Cuzeppe Anselmi (; 16.noyabr.1876 İtaliya, Kataniya — 27.may.1929 İtaliya, Zoali) İtalyan opera müğənnisi (tenor).

Haqqında

Anselmi bədii karyerasına skripkaçı kimi başlayır, Angelo Ferninin yanında Neapol ()-da təhsil alır və 13 yaşında ilk çıxışını edir. O, eyni zamanda vokal sənətinə həvəs göstərir. 1894-cü ildən etibarən ()-nin rəhbərliyi altında ifasını mükəmməlləşdirir.

1896-cı ildə Afinadakı Turiddu pariyasında ilk çıxışını etir (nin "Kəndli namusu"). Elə həmin il Qahirə və İskəndəriyyədəki opera teatrlarında çıxış edir. Milandakı La Skala teatrında hersoq performansı (1904) Anselmini aparıcı ( — «gözəl ifa») müğənnilərindən biri edir. Ancaq, onun ən böyük zəfərləri Sankt-Peterburq, Varşava və xüsusilə Madrid şəhərlərində baş verir, burada o hətta məşhur tenor Enriko Karuzonun populyarlığını kölgədə qoyur.

Anselmi İngiltərə, Rusiya, Portuqaliya, İspaniya, Argentinada qastrollarda olur. Anselminin səsi lirik istiliyi, tembrin gözəlliyi, düşüncəliliyi ilə qəlbləri fəth edirdi; ifası isə sərbəstliyi və səsləndirmənin tamlığı ilə seçilirdi.

Anselmi tez-tez dramatik rollara da üz tuturdu ki, bu da vaxtından əvvəl səsini itirməsinə səbəb olur. Anselminin opera karyerası Birinci Dünya müharibəsinin sonunda başa çatır; onun son məşhur çıxışları 1918-ci ildə olmuşdur.

O, orkestr üçün simfonik poema və bir neçə fortepiano pyesi yazmışdır. Anselmi 1929-cu ildə İtaliyanın Liquriya əyalətindəki Zoali şəhərində sətəlcəmdən dünyasını dəyişir. O, Madrid şəhərinə dərin bağlılığını saxlamış və ürəyini bu şəhərə vəsiyyət etmişdir.

İstinadlar

Kateqoriya:İtaliyada doğulanlar Kateqoriya:İtaliyada vəfat edənlər Kateqoriya:Opera ifaçıları Kateqoriya:Tenorlar