kateqoriya:Çin mətbəxi Kateqoriya:Əriştələr