Tutayuq Validə Xaspolad qızı (23 sentyabr 1914, Şuşa – 12 noyabr 1980, Gəncə) — Azərbaycan botaniki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru (1949), professor (1950), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1968).

Həyatı thumb|Validə Tutayuqun qəbri 1914-cü ildə Şuşada doğulmuşdur. Validə Tutayuq 1980-ci ildə vəfat etmişdir.

Təhsili 1930-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Bağçılıq və bostançılıq" fakültəsinə qəbul olmuşdur.

1932-ci ildə institutda preparator vəzifəsinə qəbul edilən V. Tutayuq elə bu vaxtdan etibarən axşam təhsili ilə yanaşı əmək fəaliyyətinə başlayır.

1934-cü ildə aspiranturaya qəbul olunur, K.A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasına ezam edilir, sonralar doğma institutuna qayıdır .

Fəaliyyəti 1939-cu ildən botanika kafedrasına başçılıq etmişdir. 1949-cu ildə doktorluq dissertasiyası müdafiə etmiş, 35 yaşında biologiya elmləri doktoru elmi dərəcəsini alan ilk azərbaycanlı qadın olmuşdur.

1957-ci ildə Azərbaycan SSR EA Botanika İnstitutuna direktor təyin olunur.

O, geniş profilli botanika və biologiya üzrə milli kadrların hazırlanması üçün Azərbaycan dilində ilk dərsliklərin müəllifidir. 1968-1972-ci illərdə V.Tutayuqun rəhbərliyi ilə Azərbaycanın qış və yay otlaqlarının geniş geobotaniki tədqiqi aparılmışdır.

Əsərləri V.Tutayuq 250-dən artıq elmi əsərin, o cümlədən, 10 dərsliyin, 9 monoqrafiyanın müəllifidir. O, Azərbaycan KP MK-nın üzvü olmuşdur.

1939-1980-ci illərdə AKTİ-nin botanika kafedrasının müdiri, dekan, prorektor, Azərbərbaycan EA Botanika İnstitutunun anatomiya və morfologiya laboratoriyasının müdiri, direktoru vəzifələrində çalışmışdır. Elmi-tədqiqatı, əsasən, Azərbaycan dendroflorasının, çiçəyin teratologiyasının öyrənilməsinə həsr edilmişdir. AKP MK üzvü olmuşdur (1956-1960). Botaniklərin 9-cu Beynəlxalq konqresində (Monreal, 1950) məruzə etmişdir.

Mükafatları O, “Şərəf nişanı” ordeni (1943), “1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində fədəkar əməyinə görə” medalı (1945), SSRİ Ali Təhsil Nazirliyinin qərarı ilə “B.Miçurinin anadan olmasının 100 illiyi xatirəsinə” yubiley medalı (1955), Respublikanın xalq təsərrüfatı və mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinə görə Fəxri fərmanla (1960) təltif edilmiş, “Əməkdar elm xadimi” adına (1974) layiq görülmüşdür.

İrsi Haqqında "Çinara bənzəyən insan" adlı film çəkilmişdir.Allahverdiyev, E. "Çinara bənzəyən insan": [AzTV-nin "Telefilm" Yaradıcılıq Birliyində akademik Validə Tutayuqun həyat və yaradıcılığına həsr edilmiş eyniadlı film haqqında] //Ekran-efir.- 2014.- 31 oktyabr.- S.4.

2008-ci ildə Azərbaycan televiziyasında istehsal olunan "Akademik Validə Tutayuq" adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.

İstinadlar

Həmçinin bax Tutayuqlar

Xarici keçidlər Validə Xaspolad qızı Tutayuk (1914-1980)

Kateqoriya:Tutayuqlar Kateqoriya:SSRİ botanikləri Kateqoriya:Azərbaycan botanikləri Kateqoriya:Azərbaycan bioloqları Kateqoriya:Azərbaycanlı bioloqlar Kateqoriya:Azərbaycanda qadın ilkləri Kateqoriya:Azərbaycan SSR Elmlər Akademiyasının akademikləri Kateqoriya:XX əsr Azərbaycan qadınları