Gilindire mağarası () və ya Aynalıgöl mağarası ― Türkiyənin cənubunda, Mersin ilinin Aydıncık ilçəsində mağara. 1999-cu ildə bir çoban tərəfindən aşkar edilmişdir. Gilindire 1965-ci ilə qədər Aydıncık şəhərinin keçmiş adı olmuşdur.

Yer Gilindire mağarası Aydıncık ilçəsindəki Sancak nöqtəsi və Kurtini krikindən təxminən cənub-şərqdə yerləşir. Mağaranın girişi Aralıq dənizinə baxır və mağaranın qarşısında kiçik bir kənd var.

Təsvir Gilindire mağarasısının sahəsi 107 hektardır. Mağaranın girişi dəniz səviyyəsindən yüksəkdə yerləşir. Mağaranın ümumi uzunluğu , genişliyi isə -dir.

Mağarada bir sıra stalaqmit və stallaktiklər var. Mağaranın arxa tərəfində uzunluğunda, genişliyində və dərinliyində olan və sütunlarla əhatə olunmuş göl mövcuddur. Mağara gölün mövcudluğuna istinad edilərək ümumi dildə Aynalıgöl adlanır.

Mağaranın əsas qalereyasının bəzi hissələrində yarasalar yaşayır. Mağaranın xaricində yaxınlıqdakı körfəzlər adi monax suitisinin yaşayış yeridir.

Kəşfiyyat Gilindire mağarası 1999-cu ildə bir çoban tərəfindən aşkar edilmişdir. Dövlətə məxsus Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi mağarada kəşfiyyat işləri apararkən mağaranın sonunda, girişdən 450 metr məsafədə göl aşkar etdilər. 2002-ci ildə iki türk fotoqraf mağaraya dəniz yolu ilə gələrək Atlas jurnalı üçün həm mağarada, həm də göldə sualtı şəkillər çəkmişdir. Arxeoloqlar mağarada Yeni Daş, Mis və Erkən Tunc dövrlərinə aid saxsı qablar aşkarlamışdırlar.

Mütəxəssislərin apardığı sorğuya görə mağara keçid mərhələsinin başlanğıcında, Dördüncü Dövr buzlaşmasından sonra formalaşmışdır. Bu dövrdə Aralıq dənizinin səviyyəsi yüksəlmiş və mağaranın dibini su basmışdır. Hidroloji rejimdəki dəyişiklik stalaqmit və stallaktik kimi mağara formalaşmalarının qorunmasına kömək etmişdir. Bu süxur formalaşmaları su altında qaldıqları üçün bu günə olan atmosfer dəyişikliklərindən təsirlənməmişdir. Gölün suyu dərinliyə qədər acı, daha dərində isə duzludur.

2013-cü ildə Gilindire mağarası Meşə və Su Təsərrüfatı Nazirliyi tərəfindən təbiət qoruğu təyin edildi. Mağara bundan sonra ictimaiyyətə açıldı və turistik məkana çevrildi.

İstinadlar

Kateqoriya:2013-cü ildə Türkiyədə yarananlar Kateqoriya:2013-cü ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Türkiyənin qorunan təbiət əraziləri Kateqoriya:Türkiyə mağaraları