Paşendeyl döyüşü (Üçüncü İpr döyüşü) (; ; ) (31 iyul — 10 noyabr 1917) — Antanta (ingilis komandanlığı altında) və Alman qüvvələri arasında baş vermiş Birinci Dünya müharibəsinin ən böyük döyüşlərindən biri. Döyüş 1917-ci ilin iyulundan 1917-ci ilin noyabrına qədər davam edən bir sıra müxtəlif döyüş əməliyyatlarından ibarət idi. Döyüş Belçika ərazisində, Qərbi Flandriyanın İpr şəhəri yaxınlığındakı Paşandeyl kəndi yaxınlığında aparılmışdı.

Paşanadeyl əməliyyatının bir sıra strateji hədəfləri var idi. Əsas vəzifə Alman dənizaltılarının Şimal dənizi sahillərindəki bazalarını məhv etmək və bununla da almanların sərhədsiz sualtı müharibə planına ciddi zərbə vurmaq idi.

Hücum zamanı ingilis qüvvələri Paşendeyl bölgəsindəki Alman cəbhəsini yarıb keçmək üçün çoxsaylı cəhdlər etdilər. Bununla yanaşı, təyin olunmuş yerlərdə belə Alman cəbhəsini yarıb keçməyə müvəffəq ola bilmədilər. Döyüş 1917-ci ilin iyulundan başlayaraq, Kanada qoşunlarının Paşandeyl kəndini tutmağı bacardığı 6 noyabr 1917-ci ilə qədər davam etdi.

Üçüncü İpr döyüşü əsgərlərin ağır şərtlər altında çəkdikləri əziyyətin simvoluna çevrildi. Döyüşlər bataqlıqlı ərazilərdə gedirdi və 1917-ci ilin yazı soyuq və yağışlı keçirdi. Hər iki tərəfin qoşunlar həqiqətən də Paşandeylin palçığına batmışdı. Bu döyüş yüz minlərlə insanın həyatına son qoyub. Antanta qüvvələri ağır itkilərə məruz qaldılar, yalnız bir neçə kilometr irəliləməyi bacardılar. Bununla birlikdə, bir çox tarixçi Üçüncü İpr döyüşündə Antanta qüvvələrinin hücum taktikasını yaxşılaşdırdığını və nəticədə 1918-ci ildə müharibənin sona çatmasına səbəb olduğu üçün vacib rolunu vurğulayır.

İtkilərlə bağlı rəqəmlər hələ də mübahisəlidir. Yalnız hər iki tərəfdən yüz minlərlə insanın öldüyü və yaralandığı bilinir.

Hücumdan öncə 1917-ci ildə cəbhədə ümumi vəziyyət 1917-ci il üçün kampaniya planı Antanta ölkələri tərəfindən 1916-cı ilin sonunda Şantillidə konfransda qəbul edildi. Bu plan müttəfiq ordularının üç əsas əməliyyat istiqamətin də (Qərbi, Şərqi və İtalyan) eyni vaxtda hücumunu və Antanta qoşunlarının son məğlubiyyətini öz üzərinə götürdü. 1917-ci ilin əvvəlində Romada bir Müttəfiqlərin konfransında İngiltərə baş naziri Lloyd Corc, İsonzo bölgəsindəki hücumun təsirini maksimum dərəcədə artırmaq üçün ingilis-fransız artilleriyalarının İtalyan cəbhəsinə verilməsini təklif etdi, lakin Fransa nümayəndə heyətinin etirazına görə bu təşəbbüs qəbul edilmədi.

Fransız ordusunun yeni baş komandanı general Robert Nivel, Qərb cəbhəsinə qəti şəkildə hücum üçün israr etdi. Plana görə, ingilis-fransız qoşunlarının qəti zərbələri Alman cəbhəsinin irəliləməsinə və düşmənin məğlubiyyətinə səbəb olmalı idi. Qarşıdakı hücumda əsas yük fransız qoşunlarının üzərinə düşürdü, bu səbəbdən ingilis komandanlığı, İpr bölgəsinə ayrı hücum əməliyyatı keçirməyə qərar verdi.

Nivelin hücum planı uğursuz oldu, cəbhədən keçmək mümkün olmadı, müttəfiqlər ağır itkilərə məruz qaldı və Nivel özü əməliyyatın uğursuzluğuna görə fransız ordusunun baş komandanı vəzifəsindən uzaqlaşdırıldı. 1917-ci ilin yanvarına qədər general Heyq Flandriyaya hücum əməliyyatı keçirməyə qərar verdi. İngilis komandanlığı, cəbhəni yararaq sərhədsiz sualtı müharibə aparan Alman sualtı qayıqlarının bazalarını məhv etməyə ümid bağlamışdı.

Fransız hücumunun uğursuzluğundan sonra fransız ordusu hər hansı başqa həmləyə hazır olmadığı üçün, ingilis kabineti nəhayət Heyqin Flandiryaya hücum planını təsdiqlədi.

İngilis komandanlığının planına görə, hücumun əsas vəzifələri cəbhəni aşmaq, Paşendeyl silsiləsini, sahil dyunlarını ələ keçirmək və Belçika sahilindəki Alman sualtı qayıqlarının bazalarını məhv etmək idi. Sərhədsiz sualtı müharibə Müttəfiqlərə, xüsusən də İngilis imperiyasına böyük ziyan vurdu, bu səbəbdən 1917-ci il Qərb cəbhəsindəki kampaniyada Müttəfiq qüvvələr üçün bu vəzifə ən vacib vəzifə hesab edildi.

İpr bölgəsindəki ümumi vəziyyət thumb|left|Paşendeyl bölgəsindəki ilk (hücumdan əvvəl) (qəhvəyi) və son (hücumdan sonra) (qırmızı) cəbhə xətti. İpr bölgəsindəki cəbhə xətti, 1914-cü ilin sonunda, Flandriya döyüşündən sonra sabitləşdi. İpr Antantanın əlində qaldı, alman birlikləri isə şəhərin cənubundakı silsilələrdə yerləşdi, şərqdə isə silsilələr daha az idi və şimalda alman bölmələri düzənlikdə yerləşirdi. Bu, Alman mövqelərini kəşf etməyi qeyri-mümkün etdi.

Alman komandanlığı Flandriyaya hücumun olacağını böyük ehtimalla olduğunu başa düşürdü. Buna görə burada güclü müdafiə mövqeləri yaradıldı. Alman müdafiə xəttlərinin sayı beşə qədər idi. Mövqelər tikanlı məftillərlə yaxşı qorunurdu.

İpr bölgəsinin özəlliyi bataqlıqların çoxluğunda idi. Təpələrdən başqa ərazinin əsas hissəsi dəniz səviyyəsindən aşağıda idi. Bataqlıqlar onlarla kilometrə qədər uzanırdı. Bataqlıqlar Paşendeyl ərazisinin çox hissəsini əhatə edirdi. Bundan əlavə, 1917-ci ilin yayı döyüş əməliyyatlarının aparılması üçün tamamilə əlverişli deyildi. İyul və avqust aylarında şimşək çaxır, tez-tez yağış yağırdı. Hava daha çox buludlu idi və palçıq Paşendeyl döyüşünün "simvolu" oldu.

Bu çətin hava şəraiti ingilis qoşunlarına əsas tapşırıqlarını yerinə yetirməyə mane olan müəyyən amillərdən idi.

Tərəflərin qüvvələri Flandriyada hücum üçün son qərardan sonra ingilis komandanlığı əməliyyat üçün hazırlıqlara başladı. Plana əsasən, düşmən mövqelərinə əsas zərbə İpr, Pelkapel, Paşendeyl istiqamətində verildi. Cəbhənin yarılma hissəsinin eni təxminən 4 km idi. Cəbhənin yarılmasında əsas parlaq rolu dörd korpusdan (9 diviziya) ibarət olan 5-ci Britaniya Ordusu oynadı. 5-ci Orduya üç korpusu (5 diviziyası) olan 2-ci İngilis Ordusu dəstək verdi, həmçinin iki diviziya, bir korpusdan ibarət olan 1-ci Fransız ordusu da dəstək oldu.

Təklif olunan kəşf sahəsində müttəfiq qoşunları texnika və müxtəlif silahlarla yaxşı təchiz olunmuşdu. Yalnız ingilis birliklərinin tərkibində 3594 silah vardı ki, onlardan da 1327-si ağır silah idi. İngilislərin 548 (bunlardan 230-u qırıcıdır), fransızların isə 200 təyyarəsi var idi (bunlardan 100-ü döyüşçüdür). Qarşıdakı əməliyyatda ən vacib rol tanklara həvalə edilmişdir ki, Müttəfiq qoşunlarında da olan tanxların sayı 216 idi. Onlar 5-ci Ordunun hücum diviziyaları arasında kiçik qruplara bölündülər.

Cəbhənin bu sektorundakı müdafiə xətti, 4-cü Alman ordusu tərəfindən işğal edilmişdir. Alman qoşunlarının gücü cəbhənin bu sektorundakı Antanta qoşunlarının gücündən çox aşağı səviyyədə idi. 5-ci Britaniya ordusuna qarşı Alman komandanlığı 13 diviziya önə sürdü (5 cəbhə xəttində, 4 ən yaxın ehtiyatda və 4 strateji ehtiyatda). Almanlar fransız korpusuna qarşı 2 diviziya qoydular (biri ehtiyatda idi). Alman qoşunlarında hər növdə: 1556 silah vardı, bunlardan 737-si (bunlardan 345-i ağır) 5-ci ingilis ordusuna qarşı cəmləşmişdi. Alman qoşunlarının aviasiyası təxminən 600 təyyarədən ibarət idi.

Ayrıca, Messin döyüşündən sonra almanlar İpr bölgəsindəki müdafiə mövqelərini yaxşılaşdırmağa vaxt tapdılar. Alman müdafiə mütəxəssisi polkovnik fon Lossberq (4-cü Alman Ordusunun Baş Qərargah rəisi) Alman müdafiəsini möhkəm şəkildə gücləndirməyə başladı. Mövcud dörd müdafiə xəttinə əlavə olaraq başqa bir xətt də yaradıldı. Pulemyot nöqtələrinin sayı əhəmiyyətli dərəcədə artırıldı. Bütün bu tədbirlər, İpr bölgəsindəki müttəfiq qüvvələri tərəfindən əməliyyat başladıqdan dərhal sonra öz nəticələrini verdi.

Messin döyüşü thumb|Avstraliya qoşunları tərəfindən müşahidə məntəqəsi olaraq istifadə edilən ağacın modeli. Messin döyüşü,1917-ci ilin iyunu. Messin əməliyyatı, müdafiəyə keçən ingilislərin, almanların 15 kilometrlik çıxıntılarını kəsmək üçün İpr bölgəsindəki geniş hücumdan əvvəl hazırlıq əməliyyatı idi. Messin dağ silsiləsi ingilislərin Paşendeyl bölgəsindəki hücumu üçün böyük təhlükə ola bilərdi, çünki bu mövqelərdən almanlar əks hücuma keçə bilərdi, buna görə də almanların Messin bölgəsindəki əsas mövqelərini pozmaq qərarı verildi. Almanların Messin bölgəsində cəmi 5 diviziyası var idi. İngilis ordusunun vəzifəsi təpələri və səngər xətlərini ələ keçirmək idi. Hücumda təxminən 300 təyyarə və 80-dən çox tank da iştirak etdi. Ayrıca, hücum edilən sektorun torpaq quruluşunu diqqətlə araşdıran ingilislər, 1916-cı ildə hazırlıq işlərinə başladılar və 15 ayda mavi gil qatında yeraltı sularının ikinci səviyyəsinin altına 20 nəhəng tunel çəkdilər. İngilislər bu tunelləri minaladılar, qazılan torpaq kamuflyaj edildi ki, Alman təyyarələri bunu görməsin.

May ayının sonunda ingilislər əkilmiş partlayıcıları işə saldı. Almanların birinci və ikinci müdafiə xətləri məhv edildi. 7 iyun tarixində tanklar və piyadalar Alman müdafiəsini qıraraq hücuma keçdilər. Bu partlayışlar nəticəsində mübarizə əzmini itirən alman əsgərləri, irəliləyən ingilis piyadalarına qarşı kifayət qədər müqavimət göstərə bilmədilər. Hücum zamanı ingilislər 7200 əsgər və 145 zabit, çox sayda pulemyot ələ keçirdilər. Əməliyyat 14 iyun 1917-ci ildə sona çatdı. Uğurlu əməliyyat, ingilis qüvvələrinin Paşendeylə əsas hücumdan əvvəl strateji vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa şərait yaratdı.

İyul-avqust İyul ayında ingilis komandanlığı Paşendeyl bölgəsində cəbhəni yarmaq üçün əməliyyata başladı. Bunun üçün ingilis komandanlığı əsas vəzifə olaraq — İser çayı boyunca alman mövqelərini ələ keçirmək vəzifəsini qoyur. İngilislər bu əraziləri top atəşinə tuturlar. Alman mövqelərinin dörd günlük bombardmanından sonra alman komandanlığı ingilislərin qəfil irimiqyaslı hücumundan qorxaraq qoşunlarını daha möhkəmləndirilmiş müdafiə xəttlərinə çəkməyə başladılar.

Almanlar ilk dəfə 13 iyul tarixində ipritdən ("sarı xaç" mərmiləri) istifadə etdilər. Bu maddə insan dərisinə düşərək ciddi ziyana səbəb olan maye idi. İprət buxarlanaraq ağ ciyərlərə və gözlərə təmas etdi. Xəstəlik çox vaxt ölümcül olurdu. 13 iyul hücumundan sonra ingilislər 2143 nəfər itirdi, bunlardan 66-sı öldü. Almanlar ipritdən 1917-ci ilin sentyabrına qədər istifadə etdilər. Müttəfiqlərin yeni zəhərli maddənin təsirlərindən verdikləri itkilər, bütün digər qazların verdiyi itkilərdən səkkiz dəfə çox idi.

İyulun 27-də müttəfiq qüvvələri İser çayını aşmağı bacardı, lakin almanların buradakı mövqeləri onsuz da zəif idi. Alman komandanlığı əvvəlki top bombardmanlarından təcrübə toplayaraq, artilleriya mövqelərini daha da möhkəmləndirdilər. Bu, piyada qoşunlarından sonra mərmilərin olduğu ərazidən irəliləməsi çox çətin olan ingilis artilleriyası üçün əlçatmaz vəziyyət idi. Böyük itkilərə baxmayaraq, almanlar ingilislərin hücumunu dayandırmağı bacardılar.

Pilkem silsiləsi döyüşü (31 iyul) thumb|İngilis topçuları 31 iyulda yeni hərəkata başlayır. 31 iyulda müttəfiq qüvvələr Pilkem silsiləsi ərazisinə hücuma keçdilər. Hücumçular 1,8 km irəliləməyi bacardılar. Demək olar ki, bu döyüşdə müttəfiqlər ağır itkilər verdi — təxminən 32 min döyüşçü öldürüldü, yaralandı, əsir və itkin düşdü. Alman qüvvələrinin yaxınlaşması ingilislərin böyük itki verməsinə səbəb oldu. Almanlar, irəliləyən ingilis qoşunlarına kəskin əks hücumlar təşkil etdilər. Bununla yanaşı, alman ordusu da, ingilis top atəşi nəticəsində ağır itkilər verdi.

Vesthokun tutulması Yağışlı günlərdən sonra, II Korpus Qelevelt yaylasındakı qara xəttin qalan hissəsini (ikinci hədəf) tutmaq üçün 10 avqustda yenidən hücuma keçdi. Piyada irəliləməsi, Alman artilleriya və piyadalarının əks hücumları Qlenkors Vuddakı 18-ci (Şərq) Diviziyanın piyadalarını məyus etdi. Təxminən saat 19: 00-da alman piyada qoşunu tüstünün arxasından hücuma keçdilər və meşənin şimal-qərb küncündən başqa bütün əraziləri geri aldılar; şimaldakı Vesthok Raydqda yalnız 25-ci diviziya saxlanıldı. Polkovnik-leytenant Albrext fon Teyr Vitşeyt Qrupu(IX Ehtiyat Korpusunun qərargahı Vitşeyt qrupu) Baş qərargah rəisi, cəbhə xəttində, 14 gündən sonrakı itkilərin 1916-cı ildə Somma döyüşündəki 4000 nəfərlə müqayisədə 1500–2000 nəfərin olduğunu və alman birliklərinin mənəvi gücünün əvvəlkilər ilə müqayisədə nisbətən daha yüksək olduğunu qeyd etdi.

Lanqemark döyüşü (16 – 18 avqust)