Tutanhamon () — Misir fironu olmuşdur. Onun qəbri 1922-ci ildə tapılan zaman ətrafdakı insanlar naməlum səbəbdən ölməyə başlamışlar. Son araşdırmalar göstərir ki, ətrafdakı insanların çoxu qoca insanlar olublar.

Həyatı Atası Exnaton Misir fironu olub. 9 yaşında hakimiyyətə gəlmişdir. Tutanhamon vəfat etdikdən sonra arvadı Anxesenamun hakimiyyətə gəlmişdir. 19 yaşlı Fironun nədən və kim tərəfindən öldürüldüyü, onun real şəkli indiyə qədər Misir və dünya alimlərinin maraq dairəsi olmuşdur. Müasir elmi nailiyyətlərin köməyi ilə Tutanxamonun real şəklini bərpa etmək mümkün olmuşdur. Son araşdırma zamanı məlum olmuşdur ki, Tutanhamon 19 yaşında olarkən Kölerdən (sümük xəstəliyindən) vəfat etmişdir. Bu xəstəlikdən onun atası Exnaton da əziyyət çəkmişdir.

Misirşünas alim Zahi Havas onun malyariyadan öldüyünü fərz edir. O, bunu onun gen seqmentlərində malyariya törədicisi aşkar etdiyi ilə izah edir. Bu fərziyyəyə şübhə ilə yanaşan Hamburq Tibbi Tropik Bernhard-Noxt institunun alimləri Xristian Timmann və Xristian Mayer Tutanxamonun qanazlığı xəstəliyindən — oraqşəkillihüceyrə anemiyasından vəfat etdiy fikrini irəli sürmüşlər. Hər iki fərziyyə müəllifləri bir-birilərini inkar etməkdədirlər. Xristian Timmann və Xristian Mayerin birgə əməkdaşlıq təklifi Zahi Havas tərəfindən qəbul edilməmişdir.Archäologie Online:Zweifel an mutmaßlicher Todesursache Tutanchamuns, 24. Juni 2010C. Timmann, C. Meyer et al.: King Tutankhamun’s Family and Demise. In: Journal of the American Medical Association (JAMA) 2010, Bd. 303, Nr. 24, Letters S. 2473, C. Timmann, C. Meyer: Malaria, mummies, mutations: Tutankhamun’s archaeological autopsy. In: Tropical Medicine and International Health (TM&IH) 16. Aug. 2010, (Volltext ) Tutanxamonun hər hansı bir təcavüz nəticəsində öldürülməsi fərziyyəsi Kompyüter tomoqrafiyası (KT) müayinəsi zamanı təsdiqini tapmamışdır. Onun ənsə nahiyyəsində aşkarlanmış zədəli sümük fraqmentləri zorakıliq fərziyyəsinin sürülməsinə səbəb olsa da KT müayinəsi bunu təsdiqləməmişdir. Ənsə nahiyyəsindəki bu cür "zədə" mumyalama zamanı kəlləni beyindən azad etmək üçün məqsədli şəkildə icra edilmiş primitiv trepanasiya ilə əlaqələndirilir.

Ölümü Tutanhamun ömrünün 19-cu ilində vəfat etdi və Krallar Vadisində KV62 məzarına qoyuldu.Firon Tutanhamunun ölümünün bir neçə versiyası var: Tutanhamon onun ölümündən sonra firon olan Eyenin sifarişi ilə öldürülə bilərdi; 2005-ci ildə aparılan araşdırmalar Tutanhamonun ölüm səbəbi kimi onun yaralanmasını göstərdi. 8 Mart 2005-ci ildə Misirşünas Zaha Havas, tomoqrafiyanın nəticələrini açıqlayaraq bildirdi ki, Tutanhamonda heç bir baş zədəsi izlərini tapmayıb. Tutanhamonun mumyasının üzərində olan çatlar isə mumifikasiyanin izləridir; 2010-cu ildə aparılan tədqiqat Tutanhamonun "bədənində DNT testləri zamanı aşkarlanan ağır, mürəkkəb bir malyariya xəstəliyindən" öldüyünü göstərir. Bu fərziyyə Tutanhamonun məzarlığında malyariyanın müalicəsi üçün dərman olması ilə təsdiqlənir.

17 Fevral 2010-cu ildə Zahi Havass və Misir Mədəniyyət naziri Faruk Hosni 2007-2009-cu illərdə DNT tədqiqatlarının nəticələrini açıqladılar və o nəticələrə əsasən Tutanhamon ailəsinin üzvləri genetik xəstəliklərdən əziyyət çəkdilər.Zahi Hawass et al., JAMA, vol. 303(7), pp 638—647, 2010 Xüsusilə, Tutanhamon da daxil olmaqla, bəzi ailə üzvləri Kohler xəstəliyindən əziyyət çəkirdilər (qan tədarükünün pozulması nəticəsində yaranan ayaq sümüklərinin nekrozu).Причиной смерти Тутанхамона оказалась малярия (рус.), MedPortal.ru. Дата обращения 27 августа 2018.

Özündən sonra qanuni varisi buraxmayan Tutanhamonunun ölümü taxt-tac ardıcıllığında çətinliklərə səbəb olduJohn Coleman Darnell, Colleen Manassa.Tutankhamun's Armies: Battle and Conquest During Ancient Egypt's Late Eighteenth Dynasty. — John Wiley & Sons, 2007. — С. 48, 51. — 321 с. — ISBN 9780471743583.. Tutanhamonun ölümündən sonrakı dövr haqqında məlumatlar mübahisəlidirlər və detallı şəkildə tarixi hadisələrin xronologiyasını bərpa etmək çox çətindir.Marianne Eaton-Krauss. The Unknown Tutankhamun. — Bloomsbury Publishing, 2015. — С. 13, 28. — 209 с. — ISBN 9781472575630.

Sərdabəsi Qədim Misir Fironlarından biri Tutanxamonun sərdabəsi 4 noyabr 1922-ci ildə ingilis misirşünasları tərəfindən kəşf olunmuşdur. Onun mumiyalanmış bədəni bizim zamanəmizə qədər heç bir zədə almadan qalmışdır. İndi onun bu cəsədi Misirdə Fironlar vadisi (FV) Luksorda şüşə sərdabədə saxlanır. Fironun məzarı aşkar edilərkən oradan 1 ton 200 kq qızıl tapılıb. Tutanxamonun üz maskası (qızıl üzlük) onun üz cizgilərini belə günümüzədək qoruyaraq silinməz etmişdir. 1922 ci ildə Tutanxamonun məzarında aşkar olunmuş çoxlu ziyarətçiləri özünə cəlb edən, həmin bu "qızıl üzlük" və digər qiymətli əşyalar Qahirədəki Misirşünaslıq muzeyində sərgilənməkdədir.National Geographic, Collectors Edition №1, Schätze aus Ägypten, König in Gold, Tutanchamun 92; Kennet Garret, Ägyptisches Museum, Kairo

Genetik faktlar

Maraqlı faktlar Tutanhamon ömrü boyu əsa ilə gəzib. Tutanhamonun ən sevimli oyunu nərd olub. Atası ilə anası doğma bacı-qardaş olublar. Uzun müddət hesab edilib ki , Nefertiti onun anası olub. Son araşdırma zamanı məlum olmuşdu ki, anası Nefertiti yox, Kiya olub. Arvadı olan Anhesenamun Tutanhamonun doğma bacısı olub. 1922-ci ildə tapılan Tutanhamonun qəbrindən 1 ton 200 kq qızıl çıxarılmışdır. Tutanhamonun qəbri tarixdə açılan ilk qəbirdir.Исследования мумий так и не открыли всех тайн фараона Тутанхамона. РИА Новости (17 февраля 2010). Дата обращения 14 августа 2010.

İstinadlar

Kateqoriya:On səkkizinci sülalənin fironları Kateqoriya:Tacdar uşaqlar Kateqoriya:1922-ci ilin arxeoloji kəşfləri Kateqoriya:Səbəbi bilinməyən ölümlər Kateqoriya:Lənətlər