Başıpozuqlar () — Osmanlı imperiyasında dövlətin bütün bölgələrindən, ancaq əsasən Albaniya və Kiçik Asiyada toplanan nizamsız hərbi birləşmələrin adı. Əsəsən Anadolu, Şimali Afrika və Balkan yarımadası mülki şəxslərindən toplanırdılar.
Bu termin Qərb tarixşünasları və tədqiqatçıları tərəfindən (XIX əsrdən bu günə qədər) tez-tez səhv yöndə işlədilərək Osmanlı ordusunun bütün nizamsız birləşmələrinə şamil edilmişdir. Lakin əslində bu ad yalnız Geliboluda, Balkanlarda və İon dənizinin sahillərində fəaliyyət göstərən Osmanlı muzdlu əsgərlərinin müəyyən bir qrupuna aiddir.
Etimologiya Başıpozuq sözü iki sözün birləşməsindən ibarətdir. Türk dilindən hərfi mənada tərcümə olunan "başıbozuk" (türkcə baş "baş" + bozuk "xarab olmuş; dəli") sözü "qüsurlu başlı", "dəli başlı" mənasını verir. Adətən bu söz birləşməsi "Cəsarətli" ifadəsi ilə də müqayisə oluna bilər. Məcazi mənada isə "quldur" sözü ilə sinonimdir.
Tarixi 250px|thumb|right|Alban başıpozuq İlk dövrlər bu termin, vilayətlərdən İstanbula gələn evsizləri təsvir etmək üçün istifadə edilirdi. Lakin sonradan orduya bağlı, lakin müstəqil dəstə və şəxsi silah-sursatla qarışıq süvari və piyada qoşunlarının üzvləri belə adlanmağa başladı. Osmanlı ordusunda xidmət edərkən başıpozuqlar xidmətlərinə görə yalnız yemək alırdılar, onlara məvacib ödənmirdi. Real qüvvə kimi onlar ilk dəfə XVIII əsrin sonunda ortaya çıxdılar. Başıpozuqlar Misirdə Napoleona qarşı döyüşlərdə iştirak etmişdilər.
Başıpozuqların xüsusən elə Misir və Suriyada mülki əhalini qarət etməsi,Montgomery 1968, p. 246 hökuməti onları ləğv etmək qərarını verməyə məcbur etdi. Sədrəzəm Xosrov Paşanın alban başıpozuqlarını nizami qoşunlarının xeyrinə ləğv etmək cəhdi, Kavalalı Mehmed Əli Paşanın Misir xidivliyinin yaradılmasına səbəb olan qiyamlara gətirib çıxardı.Inalcık, Halil. Trans. by Gibb, H. A. R. The Encyclopaedia of Islam, New Ed., Vol. V, Fascicules 79–80, pp. 35 f. "Khosrew Pasha". E. J. Brill (Leiden), 1979. Accessed 13 Sept 2011.
Krım müharibəsi dövründə Osmanlı imperiyası onlardan istifadə etmək qərarına gəldi. Lakin həm Osmanlı, həm də müttəfiqlərinin generallarının onları nizam-intizam qaydalarına riaəyyət etməyə cəlb etmək üçün cəhdləri nəticəsiz qaldı. 1877–1878-ci illərdəki Rusiya-Türkiyə müharibəsi dövründəki həddindən artıq forsmajor hadisələr nəhayət ki, Osmanlı hökumətini onlardan istifadədən imtina etməyə məcbur etdi. İngilis rəsmisi Valter Barinq, Əhməd Ağanın rəhbərlik etdiyi başıpozuqların törətdiyi Batak qırğınının əsrin ən dəhşətli cinayətlərindən olduğunu bildirmişdi.
Avropa dövlətlərinə qarşı müharibələrdə başıpozuqalar ümumiyyətlə yaramırdılar. Onları təşkil etmək və nizam-intizam vermək qeyri-mümkün idi və hətta bu işi öz üzərinə götürən xarici general və zabitlərin — hərbi müşavirlərin (Fransız generalı Yusuf ləqəbli Jozef Vantini, İngilis Aleksandr Betson) səyləri də kömək etmədi. Nəhayət onların ölkə daxilindəki talanlarına və mülki insanlara qarşı təsəvvür olunmayan vəhşiliklərinə və zorakılığa son qoymaq üçün Osmanlı nizami qoşunları dəfələrlə başıpozuqları tərksilah etmək məcburiyyətində qaldılar. 1876-cı ildə Bolqarıstandakı aprel qiyamının yatırılması və 1877–1878-ci illərdəki son Rus-Türk müharibəsində soyğunçuluğa aludə olmalarını tam şəkildə göstərdilər.
Quruluşu Başıpozuqlar bir növ Osmanlı imperiyasının köməkçi ordusu (nizamsız süvarilər) olaraq, sülh dövründə, Milli Qvardiyanın (assakiri mulli) bir hissəsi olaraq, imperatorluğun ucqar bölgələrində xristian xalqlarını "sakitləşdirmək" üçün daxili xidmət üçün istifadə edilirdi.Башибузуки // Малый энциклопедический словарь Брокгауза и Ефрона : в 4 т. — СПб., 1907–1909. Müharibə dövründə başıpozuqlar (assakiri-muavin) səhra qoşunlarına qoşulmuşdu.
Başıpozuqlar atlı bölüklərinə (dəstələrinə) odlar deyilirdi və hər birinin başında bir od (od başı (baş)) var idi. Müvafiq hərbi təşkilatlanmanın olmaması və nizam-intizamsızlıq tez-tez osmanlıların döyüşlər zamanı hərbi əməliyyatlarına zərər verirdi.
Reputasiyaları 250px|thumb|right|Qaradərili başıpozuq (rəssam: Jan-Leon Jerom) "Başıpozuq" ifadəsi qəddarlığında ən çirkin zorakılığa qadir olan insanın xarakterizə edilməsi üçün istifadə olunurdu. Başıpozuqların cəza dəstələri kimi fəaliyyətləri rus filosofu V. S. Solovyov tərəfindən sənədli materiala əsaslanan "Müharibə, tərəqqi və dünya tarixinin sonu haqqında üç söhbət" adlı oçerkində təsvir edilmişdir. Lenin "Kadetlər və milliyyətçilər" adlı məqaləsində (1912) Osmanlı istismarçı siniflərinin sinonimi olaraq "başıpozuq" sözündən istifadə etmişdir:
Qalereya
İstinadlar
Ədəbiyyat
Ottoman warfare, 1500–1700 by Rhoads Murphey. London : UCL Press, 1999. Özhan Öztürk (2005). Karadeniz: Ansiklopedik Sözlük. 2 Cilt. Heyamola Yayıncılık. İstanbul. . Montgomery, Viscount Bernard (1968). Журнал военных действий против Турции на Европейском театре войны в 1877 году. — Часть I. Описание русско-турецкой войны 1877–1878 годов на Балканском полуострове, т. 1.
Xarici keçidlər Montgomery, Viscount Bernard (1968). A History of Warfare, The World Publishing Company. ISBN 978-0-688-01645-6.
Kateqoriya:Süvari qoşun Kateqoriya:Osmanlı imperiyasının silahlı qüvvələri Kateqoriya:Osmanlı imperiyası Kateqoriya:Osmanlı imperiyası tarixi Kateqoriya:Osmanlı imperiyasının hərb tarixi Kateqoriya:Nizamsız ordu Kateqoriya:Türk dilində sözlər və ifadələr