thumb|320px|Səudiyyə Ərəbistan

Səudiyyə Ərəbistan və ya rəsmi adı ilə Səudiyyə Ərəbistan Krallığı (ərəb. المملكة العربية السعودية Al-Mamlakah al-'Arabiyah as-Sa'udiyah) — Qərbi Asiyada yerləşən bu dövlət Ərəbistan yarımadasının böyük hissəsini əhatə edir. Təqribən 2,150,000 km² quru sahəsi ilə Yaxın Şərqin ən böyük, Asiya qitəsinin ən böyük ölkəsidir və dünya üzrə ərazi baxımından ilk 12 ölkə arasındadır. Səudiyyə Ərəbistanı şimaldan İordaniya və İraq, şimal-şərqdən Küveyt, şərqdən Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, cənub-şərqdən Oman, cənubdan isə Yəmənlə həmsərhəddir. Aqaba körfəzi vasitəsilə İsrail və Misirdən ayrılmışdır. Həm Qırmızı dəniz, həm də Fars körfəzi sahilində yerləşən Səudiyyə Ərəbistanın ərazisinin əsas hissəsi səhralarla örtülüdür. 2018-ci ilin oktyabr ayına olan məlumata əsasən Səudiyyə Ərəbistan sahəsinin böyüklüyünə, əhalisinin sayına və iqtisadiyyatına görə Yaxın Şərq regionunda yerləşən ən böyük dövlətdir.

Hazırda Səudiyyə Ərəbistanın nəzarəti altında olan ərazilərdə vaxtilə bir neçə qədim mədəniyyətlər və sivilizasiyalar mövcud olmuşdur. Dünyada ilk insan məskənlərinin bəzilərinin də burada yerləşdiyi güman edilir.[ https://news.nationalgeographic.com/2018/04/saudi-arabia-finger-human-migration-homo/ : 88,000-Year-Old Finger Bone Pushes Back Human Migration Dates], www.nationalgeographic.com Hazırda dünya əhalisinin ən çox etiqad etdiyi ikinci din hesab olunan İslam dini də müasir Səudiyyə Ərəbistanı ərazisində təşəkkül tapmışdır. 7-ci əsrin əvvəllərində Məhəmməd peyğəmbər Ərəbistan əhalisini birləşdirməyi bacarmış və vahid İslam dövlətinin əsasını qoymuşdur. İndiki Səudiyyə Ərəbistanı ərazisində meydana gəlmiş ərəb xanədanlıqlarına Raşidi (632–661), Əməvilər (661–750), Abbasilər (750–1517) və Fatimilər (909–1171) nümunə göstərilə bilər.

Müasir Səudiyyə Ərəbistanı ərazisi keçmişdə mövcud olmuş Hicaz, Nəcd, Şərqi Ərəbistan və Cənubi Ərəbistan vilayətlərindən ibarətdir. Səudiyyə Ərəbistanı Krallığının əsası 1932-ci ildə Əbdüləziz bin Əbdürrəhman əs-Səud tərəfindən qoyulmuşdur. O, burada mövcud olmuş dörd regionu vahid dövlət halında birləşdirməyi bacarmışdır. Səudiyyə Ərəbistanı həmin vaxtdan etibarən mütləq monarxiya idarəetmə üsulu ilə İslam dəyərləri əsasında idarə olunur.Tripp, Culture Shock, 2003: p. 14Malbouisson, p. 23 İslam dini Səudiyyə Ərəbistanı hökuməti tərəfindən qlobal miqyasda təbliğ olunur və maliyyə dəstəyi ilə təmin olunur. İslam dünyası üçün iki müqəddəs məkan hesab edilən Məscidül-Həram (Məkkə şəhərində) və Məscidül-Nəbi (Mədinə şəhərində) də bu ölkədə yerləşir. 2017-ci ilə olan məlumata görə ölkə əhalisi 33 milyon nəfərdir. Ölkənin rəsmi dili ərəb dilidir.

Səudiyyə Ərəbistanında ilk neft yatağı 3 mart 1938-ci ildə kəşf olunmuş və bunun ardınca ölkənin Şərq vilayətində də bir neçə neft yatağı aşkar olunmuşdur.* Səudiyyə Ərəbistanı həmin vaxtdan etibarən ABŞ-dən sonra dünyanın ən böyük neft istehsalçısı və ixracatçısına çevrilmişdir. Dünyanın ikinci ən böyük neft ehtiyatı və altıncı ən böyük təbii qaz ehtiyatları da burada yerləşir. Krallıq G20 beynəlxalq forumunun üzvü olan yeganə ərəb ölkəsidir.* Dünya üzrə hərbi sahəyə ən çox maliyyə vəsaiti ayıran üçüncü ölkəThe Military Balance 2014: Top 15 Defence Budgets 2013 (IISS) olan Səudiyyə Ərəbistanı avtokratik monarxiyadır. Ölkə Körfəz Əməkdaşlıq Şurasına əlavə olaraq İslam Əməkdaşlıq Təşkilatı və OPEK təşkilatının aktiv üzvüdür.

Coğrafiyası

Səudiyyə Ərəbistanı Ərəbistan yarımadasında yerləşir. Üç qitəyə(Avropa,Asiya,Afrika) gedən yolların burda qovuşması, okeana birbaşa çıxışı olması, ərazisində çox zəngin neft yataqlarının(ehtiyatlarına görə dünyada 1-ci) yerləşməsi ölkənin İqtisadi-Coğrafi Mövqeyini olduqca əlverişli edir. Ərəbistan ərəb ölkələri (İsrail istisna olmaqla) ilə həmsərhəddir. Şimaldan İraq, Küveyt, İordaniya, İsrail, cənubdan Yəmən, Oman, cənubi-şərqdən BƏƏ, qərbdən isə yalnız Misir ilə həmsərhəddir. Sərhədlərin ümumi ölçüsü 4431 kilometrdir. Sahəsi 2149,7 min kv. kilometr (məlumatlar təxminidir, çünki cənubda və cənub-şərqdə sərhədlər aydın qurulmamışdır). Səudiyyə Ərəbistanın qərbində yerləşən Qırmızı dəniz vasitəsilə ölkə Cibuti, Sudan, Eritreya, ilə həmsərhəddir. Dənizin ən böyük hissəsi Səudiyyə Ərəbistana düşür. Ölkənin şərqində Fars körfəzi yerləşir. Körfəz vasitəsilə onlar İran və Bəhreynlə həmsərhəddir. Ərəblər buradan hər il minlərlə ton neft çıxardırlar. Mübahisəli əraziləri var. İndiyə qədər Yəmənlə sərhəd sualları məsələləri həll edilməmişdir; Yəmənlə sərhəd rayonlarında köçəri qruplar sərhədin demarkasiyasına müqavimət göstərirlər. İranla dəniz sərhədi haqqında Küveytin və Səudiyyə Ərəbistanının danışıqları davam edir. Birləşmiş Ərəb Əmirlikləriylə sərhədin statusu qəti təyin edilməmişdir. Səudiyyə Ərəbistanı demək olar ki, Qırmızı dənizdə və Fars körfəzində Ərəbistan yarımadasının və bir neçə sahilboyu adanın 80% ərazisini tutur. Səthin quruluşu üzrə ölkənin çox hissəsi geniş səhra platosu (300-dən hündürlük — qərbdə 1520 m-a qədər şərqdə 600 m), çayların (vadi) quru yollarıyla parçalanması zəifdir. Qərbdə, Qırmızı dənizin sahilinə paralel Hicaz dağları uzanır. Asir dağlarında relyef dağlıq zirvələrindən böyük vadilərə qədər dəyişir. Hicaz dağları vasitəsilə Səudiyyə Ərəbistanının daxili rayonlarının və Qırmızı dənizin sahillərinin arasında əlaqə məhdudlaşdırılmışdır. Şimalda, İordaniya ilə sərhəd boyunca səhra yerləşir. Ölkənin şimal və mərkəzi hissəsində ən böyük qumlu səhralar yerləşir. Böyük Nefud və Kiçik Nefud (Dexna), öz qırmızı qumlarıyla məşhurlar; cənubda və cənub-şərqdə Rub-el-Xali dörddə bir hissəsi boşdur və 200 m-a qədər şimal hissəsində barxanlarla və dağ silsilələrlə əhatələnmişdir. Səhraların ümumi ərazisi təxminən 1 milyon km²-ə çatır. Sahil boyunca bataqlaşmış şoranlıqlarla El-Hasa ovalığı (150 kilometrə qədər) Fars körfəzi sahilləri ilə uzanır.

İqlimi şimalda subtropik, cənubda tropik, kəskin kontinental və quru, çox isti yay, mülayim qış səciyyəvidir. Ər-Riyadda iyulun orta temperaturu 26-°dən 42°-yə qədər, yanvarda 8° -dən 21°-yə qədər dəyişir, mütləq maksimum temperatur 48°, ölkənin cənubunda qədər 54 °C olur. Qışda bəzən mənfi temperaturlar və dağlarda qar müşahidə olunur. Yağıntı orta illik norması təxminən 70–100 millimetr, dağlarda isə ildə 400 millimetrdir. Ayrı bölgələrdə Rub-el-Xali və bəzi başqa səhra rayonlarında yağıntılar tamamilə düşmür. Səhralar üçün mövsümi küləklər tipikdir. İsti və quru cənub küləkləri olan səmum və hamsin yazda və ilin başlanğıcda qumlu tufanlara tez-tez səbəb olur, Şimal küləyi qışda soyuq hava gətirir. Demək olar ki, Səudiyyə Ərəbistanı daimi çaylara və ya su mənbələrinə malik deyil, müvəqqəti axınlar yalnız intensiv yağışlardan sonra yaranır. Onlar şərqdə xüsusilə boldur. Əl-Hasada oazisləri suvaran çoxlu bulaqlar, qrunt suları səthə yaxın və vadilərin altında yerləşir. Su təmini problemi dəniz suyunun duzdan təmizlənməsi üzrə müəssisələrinin inkişafı vasitəsilə, dərin quyuların və artezian quyularının qazılması ilə həyata keçirilir. Səudiyyə Ərəbistanında primitiv səhra torpaqları üstünlük təşkil edir. Ölkənin şimalında subtropik boz torpaqlar inkişaf etmiş, El-Xasanın alçaq şərq rayonlarında şoranlıqlar və çəmən-şoran torpaqlar yayılmışdır. Hökumətin yaşıllaşdırma proqramını həyata keçirməsinə baxmayaraq meşələr və yaşıllıqlar ölkənin 1%-dən az sahəsini tutur. Əkin yeri, torpaqları (2%) əsasən məhsuldar oazislərdə, Rub-el-Xalidən daha şimalda yerləşir.

Bitki aləmi əsasən səhra və yarımsəhra bitkiləridir. Qumlarda bəzi yerlərdə ağ saksaul, dəvə tikanı, hamadalarda — şibyələr, lava sahələrində — yovşanlar, astraqallar, vadinin yolları üzrə tək qovaqlar, akasiyalar, daha çox duzlanmış yerdə yulğun, sahillər və şoranlıqlar üzrə kollar bitir. Qumlu və daş səhralarının əhəmiyyətli hissəsi demək olar ki, bitki örtüyünü tamamilə məhrum edilmişdir. Asir dağlarındakı savanna sahələrində akasiyalar, yabanı zeytun ağacları, badam bitir. Oazislərdə xurma palmalarının ağaclıqları, sitruslar, bananlar, taxıl və bostan bitkiləri yetişdirilir. Heyvanlar aləmi kifayət qədər müxtəlifdir. Əksəriyyəti gəmirici (qum siçanı, sünbülqıranlar, ərəbdovşanılar və başqaları) və sürünənlərdir (ilanlar, kərtənkələlər, tısbağalar). Quşların arasında qartallar, çalağanlar, şahinlər, dovdaqlar, torağaylar, kəkliklər, göyərçinlər üstünlük təşkil edir. Sahil ovalıqları çəyirtkənin artımının mərkəzi kimi xidmət edir. Qırmızı dənizdə və Fars körfəzində mərcanların (qara mərcan xüsusilə qiymətləndirilir) 2000-dən çox növü var. 10 qorunan ərazi ölkənin təxminən 3% sahəsi tutur. 1980-ci illərin ortalarında hökumət Asir Milli parkı təşkil etdi, burada vəhşi heyvanların yox olmaqda olan növləri saxlanır.

Əhalisi thumb|right|300px|Səudiyyə Ərəbistanının əhalisinin ərazilərə görə sıxlığı Əhalisi 28.6 mln nəfərdir. Əhalinin 90%-ni ərəblər təşkil edir. Əhalisi Məhəmməd peyğəmbər ərəb qəbilələrini 622-ci ildə birləşdirdikdən sonra formalaşmışdır. Tarix ərəblərin qədim xalqlardan olduğunu təsdiqliyir. Heredotun Tarix əsərində ərəb qəbilələri haqqında məlumat verilmişdir. Çox sürətli iqtisadi artım nəticəsində 2003-cü ildə şəhər əhalisinin payı 80%-ə artdı. Əhalinin çox hissəsi vahələrdə və şəhərlərdə cəmlənmişdir. Orta sıxlıq hər kv. kilometrdə 12,4 nəfər, bəzi şəhərlər və vahələrdə hər km²-də 1.000-dən çox əhali sıxlığına malikdir. Qırmızı dənizin və Fars körfəzinin sahilində rayonlar çox sıx məskunlaşmışdır, həmçinin Ər-Riyadda və əsas neft istehsalı rayonlarında da əhali sıx olur. Paytaxtın Ər-Riyadın əhalisi 3627 min nəfər təşkil edir (2003-də bütün məlumatlar) və ölkənin əhalisinin 14%-ni təşkil edir. Bunlar əsasən Səudiyyə Ərəbistanı sakinləri və başqa ərəb, Asiya və qərb ölkələri vətəndaşlarıdır. Hicazın əsas limanı və Səudiyyə Ərəbistanının ən əhəmiyyətli iş mərkəzi Ciddanın əhalisi 2674 min insan təşkil edir. Başqa böyük şəhərlər: Damman (675 min nəfər), Et-Taif (633 min nəfər), Tabuk (382 min nəfər). Onların əhalisi müxtəlif ərəb ölkələri, Fars körfəzinin ölkələri, hindlilər, həmçinin Şimali Amerikadan və Avropa ölkələrinin nümayəndələrindən ibarətdir. Köçəri həyat tərzini saxlayan bədəvilər əsasən ölkənin şimal və şərq rayonlarında məskən salırlar. Bütün ərazisinin 60%-dən çoxu (Rub-el-Xali səhraları, Nefud, Daxna) daimi oturaq əhaliyə malik deyil, bəzi rayonlara hətta köçərilər belə getmirlər.

Din Səudiyyə Ərəbistanı əhalisinin böyük əksəriyyətini müsəlmanlar (99%) təşkil edir. Ölkənin müxtəlif yerlərində fərqli formalarda özünü göstərir. Bütün müsəlmanların 9/10 sünnidirlər. Dövlətin mərkəzi hissəsində — Necdədə əhalinin demək olar ki, hamısı hənbəlilər (onlara ölkənin bütün sünni əhalisinin yarıdan çoxu aiddir). Qərbdə, Hicazda sünniliyin şafii məzhəbi geniş yayılıb. Həmçinin, hənəfilik və malikilərə, hənbəli-sələfilərə, hənbəli də rast gəlinir. Bundan başqa, Hicazda az sayda şiə-12 imamilər və zeydilər yaşayır. Cənub-Şərqdə, Asirdə əhalinin əksəriyyəti sünnülüyün şafii məzhəbinə etiqad edirlər. Sünnilər (hənbəlilər, malikilər) Şərq əyalətlərində (Əl-Hasa) məskunlaşıblar, lakin bu əyalətdə şiələrəin böyük qrupu (təxminən əhalinin üçdə biri) da yaşayır. Səudiyyə Ərəbistanı şiələri arasında digər ölkələrdən gələnlər (faslar, yəmənlilər, pakistanlılar, hindistanlılar) üstünlük təşkil edir. Səudiyyə Ərəbistanında qeyri-müsəlmanlar azdır. Ciddə şəhərində kiçik qruplar şəklində iudaistlər, pravoslavlar (yunanlar), protestantlar (amerikanlar və ingilislər) və katoliklər (italyanlar və başqaları, ümumilikdə 13 min qeyri-müsəlman) yaşayırlar.

Tarixi

622-ci ildə Ərəb xilafəti yaradılmışdır. Xilafət Şimali Afrikanı, Mərkəzi Asiyanı, Şərqi Anadolunu, Qafqazı, Pireney yarımadasını tərkibinə qatmış, bu əraziyə İslam dinini yaymışdır. Ərəbistan ərazisi XVI əsrdən Osmanlı imperiyasının tərkibinə daxil olmuşdur. 1902–1913-cü illər İbn Səud ərazini türklərdən azad etmişdir. 1915-ci ildə Böyük Britaniya İbn Səudu Nəcdin və Hicazın kralı kimi tanıyır.

Müasir tarixi