Ulubey Kanyonu Milli Parkı () ― Türkiyənin Uşak ilinin Ulubəy və Karahallı ilçələrində yerləşən təbiət parkı. Ulubəy kanyonu ABŞ-dakı Böyük Kanyondan sonra dünyadakı ikinci ən uzun kanyondur. Park bir çox heyvan və bitki növü üçün uyğun yaşayış mühiti təmin edir və ekoturizm mərkəzi kimi inkişaf etdirilir.

Kanyon Ulubəy kanyonu 119 hektarlıq ərazini əhatə edir. Kanyon genişliyində, dərinliyindədir və ümumi uzunluğu -dir. Ulubəy kanyonundan Ulubey və Banaz krikləri (Böyük Menderes çayının qolları) keçir. Kanyonun divarları və yüksəklyindədir. Hər iki divarda ən azı üç teras müşahidə edilir. Bundan əlavə kanyon boyunca bir çox konus şəkilli karstik təpə var.

İqlim Egey və Mərkəzi Anadolu regionları arasındakı keçid zonasında yerləşən Uşak ilində hər iki regionun iqlim xüsusiyyətləri müşahidə olunur. Ərazidə yay ayları Egey regionundan daha isti və quraq, qış mövsümü isə Mərkəzi Anadolu regonundan daha mülayim keçir. Hava kütlələrinin Egey dənizinin üzərindən gətirdiyi yağıntı bölgədə Mərkəzi Anadoludan daha rütubətli iqlim formalaşdırır. Əraziyə düşən orta illik yağıntının miqdarı -dir. Yağıntının aylıq və ya mövsümi paylanması qaydasızdır.

Ekologiya

Flora Ulubəy Kanyonu Təbiət Parkında böyüyən bitkilərə türk şamı (Pinus brutia), buxurkolu (Cistus), palıd (Quercus ithaburensis), Avstriya palıdı (Quercus cerris), yulğun (Tamarix), sumaq (Rhus), dağdağan (Celtis), naz (Genista), sığırquyruğu (Verbascum), gəvən (Astragalus ) və qaraqınıq (Origanum) daxildir.

Fauna Təbiət parkı çöl donuzu, dovşan, tülkü, çaqqal, canavar (Canis lupus), hindistan tirəndazı (Hystrix indica) kimi məməlilər, sürünənlərdən quru təsbağası, Kiçik Asiya gürzəsi (Montivipera xanthina), quş növlərindən sar, qırğı, quzğun (Corvus corax) və balıq növlərindən Qafqaz enlibaşı (Squalius cephalus) üçün yaşayış yeri təmin edir.

Ekoturizm Ərazi keçmişdə Lidiya, Əhəmənilər imperiyası, Makedoniya, Attalid sülaləsi, Roma imperiyası, Bizans imperiyası, Germiyanoğulları bəyliyi və nəhayət Osmanlı imperiyası da daxil olmaqla bir çox mədəniyyətə ev sahibliyi etmişdir.

Banaz-Ulubəy kanyon sistemi ölkədə ekoturizm üçün əhəmiyyətli potensiala malikdir. 2013-cü ilin avqust ayında Kanyon Meşə və Su Təsərrüfatı Nazirliyi tərəfindən təbiət parkı elan edilmişdir. Gəzinti və kampinq kanyon ərazisindəki məşhur açıq hava fəaliyyətlərindəndir. 2015-ci ilin iyun ayında təbiət parkını təxminən 40 000 turistin ziyarət etdiyi bildirilmişdir. Bir ayda gələn ziyarətçi sayı 2016-cı ilin mart ayına qədər təxminən 100 000-ə qədər yüksəlmişdir.

Bölgədəki diqqətəlayiq yerlər Cilandiras körpüsü, Duraklı qaya türbələri, Hasköy abidələri, Pepuza və Blaundus qədim şəhərləri və Salma krikidir.

İstinadlar

Kateqoriya:2013-cü ildə Türkiyədə yarananlar Kateqoriya:2013-cü ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Türkiyə kanyonları Kateqoriya:Türkiyədəki təbiət parkları