Qara qızıl ( və yaxud Şahin günü ) — Fransa, İtaliya və Qətərin birgə istehsalı və Jan-Jak Annonun rejissoru olan macəra filmi. Film Hans Ruşun 1957-ci ildə nəşr olunan "La soif noire" (Qara susuzluq) romanı əsasında ekranlaşdırılıb. Filmdə baş rollarda Tahar Rahim, Mark Stronq, Antonio Banderas və Frida Pinto oynayıblar. 2011-ci il oktyabrın 25-də filmin Doha Treybeyk Film Festivalında premyerası olmuşdur. Film sərt tənqidlərə məruz qaldı və prokatda tamamilə uğursuzluğa düçar oldu. İyirmi yeddi tənqidi rəyə əsaslanan filmin reytinqi Rotten Tomatoes reytinq saytında 11 % təşkil etdi. Bu da ortalama 10-dan 3,9 olmaqla Jan-Jak Annonun işləri arasında ən bərbadıdır. Bir sıra buraxılışlarda filmin adı "Day of the Falcon" - "Şahin günü" olaraq verilib.
Filmin büdcəsi 40 milyon avro təşkil edib.
Süjet XX əsrin 30-cu illərinin əvvəlləri, Ərəbistan yarımadasının ərazisi. Yerli qəbilələr məhsuldar ərazilər uğrunda sonsuz müharibələr apararaq, əhalinin yaşayış səviyyəsini yüz illər əvvəlki dövrə qaytarırdılar. Heç kim ümidsizlik şəraitində üçüncü dünya ölkəsinin dünyanın ən varlı ölkələrindən birinə çevriləcəyindən şübhələnmir. Ancaq bu cür pərən-pərən olmuş torpaqları inkişaf etmiş bir dövlət şəklində birləşdirmək, bunu etmək qismət olmuş şəxs kimi utopiya kimi görünür.
Rollarda Tahar Rahim - Auda Şahzadəsi Mark Strong - Sultan Amar Antonio Banderas - Emir Nəsib Frida Pinto - Şahzadə Leyla Riz Əhməd - Əli Camal Avar - Xoz Əhmədin şəriyi Lütfi Jiri - Bəni Sirrinin şeyxi Erik Ebuane - Həsən Daxil Mostafa Qaffar - Xoz Əhməd Akın Qazi - Salih Ziad Qaaui - ilahiyyatçı Kori Conson - Tarkettl Liya Kebede - Aişa Driss Ruhe - Maqruf Jan Uddin - İbn İdris Əbdülməcid Lahal - Qoca İmam
Tənqid Film sərt tənqidlərə məruz qaldı və prokatda tamamilə uğursuz oldu. İyirmi yeddi tənqidi rəyə əsaslanan filmin reytinqi Rotten Tomatoes reytinq saytında 11 % təşkil edir, bu da ortalama 10-dan 3.9-dur (Jan-Jak Annonun işləri arasında ən bərbadı). Bir sıra buraxılışlarda filmin adı "Day of the Falcon" - "Şahin Günü" olaraq qeyd edilir. Endryu Pulver "The Guardian"da məqaləni tənqid edərək yazırdıkı: "Ərəblərin beynəlxalq kinematoqrafiya sahəsindəki irəliləməsi kimi qəbul edilən "Qara Qızıl" Mark Strong və Antonio Banderası ənənəvi yollarla müasir müharibə əmirləri kimi bir-birlərinə qarşı qoyur. Ancaq şərəfli niyyətlərinə baxmayaraq, "Qara Qızıl" uğursuzdur".
Çəkilişlər Çəkilişlər Tunis və Qətərdə aparılıb.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2011-ci ilin filmləri Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:İtaliyanın dram filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:2011-ci ilin Fransa filmləri Kateqoriya:İslam haqqında filmlər Kateqoriya:Asiya haqqında filmlər Kateqoriya:Yaxın Şərq haqqında filmlər Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:İngiliscə Fransa filmləri Kateqoriya:2012-ci ilin dram filmləri Kateqoriya:Kinematoqrafiyada kastinq qalmaqalları Kateqoriya:Dramlar Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:1930-cu illər haqqında filmlər