XII Alfonso () () — İspaniya kralı. Anası İspaniya kraliçası II İzabella, atası isə kral-konsort Fransisko Asisdir. Anasının 1868-ci ildə taxtdan endirilməsindən sonra ailəsiylə birlikdə ölkədən qaçdı və ilk təhsilini də aldığı Avstriya və Fransada yaşadı. 1874-cü ildə Birinci İspaniya Respublikasına qarşı baş tutan silahlı çevrilişin ardından taxta dəvət edildi və İspaniyada monarxiya bərpa edildi. Buna baxmayaraq 1885-ci ildə hələ 27 yaşında ikən vəfat etdi. İspaniya tarixinin səltənətdə ikən vəfat edən son monarxı olaraq bilinir. Ölümü əsnasında xanımı Mariya Kristina hamilə idi və bu səbəblə uşağın doğulması gözlənildi. Nəticədə ölümündən 6 ay sonra dünyaya gələn oğlu XIII Alfonso adıyla İspaniya kralı elan edildi.
Mənbə M. Wattel, B. Wattel. (2009). Les Grand'Croix de la Légion d'honneur de 1805 à nos jours. Titulaires français et étrangers. Paris: Archives & Culture. p. 448. ISBN 978-2-35077-135-9 Jørgen Pedersen (2009). Riddere af Elefantordenen, 1559–2009 (in Danish). Syddansk Universitetsforlag. p. 470. ISBN 978-87-7674-434-2 Staatshandbuch für das Großherzogtum Sachsen / Sachsen-Weimar-Eisenach (1885), "Großherzogliche Hausorden" p. 14 Boettger, T. F. "Chevaliers de la Toisón d'Or – Knights of the Golden Fleece". La Confrérie Amicale. Retrieved 25 June 2019.
İstinadlar
Kateqoriya:İspaniya kralları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri Kateqoriya:İspaniya infantları